Şuşa kollecində tədbir keçirilmişdir

 

May ayının 28–də Azərbaycan Cümhuriyyətinin yaradılmasının 95 ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.

Müstəqilliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir, dövlət quruculuğu təcrubəsi hərtərəfli öyrənilir.

Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosialiqtisadi, ictimaisiyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918–ci il may ayının 28–də Azərbaycan istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində cümhuriyyətə rəhbərlik etmiş şəxslərin—Əlimərdan bəy Topçubaşov, Məmmədəmin Rəsulzadə, Fətəlixan Xoyski, Həsən bəy Ağayev, Nəsib bəy Yusifbəyli, Səməd bəy Mehmandarov, Əliağa Şıxlınski və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur.

Respublika Gününün 95 illiyi ilə əlaqədar Şuşa Humanitar Kollecində keçirilən tədbirdə kollecin direktoru Rəsul İsmayılov çıxış edərək qeyd etdi ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişafı yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Sonra natiq qeyd etdi ki, Azərbaycan Xalq Cümhuriyyəti xüsusən təhsilin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində fəaliyyəti ilə yadda qalmışdır. Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərdən biri də tədris müəssisələrinin milliləşdirilməsi oldu. Belə ki, 1919–cu il sentyabrın 1–də Azərbaycan parlamenti Dövlət Universitetinin təşkili haqqında qanun qəbul etdibununla milli təhsil ocağının əsası qoyuldu.

Rəsul müəllim onu da qeyd etdi ki, demokratik respublika dövründə kitabxanamuzey işinin quruluşunda böyük yeniliklər edilmişdir. Bakıda ümumi kitabxana təşkil etmək məsələsi qaldırılmışdır. Bunun nəticəsi olaraq artıq Bakıda 1920–ci ilin aprel ayında on bir kitabxana açıldı. İlk muzeyİstiqlalmuzeyi idi. Sonra Etnoqrafiya muzeyi təşkil olundu. 1918–1920–ci illərdə Bakıda, Gəncədə və respublikanın digər şəhərlərində onlarca qəzet və jurnallar nəşr olunmuşdur.

Natiq qeyd etdi ki, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq müstəqil Azərbaycan dövlətini yaratdı. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimaisiyasi sabitlik bərpa edildi. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. M.Ə.Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” şüarı öz əksini tapıb və nəhayət, 1991–ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

1993– ildən xalqımız bütün dünyada tanınmış siyasətçi, dövlət xadimi Heydər Əliyevi yenidən hakimiyyətə gətirdi. Bunun bariz nümunəsi olaraq dövlətimiz möhkəmləndi, hərbi potensial, xalqın yaşam səviyyəsi yüksəldi.

Tədbirdə kollecin direktor müavini Könül xanım çıxış edərək Respublika Günü ərəfəsində məktəbin naialiyyətlərindən danışdı. O qeyd etdi ki, kollecin tələbələri son zamanlar respublika və beynəlxalq müsabiqələrin laureatları olmuş, eyni zamanda aliorta ixtisas tələbələri arasında keçirilən musiqi yarışmalarının diplomatları adına layiq görülmüşlər.

Tədbirdə kollecin rəssamlıq şöbəsi tələbələrinin əl işlərindən ibarət sərgi nümayiş etdirildi.

Respublika Gününün 95 illiyinə həsr olunmuş tədbir kollecin müəllim və tələbələrinin birgə konsert proqramı ilə başa çatdı.

 

Zabit Cavadov,

 

Respublika.-2013.-28 may.-S.8.