Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifidir

 

 

1917-ci ildə baş vermiş Oktyabr çevrilişindən sonra (köhnə anlamda Böyük Oktyabr Sosialist İnqilabı nəzərdə tutulur-İ.A.) Petroqrada gedə bilməyən Rusiyanın Müəssislər Məclisinə Azərbaycandan seçilmiş deputatlar 28 may 1918-ci ildə Tiflisdə Qafqaz canişininin iqamətgahında toplaşaraq Azərbaycanın idarə olunmasını öz üzərlərinə götürmək məqsədilə doktor Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli İslam Şurasının yaradıldığını elan edirlər. Elə həmin gün bitərəf deputat Fətəli Xan Xoyski başda olmaqla Azərbaycan Xalq Cümhuriyyətinin ilk Müvəqqəti Hökuməti-Nazirlər Şurası yaradılır. Bu Şərqdə ilk parlamentli respublika idi.

Ümummilli lider Heydər Əliyev demişdir: “...Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti ölkənin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmişdir. Bu dövlətin qısa bir müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iz buraxmışdır”.

Çox təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmisi 23 ay yaşamışdır. Belə ki, 1920-ci il aprelin 27-dən 28-nə keçən gecə RSFSR beynəlxalq hüquq normalarını kobudcasına pozaraq müharibə elan etmədən öz silahlı qüvvələrini Azərbaycana yeritmiş, suveren Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini işğal etmiş, qanuni seçilmiş hakimiyyət orqanlarını zorakılıqla devirərək Azərbaycan xalqının çox böyük qurbanlar bahasına qazandığı müstəqilliyinə son qoymuşdur.

Fəaliyyəti dövründə Azərbaycan Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən yuxarı qanun layihəsi çıxarılmışdır ki, onlardan da 230-a yaxın təsdiq edilmişdir. Lakin Azərbaycan Xalq Cümhuriyyəti dövründə müstəqil respublikanın Konstitusiyasını qəbul etmək mümkün olmamışdı. Ancaq Xalq Cümhuriyyəti hökuməti fəaliyyət göstərdiyi dövrdə Konstitusiya xarakteri daşıyan bir neçə aktlar, qərarlar qəbul etmiş və onların əsasında işləmişdir. Ona görə də onları, demək olar ki, müəyyən mənada Konstitusiya quruculuğunun başlanğıcı kimi qiymətləndirmək olar. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası 27 iyun 1918-ci ildə dövlət dili haqqında, 9 noyabr 1918-ci il tarixdə isə dövlətin zəruri atributu olan dövlət bayrağı (yaşıl, qırmızı və mavi rənglərdən, aypara və səkkizbucaq ulduzdan ibarət olmuşdur) haqqında qərarlar qəbul etmişdir. Bu ondan irəli gəlirdi ki, həmin vaxtlar Azərbyacan Milli İslam Şurası buraxılmışdı və Parlament isə hələ təşkil olunmamışdı. Həmçinin həmin dövrdə qanunvericilik texnikası kifayət qədər inkişaf etmədiyindən dövlət dili, dövlət bayrağı haqqında qərarları hökumət qəbul etmişdir.

Azərbaycan xalqı yalnız 18 oktyabr 1991-ci ildə öz tarixi dövlət müstəqilliyini bərpa etdikdən sonra Konstitusiyasını qəbul etmək imkanı əldə etdi. Bundan sonra Konstitusiya layihəsini hazırlamaq üçün 2 komissiya yaradılmış, komissiyanın tərkibi genişləndirilsə də, həmin komissiyalar tərəfindən faktiki olaraq heç bir görülməmişdi.

Yalnız ümummilli lider Heydər Əliyevin 15 iyun 1993-cü ildə hakimiyyətə qayıdışından sonra konstitusiya quruculuğu sahəsində də böyük işlər görülmüşdür.

Ümummilli lider Heydər Əliyevin sədrliyilə layihəsi hazırlanmış və 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasının qəbul edilməsi xalqımızın tarixində ən parlaq səhifələrdən biri olmuşdur.

Konstitusiya latın sözü olmaqla, “quruluş, təsisat” mənasını verir. Konstitusiya hər hansı ölkənin ictimaiiqtisadi quruluşunun əsasını, idarəetmə formasını və dövlət quruluşunun formasını, şəxsiyyətin hüquqi vəziyyətini, mərkəzdə və yerlərdə hakimiyyət və idarəetmə orqanlarının təşkili qaydasını və səlahiyyətini, ədalət mühakiməsinin, seçki sisteminin təşkilini, əsas prinsiplərini və digər bu kimi məsələləri müəyyənləşdirən ən yüksək hüquqi qüvvəyə malik qanundur.

Dövlətin əsaslarını, əsas insan və vətəndaş hüquqlarını, vəzifələrini, qanunvericilik, icra və məhkəmə hakimiyyətini, dövlət quruluşunu, mülkiyyət formalarını və dövlət həyatının digər bu kimi məsələlərini müəyyənləşdirən Konstitusiyanın qəbul edilməsi hər bir dövlətin həyatında mühüm ictimai-siyasi hadisədir.

12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasının qəbul edilməsi xalqımızın tarixində ən parlaq səhifələrdən biri olmuşdur.

Konstitusiyanın preambulasında (girişində-İ.A.) bəyan edilir ki,

- Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini ərazi bütövlüyünü qorumaq;

- Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;

- vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olaraq;

- xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;

- ədalətli iqtisadi sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək;

- ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh əmin-amanlıq şəraitində yaşamaq bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməkdir.

Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin I hissəsində göstərilir: “İnsan vətəndaş hüquqlarının azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir”.

Təsadüfi deyildir ki, Konstitusiyanın 158 maddəsindən 48-i, başqa sözlə, üçdə biri insan vətəndaş hüquqları azadlıqlarına həsr edilmişdir.

Müstəqil dövlətimizin ilk Konstitusiyasının 1-ci maddəsinin I bəndində deyilir: “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır”.

Konstitusiyanın 4-cü maddəsində göstərilir ki, xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq xalqın adından müraciət etmək hüququ yoxdur.

Müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyası respublikamızın əvvəlki, Sovet dövründə qəbul edilmiş konstitusiyalardan prinsipcə köklü surətdə fərqlənir. Əlbəttə, bu tamamilə təbiidir. Belə ki, əvvəlki konstitusiyalar sosializm quruluşunun konstitusiyaları idi əvvəlki konstitusiyalarda sivil dövlət quruculuğunda əsas institut olan hakimiyyətin bölgüsü prinsipindən imtina edilmişdi. Lakin yeni Konstitusiyada bu tarixi metodoloji səhv aradan qaldırılmış, ilk dəfə dövlət hakimiyyətin qanunverici, icra məhkəmə hakimiyyətindən ibarət bölgüsü aparılmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin IV hissəsində Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyət göstərdiyi öz səlahiyyətləri çərçivəsində müstəqilliyi öz əksini tapıb.

Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. Bu o deməkdir ki, Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olmaqla, Azərbaycan Respublikasında birbaşa hüquqi qüvvədədir bütün qanunvericilik aktları Konstitusiyanın müddəalarına uyğun qəbul edilməlidir. Lakin Konstitusiyaya da ehkam kimi baxmaq olmaz heç bir qanun doqma kimi qəbul edilməməlidir.

Dünya təcrübəsi göstərir ki, Konstitusiya bir qayda olaraq, uzun müddət üçün qəbul olunur. Lakin həyatın irəli sürdüyü tələblər, ictimai-siyasi münasibətlərin inkişafı yeni-yeni məsələlərin tənzimlənməsi üçün hər bir qanunvericilikdə, o cümlədən ölkəmizin ali qanunu olan Konstitusiyada da dəyişiklikləri zəruri edir.

Azərbaycan xalqının ümummilli lideri Heydər ƏliyevinAzərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında” 22 iyun 2002-ci il tarixli fərmanı ilə 24 avqust 2002-cü il tarixdə keçirilmiş referendum nəticəsində Konstitusiyanın 24 maddəsinə 38 əlavə dəyişikliklər edilmişdir.

Ölkə başçısı cənab İlham Əliyev demişdir: “Azərbaycan artıq müasir ölkədir. Ancaq müasirləşmə prosesinin limiti, hüdudları yoxdur. Bu əbədi bir prosesdir. Bu gün Azərbaycan demokratik ölkədir. Amma demokratiyanın da sonu yoxdur. Bu sonsuz bir prosesdir. Biz növbəti illərdə ölkəmizin müasirləşməsi ilə bağlı əlavə tədbirlər görəcəyik”.

Təsadüfi deyildir ki, Milli Məclisin 26 dekabr 2008-ci il tarixdəAzərbaycan Respublikasının Konstitusiyasına əlavələr dəyişikliklər edilməsinə dair ümumxalq səsverməsinin (referendumun) keçirilməsi haqqındaqərar qəbul etmiş 2009-cu il martın 18-nə referendum keçirilmişdir.

Referendum aktına əsasən Konstitusiyanın 29 maddəsinə 11 dəyişiklik, 39 əlavə edilmişdir. Konstitusiyaya edilmiş 11 dəyişikliyin, 39 əlavənin, müvafiq olaraq, 5 dəyişikliyi 22 əlavəsi Konstitusiyanın III fəslinə-Əsas insanvətəndaş hüquqları azadlıqları fəslinə aid olmuşdur.

Hazırda müstəqil Azərbaycan Respublikasının əsas problemlərindən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllidir. Belə ki, Azərbaycan torpaqlarının 20 faizi bədnam qonşumuz Ermənistanın silahlı qüvvələri tərəfındən işğal olunmuş, respublikamıza təxminən 60 milyard ABŞ dollarından artıq məbləğində ziyan dəymişdir.

Ümummilli lider Heydər Əliyev 15 iyun 1993-cü ildə hakimiyyətə qayıdışından sonra bütün fəaliyyəti boyu bu problemi sülh yolu ilə, beynəlxalq hüquq normalarına uyğun ədalətli həllinə çalışmışdır. Lakin heç kəsdən gizli deyildir ki, dünyada ikili standartlar mövcuddur.

Əgər belə olmasaydı, dünyanın ən mötəbər qurumu olan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının işğal olunmuş Azərbaycan ərazilərindən işğalçı erməni silahlı qüvvələrinin dərhal çıxarılması barədə 4 qətnaməsi çoxdan icra olunardı.

Ümummilli lider Heydər Əliyev 15 iyun 1993-cü ildə ölkə rəhbərliyinə qayıdışından sonra xaricə bütün səfərlərində Qarabağ həqiqətlərini bütün dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq üçün var qüvvəsi ilə çalışmışdır. Ümummilli lider bu səfərlərdə istər dövlət başçıları ilə, istərsə həmin ölkələrdə olan Azərbaycan diasporunun nümayəndələri ilə, adamları ilə, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərində, bir sözlə, bütün auditoriyalarda xəritə ilə əyani surətdə Dağlıq Qarabağın Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olması fikrini əsaslandırmış buna nail olmuşdu.

Ölkə başçısı cənab İlham Əliyev çıxışlarında dəfələrlə bəyan etmişdir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız yalnız Azərbaycanın ərazilərinin bütövlüyü çərçivəsində həll edilə bilər: “Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır biz Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün bütün səyləri göstərəcəyik. Həm siyasi, həm diplomatik lazım gələrsə, hərbi üsullardan da istifadə etmək olar. Bu haqq bizdə var. Beynəlxalq hüquq bunu təmin edir”.

Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın, beynəlxalq hüquq normalarına müvafiq olaraq dinc yolla erməni işğalından azad edilməsi mümkün olmazsa, bu torpaqların silah gücünə azad edilməsi bizim təbii, ayrılmaz, konstitusion hüququmuzdur.

 

İlham ABBASOV,

 

Ədliyyə Nazirliyi ƏdliyyəAkademiyasının prorektoru-hüquq

üzrə fəlsəfə doktoru, Baş ədliyyə müşaviri, prokurorluğun fəxri işçisi.

 

Respublika.-2013.- 8 noyabr.- S.4.