Şərəfli ömür yolu

 

 Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bədii quruluş hissə müdiri kimi fəaliyyət göstərən Nazim Həsən oğlu Məmmədbəyovun keçdiyi mənalı ömür yoluna çoxları həsəd apara bilər.

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin, Azərbaycan Rəssamlar və Memarlar ittifaqlarının üzvü olan bu yaradıcı insan yüzlərlə şeirlərin, hekayələrin, mahnıların, səhnə əsərlərinin müəllifidir. Nazim müəllim yazdığı bu əsərlərin çoxunu məktəbəqədər müəssisələrə və məktəblərə hədiyyə kimi vermişdir. Hazırda respublikamızın bir çox məktəbəqədər müəssisələrində, ibtidai siniflərdə Nazim Məmmədbəyovun mahnılarını balalarımız sevə-sevə oxuyurlar.

Nazim müəllim 30 ilə yaxın bir müddətdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Estetik Tərbiyə üzrə respublika Tədris-Metodik mərkəzinin direktoru vəzifəsində çalışmışdır. 1983-cü ildə fəaliyyətə başlamış mərkəz Nazim müəllimin qeyri-adi təcrübəsi respublikada çoxlarına nümunə olmuşdur.

Təhsil Nazirliyinin tərkibində olan bu mərkəz yeganə təhsil müəssisəsidir ki, ümummilli lider Heydər Əliyevin göstərişi və köməyi ilə böyüməkdə olan gənc nəslin, hətta sağlamlıq imkanları məhdud olan uşaqların hər bir yaş dövrünü əhatə etmişdir.

Respublika miqyasında fəaliyyət göstərən mərkəz Azərbaycanın 53 şəhər və rayon təhsil idarələrinin, şöbələrin tərkibində olan məktəbəqədər tərbiyə ocaqlarında və ümumtəhsil məktəblərdə, xüsusi tipli məktəb və internat məktəblərində, eləcə də respublikamızın orta ixtisasali məktəblərində təhsil alan uşaq və gənclərlə öz fəaliyyətini həyata keçirmiş, müxtəlif səpkili, məqsədyönlü işlər təşkil etmişdir. Bununla yanaşı, xüsusi qayğıya möhtac olan ağır xəstə və əlil uşaqlarla da geniş çeşidli, ardıcıl işlər aparılmışdır.

Mərkəz təkcə böyüməkdə olan gənc nəsil ilə deyil, hətta respublika səviyyəli Tədris-Metodiki Mərkəz kimi bütün təhsil ocaqlarında işləyən pedaqoji kadrlarla da öz işini təşkil edərək onların pedaqoji fəaliyyətində olan problem və çətinliklərin aradan qaldırılmasına, yeni tələb və vəzifələrə uyğun işləməsinə şərait yaradırdı.

İncəsənətin insan şəxsiyyətinə, xüsusən əlil, xəstə uşaq və gənclərə müsbət təsirini yaxşı bilən Nazim müəllim uzun illər öz pedaqoji və yaradıcı fəaliyyətində əlil və ağır xəstə uşaqlara xüsusi qayğı ilə yanaşmış, onların psixiya fizioloji patologiyasını nəzərə almaqla mərkəzdə və bir çox xüsusi tipli internat evlərinin və internat məktəblərinin nəzdində eksperimental incəsənət məktəblərinin təşkili və müsbət fəaliyyət göstərilməsinə nail olmuşdur.

Nazim müəllimin yetirmələri olan Mircəfəralı Bağırov təhsilli rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Zaur Seyidzadə, Ülkər Zeynalova isdedadlı rəssamlardır. Bir çoxları isə incəsənət məktəbləri vasitəsi ilə həyatda öz yerlərini tapa bilmiş, peşə sahibi olmuşlar. Yuxarıda adları çəkilən məzunlar respublika və beynəlxalq sərgilərin laureatları olmuşlar.

1990-cı illərdən başlayaraq Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi müxtəlif incəsənət eksperimental məktəbləri açmış, bu məktəblərdə yüzlərlə şagird təhsil almışdır. Ümumtəhsil məktəblərində təhsil alan uşaqlar üçün eksperimental bədii tərbiyə məktəbi, eksperimental gənc memarlar məktəbi, ağır patoloji xəstə və iflic uşaqlar üçün eksperimental incəsənət məktəbi (evdə), lal-kar uşaqlar üçün 3 saylı internat məktəbin nəzdində eksperimental xalq yaradıcılıq məktəbi, dekorativ-tətbiqi sənət məktəbi, Nizami rayonu 1 saylı uşaq evinin nəzdində eksperimental incəsənət məktəbi, Saray qəsəbəsindəki 7 saylı internat evi nəzdində eksperimental incəsənət məktəbi, Şağan qəsəbəsindəki 3 saylı internat evi nəzdində ağıldankəm və ağır nevroloji xəstə uşaqlar üçün eksperimental incəsənət məktəbi, Şüvəlan qəsəbəsindəki 1 saylı yardımçı internat məktəbində valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün eksperimental incəsənət məktəbi, kor və zəif görən uşaqlar üçün xüsusi tipli internat məktəbin nəzdində eksperimental xor məktəbi, eksperimental musiqi təhsili və tərbiyəsi məktəbi, Maştağa qəsəbəsində ruhi xəstə uşaqlar üçün incəsənət məktəbi, Bilgəh qəsəbəsindəki 11 saylı yardımçı internat məktəbin nəzdində ağıldankəm uşaqlar üçün Eksperimental incəsənət məktəbi, 1 saylı xüsusi tipli internat məktəbin nəzdində lal-kar uşaqlar üçün Eksperimental dekorativ-tətbiqi sənət məktəbi...

Qeyd olunan eksperimental məktəblərin yaradıcısı və daimi müəllimi olan mərkəzin direktoru Nazim Məmmədbəyov bu sahədə böyük işlər görərək çox nadir, yeni metodikaya sahib olmuşdur. Siyahıda qeyd olunan məktəb və uşaqların xüsusiyyətinə uyğun proqramlarının müəllifi kimi mərkəzin qabaqcıl işçilərini bu işə cəlb edərək böyük nailiyyətlər əldə etmişdir. Mərkəzin direktoru Nazim Məmmədbəyov bir çox orijinal proqram və metodikaların, vəsait və albomların yaradıcısı kimi bu gün bu sahədə yeganə professional mütəxəssis olaraq qalır.

1996-cı ildə UNİCEF Mərkəz tərəfindən təşkil olunmuş Saray, ŞağanMaştağa qəsəbələrində xüsusi ağır xəstə uşaqlar üçün eksperimental məktəblərin yaradılmasına maddi köməklik etmişdir.

Bu işlərin müsbət gedişiuğurlu nailiyyətləri xarici nümayəndələr tərəfindən də təqdir edilmişdir.

Müsbət nailiyyətlər ümid verir ki, belə işlərin təşkilinə bu gün xüsusi diqqət yetiriləcək, belə məktəblərin yaranmasına təşkilatlar tərəfindən dəstək veriləcəkdir.

Hələ 1995-ci ildə Qırğızıstanda keçirilən elmi-praktik konfransda analoqu olmayan bu xarici mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Burada Məmmədbəyovun təcrübəsini nümayiş etdirən videokasetlər konfrans iştirakçılarının böyük marağına səbəb olmuşdur.

Nümayiş etdirilən işin əsasında Bişkek şəhərində analoji eksperimental məktəb açılmışdır.

Qeyd etmək lazımdır ki, eksperimental məktəblərlə yanaşı, həmin dövrdə UNİCEF tərəfindən təşkil olunan treninqlərdə də mərkəzin işçiləri iştirak edərək qaçqın uşaqlar üçün 37 rayonda yerləşmiş məktəbəqədər müəssisələrdə işləyən tərbiyəçi və musiqi rəhbərləri üçün treninqlər aparmışlar.

Bu işin təşkili və ümumi nəticələri praktik işçilər tərəfindən yüksək qiymətləndirilmişdir.

Qoyulan eksperimentlərin yüksək səviyyədə keçirilməsi üçün Nazim müəllim mərkəzə Rəssamlar, Memarlar və Bəstəkarlar ittifaqlarından tanınmış mütəxəssisləri dəvət etmişdir. Nazim Məmmədbəyovun 70 illik yubileyinə həsr olunmuş biblioqrafiyaya baxsaq 1983-cü ildən 2006-cı ilə kimi görülən işlər adamı valeh edir.

Simpoziumlar, elmi Praktik konfranslar, seminarlar, açıq dərslər, müxtəlif festivallar, kitab və mahnı bayramları, sərgilər, unudulmaz gecələr... Bütün bunlar Nazim müəllimin ömrünün unudulmaz anlarıdır.

Nazim Məmmədbəyov fəaliyyətinə görə 66 diplom və fəxri fərmanlarla təltif olunmuş, “SSRİ Maarif əlaçısı” və “Azərbaycanın maarif xadimi” adına layiq görülmüşdür. Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzində 29 il ərzində 126 qəzet və jurnallarda görülən işlər barədə yazılar dərc olunmuşdur. 2004-cü ildən eksperimental məktəbləri studiyalar əvəz etmişdir.

Kar və zəif görən uşaqlar üçün internat məktəbdə musiqi təhsili və tərbiyəsi studiyası lal-kar uşaqlar üçün 3 nömrəli internat məktəbində incəsənət studiyası,11 saylı yardımçı məktəbdə dekorativ tətbiqi sənət studiyası, 3 saylı yardımçı məktəbdə dekorativ tətbiqi sənət studiyası, lal-kar uşaqlar üçün Respublika ixtisaslaşdırılmış bağçada incəsənət studiyası səmərəli fəaliyyət göstərmişdir.

Adları çəkilən studiyalar üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi Problemlər İnstitutu tərəfindən təsdiq olunmuş proqram da məhz Nazim Məmmədbəyov tərəfindən hazırlanmışdır.

İnsan yaşadığı mənalı, şərəfli ömür yolu ilə yaddaşlarda qalır. Bu günqaynar həyat eşqi ilə çalışan Nazim Məmmədbəyovun maraqlı, gənclərimizə nümunə olacaq ömür yolu, həyat və yaradıcılıq yolu həm də vətənimizə xidmət nümunəsidir.

 

Şahin İbrahimoğlu

 

Respublika.-2013.- 8 noyabr.- S.7.