Konstitusiyamızın hər bir müddəası Azərbaycan xalqının

mənəvi dəyərlərinə əsaslanır

   

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 18 il keçmişdir. İlk milli Konstitusiyamızın  qəbulu dahi şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi hüquqi islahatlar sisteminin əsasını təşkil etmişdir.

Ötən 18 il ərzində bir daha sübut olundu ki, Azərbaycan Respublikasının Konstitusiyası sabit hüquqi sənəddir. Onun qəbulundan sonra cəmiyyət və dövlət həyatının müxtəlif sahələrində köklü dəyişikliklər baş vermiş, demokratik islahatlar aparılmış, ölkənin bütün hüquq sistemi yenidən qurulmuş, üçpilləli müstəqil məhkəmə hakimiyyəti yaradılmışdır.

Azərbaycan bu dövrlər ərzində Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatın tam hüquqlu üzvü olmuşdur, insan hüququları ilə bağlı əsas beynəlxalq konvensiyalara qoşulmuş, üzərinə mühüm öhdəliklər götürmüşdür. Məhz, Konstitusiya sayəsində ölkədə qanunçuluq, qanunun  aliliyi bərqərar edilib, insan hüquq və azadlıqlarının tam təmin edilməsinə şərait yaradılmışdır.

Konstitusiya dövlətin əsas qanunudur,digər qanunlara münasibətdə ali hüquqi qüvvəyə malikdir. Konstitusiya dövlətin və cəmiyyətin əsas cəhətlərini özündə qanunvericiliklə təsbit etdirən sənəddir.

Dövlətimiz inkişaf etdikcə hüquqi aktlarımıza əlavə və dəyişikliklər edilməsi reallığa çevrildiyi bir vaxtda Azərbaycan  Prezidenti özünün Konstitusiya hüquqlarından istifadə edərək, 2002-ci il iyunun 14-də Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı Referendum aktına rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət etmişdir. Konstitusiya Məhkəməsinin 2002-ci ildə iyunun 21-də keçirilən iclasında Konstitusiyaya dəyişikliklərə dair müsbət rəy verilmişiyunun 22-də dövlətimizin başçısı Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında fərman imzalamışdır.

Referendum aktının layihəsində Konstitusiyanın 20 maddəsinə 39 dəyişiklik təklif edilirdi. Bu dəyişikliklər ilk öncə insan və vətəndaşların  hüquq və azadlıqlarının daha etibarlı, daha dəqiq təmin edilməsinə yönəldilmiş dəyişikliklər; məhkəmə-hüquq islahatlarının məntiqi nəticəsi olan məhkəmə hüquq sisteminin təkmilləşdirilməsi ilə bağlı dəyişikliklər; hakimiyyət bölgüsü prinsipininseçki sisteminin təkmilləşdirilməsinə dair dəyişikliklərdən ibarət idi.

Konstitusiyanın yaşamaq hüququ haqqında 27-ci maddəsindən “fövqəladə və hərbi vəziyyət zamanı səlahiyyətli şəxsin verdiyi əmrin yerinə yetirilməsi” sözlərinin çıxarılması təklif olunurdu. Bu təklif birbaşa insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 2-ci maddəsi ilə bağlı idi. Azərbaycan Respublikası bu Konvensiyaya qoşulmuşdur.

Digər dəyişiklik  Konstitusiyanın 76-cı maddəsinə aiddir. Buradaalternativ hərbi xidmətlə” sözlərinin “alternativ xidmətlə” sözləri ilə əvəz edilməsi təklif olunurdu. Belə ki, “alternativ xidmət” hərbi deyil, mülki xarakter daşımalıdır. Eyni zamanda qeyd edilmişdir ki, bu dəyişikliklər Avropa İnsan Hüquqları Konvensiyasının 9-cu maddəsindən irəli gələn müddəalarla bağlıdır.

Ümumiyyətlə, Konstitusiyaya nəzərdə tutulan bütün dəyişikliklər son nəticədə Azərbaycanda insan hüquqlarının daha etibarlı qorunması istiqamətində yeni mexanizmlərin və təminatların yaradılmasına yönəldilmişdir.

Ötən illər ərzində digər sahələrdə olduğu kimi, Azərbaycanın məhkəmə-hüquq sistemində də köklü islahatlar aparılmışdır. Məhkəmələr və Hakimlər, Prokurorluq, Polishüququn digər sahələri üzrə qanunlar qəbul olunmuşdur.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə aid olan 130-cu maddənin 5-ci hissəsinin aşağıdakı şəkildə dəyişdirilməsinin məqsədi insan hüquqlarının daha səmərəli təmin olunması ilə bağlı idi. Hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilikicra hakimiyyəti orqanlarının, bələdiyyələrin normativ aktlarından qanunla müəyyən edilmiş qaydada bu maddənin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədilə şikayət verə bilər.

Digər bir dəyişiklik proporsional seçki sistemindən imtina edilməsi və seçkilərin majoritar sistem əsasında keçirilməsinə aid idi. Majoritar seçki sisteminin sübut olunmuş əsas üstünlüyü ondadır ki, bu sistem seçkilərə daha azad və fərdi səsvermə imkanı verməklə, seçilmiş deputatın məhz hansı seçici qarşısında məsuliyyət daşımasını aydınlaşdırırdı. Proporsional seçki sistemi zamanı isə seçici partiya siyahısına səs verirseçilmiş deputat özünü konkret seçicilər qarşısında deyil, üzvü olduğu partiya qarşısında məsul hesab edirdi.

1995-ci ildə Azərbaycan Respublikası  Konstitusiyası qəbul edildikdən sonra həyata keçirilmiş məhkəmə islahatları nəticəsində ölkəmizdə insan haqlarının daha etibarlı təmin olunmasına xidmət edən yeni məhkəmə sistemi bərqərar olunmuş, apelyasiya instansiyası təşəkkül tapmış, ümumiyyətlə bütün hüquq sistemində islahatlar aparılmışdır. Bununla əlaqədar apelyasiya instansiyası məhkəmələrinin yerinin Konstitusiyada təsbit olunması, habelə bütün apelyasiya instansiyası məhkəmələri hakimlərinin statusunun yüksəlməsi və parlamentin səlahiyyətlərinin genişləndirilərək, onların təyinatının Milli Məclis tərəfindən aparılması üçün Konstitusiyaya müvafiq dəyişikliklər təklif edilmiş, məhkəmə hakimiyyətinin müstəqilliyinin daha da möhkəmləndirilməsi məqsədilə Ali Məhkəmənin aşağı məhkəmələr üzərində nəzarət funksiyasının götürülməsi barədə mütərəqqi dəyişikliklər nəzərdə tutulmuşdur.

1995-ci il noyabrın 12-də referendum yolu ilə müstəqil və suveren Azərbaycan Respublikası  Konstitusiyasının qəbul edilməsi Azərbaycanın dövlət və hüquq tarixində xüsusi yer tutan mühüm hadisələrdən biridir. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Respublikası Konstitusiyasının yaradıcısı və banisidir. Müasir Azərbaycan tarixinin ən çətin mərhələlərində Heydər Əliyev dühasının xilaskarlıq və quruculuq missiyası öz əvəzedilməz rolunu oynamışdır.

Hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycana daim uğur gətirən Heydər Əliyev kursunu əzmlə davam etdirir. Ulu öndərin ideyaları bu gün də yaşayır, Azərbaycanın xoşbəxt gələcəyinə işıq saçır.

 

Faiq RƏHMANOV

 

Respublika.-2013.- 9 noyabr.- S.7.