Vergilər Nazirliyinin Bakıda yeni istifadəyə verilmiş vergi ödəyicilərinə xidmət mərkəzində “Açıq qapı” günü keçirilib

 

Dünən Vergilər Nazirliyinin Bakıda yeni istifadəyə verilmiş Vergi ödəyicilərinə Xidmət Mərkəzində kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçünAçıq qapıgünü keçirilib. Tədbir KİV nümayəndələrini vergi xidmətinin əsas fəaliyyət istiqamətlərindən biri olan vergi ödəyicilərinə xidmət sahəsində aparılan işlər, bu xidmətlərin səviyyəsinin artırılması üçün görülən tədbirlərlə tanış etmək məqsədi daşıyırdı.

Vergilər Nazirliyi Analitik-informasiya şöbəsinin məlumatına görə, KİV nümayəndələri mərkəzin inzibati binası, otaqları, o cümlədən kameralarla təchiz edilmiş xidmət və təhlil otaqları ilə yaxından tanış olmuşlar. Vergilər Nazirliyinin Vergi Ödəyicilərinə Xidmət İdarəsinin rəisi Elçin Məmmədov mətbuat nümayəndələrinə mərkəzin əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat vermişdir.

Bildirilmişdir ki, vergi ödəyicilərinə xidmət mərkəzləri vergilərin könüllü ödənilməsi sisteminin və sahibkarlığın inkişafı məqsədilə yaradılır və vergi ödəyicilərinə göstərilən xidmətlər onların yaşayış və yerlərinə yaxın ərazilərdə təşkil olunur. Mirəli Qaşqay, 56 ünvanında təşkil edilən yeni mərkəz də Bakı şəhərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə xidmət göstərəcəkdir.

Əvvəllər Vergilər Nazirliyinin inzibatı binasında fəaliyyət göstərən 195 Çağrı Mərkəzi də bu binaya köçürülmüşdür. Vergi ödəyicilərinə xidmət mərkəzi müasir avadanlıqlar və sürətli kommunikasiya sistemi ilə təchiz edilmişdir. Burada vətəndaşlara vergi qanunvericiliyinin tətbiqi barədə izahatlar verilir, vergi ödəyicilərinə şəxsi vərəqələrindəki məlumatlara baxış imkanı yaradılır, vergi bəyannamələri, vergi qanunvericiliyionun tətbiqi barədə məlumat və izahatların verilməsi, sahibkarlıq fəaliyyəti subyektlərinin “bir pəncərə” prinsipi üzrə dövlət qeydiyyatına alınması ilə bağlı geniş spektrdə xidmətlər göstərilir. Həmçinin fizikihüquqi şəxslərin elektron qeydiyyatının aparılması, NKA-nın, təsərrüfat subyektinin qeydiyyata alınması və qeydiyyatdan çıxarılması, fəaliyyətin bərpası, dayandırılması, xitam verilməsi, uçot məlumatlarında dəyişiklik, bəyannamələrin, hesabat və arayışların göndərilməsi, bankda hesabın açılması, e-vergi hesab-fakturalarının göndərilməsi, məktub və ərizələrin göndərilməsi və s. məsələlər üzrə də vətəndaşlara lazımi köməklik göstərilir. Mərkəzdə vergi ödəyicilərinə vergilərə aid ərizə və hesabat formalarının, bukletbaşqa nəşrlərin verilməsi də təmin edilir.

Daha sonra KİV nümayəndələri yeni binaya köçürülmüş 195 Çağrı Mərkəzi ilə tanış olmuşlar. 195 Çağrı Mərkəzinin rəhbəri Məhəmməd Yunusov mərkəzin fəaliyyəti ilə bağlı mətbuat nümayəndələrinə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, 195 Çağrı Mərkəzinin əsas məqsədi vergi ödəyicilərinə müasir standartlara uyğun ödənişsiz vergi xidmətlərinin göstərilməsidir. Vergilər Nazirliyinin fəaliyyətinin əsas istiqamətlərindən birinin vətəndaşlara göstərilən xidmət səviyyəsinin mütəmadi olaraq arıtırılması məqsədilə Vergilər Nazirliyi vergi ödəyicilərinin ehtiyacı olan bütün xidmətlərin bir məkanda təmin olunduğu mərkəz yaratmaq qərarına gəlmişdir. 195 Çağrı Mərkəzi sahibkarların, ümumiyyətlə, vətəndaşların vaxt itkisinə yol vermədən vahid mənbədən biznesin qeydiyyatı, lisenziyalaşdırma, mühasibat uçotu, vergilər, rüsumlar, sosial və digər icbari ödənişlər barədə məlumat almalarını təmin edir. Mərkəzdə göstərilən xidmətlərin səviyyəsinin dəyərləndirilməsi üçün vətəndaşlara sorğuda iştirak etmək, rəy və təkliflərini bildirmək, eləcə də mərkəzin fəaliyyətində hansısa bir narazılıq olduğu təqdirdə mərkəzdən çıxmadan Vergilər Nazirliyinə birbaşa müraciət etmək imkanı  yaradılmışdır. Bütün bu imkanlar Vergilər Nazirliyi tərəfindən göstərilən xidmətlərin hər bir vergi ödəyicisi üçün əlçatan olmasını təmin etmək, sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması məqsədini daşıyır.

Tədbirin sonunda KİV nümayəndələrinin çoxsaylı sualları cavablandırılmışdır.

 

Ülvi QARAYEV

 

Respublika.-2013.- 13 noyabr.- S.12.