Dünya Diabet Gününə həsr edilmiş “dəyirmi masa

 

 

 Dünyanın hər yerində diabet xəstəliyinə tutulanların sayında artım müşahidə olunurbu xəstəlikdən əziyyət çəkənlərin sayı artmaqdadır.

Bakının Nəsimi Rayon İcra Hakimiyyətində Azərbaycan Diabet Cəmiyyəti Endokrinologiya, Diabetologiya Terapivtik Təlimat Assosiasiyasının 14 noyabrDiabet Gününə həsr olunmuş “dəyirmi masakeçirildi.

Toplantıda rayon ictimaiyyətinin nümayəndələri və həkimlər iştirak edirdilər.

“Dəyirmi masa”nı giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev vurğuladı ki, şəkərli diabet bir pandemiya olaraq bütün dünya ölkələrinə iti sürətlə yayılaraq heç bir qitənin xüsusiyyətlərinə, onun təbiətinə, əhalisinin irqinə aman verməyərək çox ciddi problemlər yaradır.

Hazırda dünyada 371 milyondan çox insan bu xəstəliyə düçar olmuşdur. Beynəlxalq Diabet Federasiyasının (BDF) proqnozuna görə, yaxın 20 ildə bu rəqəm 550 milyonu ötəcəkdir. Bir o qədər də insan artan diabet təhlükəsi ilə üz-üzə qalmaqdadır.

Bu məkrli xəstəlikdən hər səkkiz saniyədə bir nəfər, il ərzində isə 4 milyon adam dünyasını dəyişir.

Diabet əlilliyə gətirən əsas xəstəliklərdən biridir, nəticədə gözlərin tutulması, ağır böyrək xəstəliyi və aşağı ətrafların amputasiya halları çoxdur. Hər il 1 milyon ŞD xəstəsi amputasiya olunur.

2010-cu ildə dünyada səhiyyəyə ayrılan xərclərin 12 faizi, yəni 378 milyardı diabetə sərf olunmuşdur. Hesablamalara görə, 2030-cu ilə kimi bu məbləğ 490 milyardı ötəcəkdir. İnsanların diabetdən həyatlarını dəyişməsi, ağır əlilliyə düçar olmaları, həyat keyfiyyətinin aşağı düşməsinə əsas səbəblərdən biridünya ölkələrinin tələb edilən səviyyədə siyasi qərarların qəbul edilməməsindədir. Doğrudur, bu sahədə müəyyən addımlar atılmışdır. BMT Baş Assambleyasının diabet üzrə qəbul etdiyi Qətnamə (20 dekabr 2006-cı il) 14 noyabrı BMT-nin Ümumdünya Diabet Günü kimi elan etməklə bütün üzv dövlətlərin hökumətlərini, beynəlxalq qurumları, səhiyyə sistemini, özəl sektor da daxil olmaqla vətəndaş cəmiyyətini diabetlə mübarizəyə birgə və ciddi yanaşılmasına mühüm bir çağırışdır.

Lakin bütün bu görülən tədbirlər, hələ ki, diabetin artan epidemiyasına sipər çəkə bilməmişdir.

Göstərmək lazımdır ki, ŞD xəstəliyinin belə yüksək artıma gətirən səbəblərdən önəmlisi kimi siqaret çəkmək, spirtli içkilərdən istifadə etmək, fiziki fəaliyyətsizlik kimi amillərlə hələ də ciddi mübarizə aparılmır.

Diabet xəstələrinin yüksək standartlara cavab verən dərman preparatlarından, yeni texnologiyalardan yararlanmağı, öz xəstəliyini idarə etmək üçün təlimatları da bilmələri diabetlə bağlı fəsadların və eyni zamanda xərclərin azalmasına kömək edə bilər. Bütün bunlar diabetlə xəstə insanların hüquqlarıdır.

Azərbaycanda ŞD ilə mübarizə dövlət səviyyəsində aparılır. “Şəkərli diabetlə xəstə şəxslərə dövlət qayğısı haqqında” qanunonun icrası məqsədilə hökumətin diabet üzrə qəbul etdiyi proqramlar, bundan ötrü hər ilin dövlət büdcəsində ayrılan ünvanlı vəsaitlər buna bariz misaldır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın diabetli xəstələrə olan daimi qayğısı nəticəsində 2013-cü ilin dövlət büdcəsində diabet üzrə Tədbirlər Proqramının icrası üçün 35.4 milyon manat maliyyə vəsaiti nəzərdə tutulmuşdur ki, bu, əvvəlki illərdə ayrılmış vəsaitdən 2,8 dəfə çoxdur.

Dünya Diabet Gününə həsr olunmuş tədbirdə BMT-nin Azərbaycandakı rezident koordinatoru Antonius Broek, Azərbaycan Diabet Cəmiyyətinin sədri, Beynəlxalq Diabet Federasiyasının üzvü Möminat Ömərova, Azərbaycan Endokrinoloji Elmi Cəmiyyətinin sədri, tibb elmləri doktoru, professor Valeh Mirzəzadə, ADC-nin sədr müavini Akif Muxtarov iştirak etmişdir.

 

Qədir ASLAN,

 

Respublika.-2013.-15 noyabr.-S.7.