14 noyabr - Dünya Diabet Günü qeyd olundu

 

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzi (REM) tibb ictimaiyyəti nümayəndələrinin iştirakı ilə birgə 14 noyabr - Dünya Diabet Gününü (ÜDG) qeyd etmişdir.

Həkimləri Təkmilləşdirilmə İnstitutunda keçirilən tədbiri giriş sözü ilə açan Respublika Endokrinoloji Mərkəzinin direktor müavini, Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova bildirdi ki, hər il Azərbaycan Diabet Liqası (ADL) İctimai Birliyi Səhiyyə Nazirliyi ilə birgə Azərbaycanda 14 noyabr tarixini xüsusi qeyd edir. Artıq son bir neçə ildir ki, Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzi diabet gününün təşəbbüskarı kimi çıxış edir. İctimaiyyət, ADL və digər qurumlar bu tədbiri dəstəkləyirlər. Azərbaycan dövləti bu xəstəlikdən əziyyət çəkən insanlara xüsusi diqqət ayırır. Y.Sultanova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səhiyyəyə göstərdiyi xüsusi diqqət və qayğının bu sahədə xeyli irəliləyişlərə səbəb olduğunu xüsusi qeyd etmişdir. Dövlətimizin başçısının müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasını, onların ən müasir avadanlıqla təmin olunmasını, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təchiz olunmasını, müalicəsini, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsinin təmin olunmasını vurğulamışdır.

Diqqətə çatdırılmışdır ki, bir sıra dövlət proqramlarının reallaşdırılmasında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır. Y. Sultanovanın sözlərinə görə, “2011-2015-ci illər üçün Şəkərli Diabet üzrə Tədbirlər Proqramı” çərçivəsində respublikada ilk dəfə olaraq bütün xəstələrə özünənəzarət vasitələri - qlükometrlər və test sistemlər pulsuz olaraq paylanıb və onların dərman təchizatı ilə bağlı uzun illər davam edən problem aradan qaldırılıb. Bu gün burada təşkil olunan tədbirlə yanaşı, Azərbaycan Diabet Liqasının müraciətinə görə “Park Bulvar” alış-veriş mərkəzinin rəhbərliyi Diabet Günü münasibəti ilə 60 nəfər 4-10 yaş arasında olan diabetli uşaqlar üçün əyləncə də təşkil edib. Əyləncə zamanı onlara animasiya filminahar yeməyi hədiyyə ediləcək. Məhz həmin uşaqlar üçün ADL və REM hədiyyə paketi də təqdim olunacaq.

Tədbirdə çıxış edən Respublika Endokrinoloji Mərkəzinin direktoru Rauf Cabbarov bildirib ki, şəkərli diabet xəstəliyini təhlükəli və problemli edən onun müxtəlif yaş həddini əhatə etməsi, əhali arasında geniş yayılması, ağır fəsadların meydana gəlməsi, böyük maddi vəsait tələb etməsidir. Xəstəliyin xoş gedişatı üçün, yəni onun həyat tərzinə çevrilməsi üçün düzgün tibbi xidmətə, sosial-iqtisadi qayğıya, normal psixoloji durumabütün bunları tənzimləyə biləcək hüquqi bazaya ehtiyac var. Belə ki, bəşəriyyətin diqqətini şəkərli diabetlə bağlı problemlərə yönəltmək məqsədilə 1991-ci ildən Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Diabet Federasiyasının tövsiyələrinə görə bu tarix Ümumdünya Diabet Günü kimi qeyd edilir: “2013-cü ilin kampaniyası “DİABET: Gələcəyimizi qoruyaq!” şüarı altında keçirilir. Hazırda dünyada 400 milyona yaxın insanda şəkərli diabet diaqnozu qeydə alınır. Güman olunur ki, xəstələrin 50 faizi öz xəstəliyi haqqında məlumatsızdır. Azərbaycanda da bu xəstəlikdən əziyyət çəkənlərin sayı bu ilin göstəricilərinə görə 200 minə yaxındır. Bu xəstəliyin yayılma tempinə görə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ŞD xəstəliyini qeyri-infeksion epidemiya kimi dəyərləndirir”.

Həkimləri Təkmilləşdirilmə İnstitutunun direktoru Niyazi Qasımov isə öz çıxışında bildirdi ki, 14 noyabr tarixi, professor, tədqiqatçı alım, Nobel mükafatına layiq görülmüş Frederik Bantinqin doğum günüdür. O, 1891-ci ildə kanadalı fermerin ailəsində doğulmuşdur. 1916-cı ildə Toronto universitetinin tibb fakültəsini bitirmişdir və əsgər getmişdir. Müharibədən qayıtdıqdan sonra o öz uşaqlıq arzularını yerinə yetirmək üçün V kurs tələbəsi Çarlz Bestlə birgə laboratoriyada elmi işlə məşğul olur. Onun məqsədi milyonlarla insanın həyatını xilas edə biləcək insulin preparatını əldə etmək idi. Çünki, o uşaqkən 2 ən yaxın dostunu, məhz tip 1 şəkərli diabet xəstəliyinə görə itirmişdir. F.BantinqÇ.Best tərəfindən 1921-ci ildə it üzərində eksperimental şəraitdə əldə edilən insulin, 1922-ci ilin yanvarında əvvəl öz üzərlərində, sonra isə 14 yaşlı ŞD-lə xəstə olan Leonard Tompsonun üzərində tətbiq edirlər.

Əldə edilən böyük kəşfə görə 1923-cü ildə F.Bantinq tibb elmləri namizədi və professor adını alır. Elə həmin il professor C.Makleod ilə birgə fiziologiya və səhiyyə üzrə Nobel mükafatına layiq görülürlər. Lakin haqsızlıqla razılaşmayan F.Bantinq mükafatı köməkçisi və əməkdaşı Ç.Bestlə bölüşür. Öz növbəsində C.Makleod da öz mükafatını Ceyms Kollip ilə bölüşür. Milyonlarla insanın həyatını xilas edən, insulin preparatını kəşf etmiş professor, tədqiqatçı alim, Nobel mükafatına layiq görülmüş Frederik Bantinqin xatirəsini əbədiləşdirmək məqsədilə 14 noyabr - bütün dünyada Diabet Günü kimi qeyd edilir.

Qeyd edək ki, tədbirin keçirilməsində “Sanofi Aventis”, “Lilly”, “Takeda”, “Novo-Nordisk”, “Bayer”, “Wörwaq farm”, “Meda, Sanovel”, “HBco ltd”, “Stevyasponsor şirkətləri də köməklik göstərmişlər.

Tədbirin sonunda şəkərli diabet xəstəliyindən əziyyət çəkən 13-15 yaşlı uşaqlar üçün hədiyyələr təqdim olundu.

 

Gülşən Hüseynova,

 

Respublika.-2013.-15 noyabr.-S.7.