Təkzibedilməz siyasi həqiqət: tarixi faktlar və sənədlər

 

SSRİ Nazirlər Sovetinin 1947-ci il dekabrın 23-də və 1948-ci il martın 10-da qəbul etdiyiErmənistan SSR-dən kolxozçu və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqındaqərarlarına əsasən, 1948-53-cü illərdə azərbaycanlıların tarixi torpaqlarından, xüsusilə də İrəvan və onun ətraf rayonlarından kütləvi şəkildə deportasiya olunması nəticəsində 100 mindən artıq soydaşımız zorakılıqla Azərbaycanın aran rayonlarına köçürülmüşdür.

Nəticədə, Ermənistan SSR hökuməti SSRİ rəhbərliyindəki himayədarlarının köməkliyi sayəsində 1948-1953-cü illərdə Ermənistan SSR ərazisində yaşayan azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldu. Xaricdən gətirilən ermənilər isə Ermənistan SSR-dən deportasiya edilən azərbaycanlıların yaşayış üçün hər cür şəraiti olan evlərində yerləşdirildilər. Sonrakı illərdə də, ermənilərin repatriasiyası davam etdirilmişxarici ölkələrdən Ermənistana 1961-ci ilin ortaları üçün 200 min, 1962-1973-cü illərdə isə 26 min 100 nəfərdən çox erməni gətirilmişdi. Onlar Cənubi Qafqazda qatı millətçilik hisslərini qızışdıraraq, düşmənçilik hərəkətlərini genişləndirdilər.

Bununla yanaşı, Ermənistan öz ərazi iddialarını və təcavüzkar siyasətini davam etdirərək yenidən Dağlıq Qarabağın Ermənistan SSR-in tərkibinə verilməsi məsələsini qaldırdı. 1948-ci ilin mart ayında DQMV-nin Ermənistana birləşdirilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri N.Şvernikin imzası ilə qərar layihəsi tərtib edilmişdi. Bu sənədə Azərbaycanın sərhədlərinin dəyişdirilmiş xəritəsi əlavə olunmuşdu. Ancaq bu cəhdin qarşısı da qəti şəkildə alınmışdı.

Daha sonra, XX əsrin 60-cı illərində də, Dağlıq Qarabağ məsələsi bir neçə dəfə ortaya atıldı. 1960-cı ilin noyabrında A.Mikoyanın təşəbbüsü ilə DQMV-nin Ermənistan SSR-in tərkibinə verilməsi haqqında hazırlanmış sənəd Sov.İKP MK Rəyasət Heyətinin iclasında müzakirə edilməli idi. Ermənilərin bu məsələ ilə əlaqədar çox ciddi hazırlıq işi aparmalarına baxmayaraq, iclasdan əvvəl keçirilən müşavirədə o zaman Azərbaycan KP MK katibi işləyən N.Hacıyevin məruzəsindən sonra hazırlanmış qərar layihəsi rədd edilmişdi. Bundan sonra isə A.Mikoyan SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində olarkən Krımın uğurla Ukraynaya verilməsindən ruhlanaraq, 1964-cü ilin əvvəlində DQMV-nin Ermənistana birləşdirilməsi məsələsini N.Xruşova təklif etdi. N.Xruşov onun təklifinə çox maraqlı bir cavab vermişdi: “Mən Dağlıq Qarabağ ermənilərinin Ermənistana bir sutka ərzində köçürülməsini təmin etmək üçün 12 min hərbi yük maşını ayrılmasını təqdim etməyə hazıram”.

Sovet dövründə ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi zamanda (1969-1982) Qarabağa çox böyük diqqət və qayğı göstərmiş, eləcə də erməni iddiaları hər zaman iflasa uğramışdı. Bu dövrdə erməni milllətçiləri imkan düşdükcə Azərbaycan torpaqlarına olan əsassız iddialar irəli sürürdülər. Ancaq Heydər Əliyev Dağlıq Qarabağın tarixini, coğrafiyasını, iqtisadiyyatını, orada yaşayanların düşüncələrini gözəl bilirdi. Hələ Azərbaycan SSR DTK-nın sədri olarkən erməni millətçilərinin əsassız ərazi iddialarının qarşısı qətiyyətlə alınmışdı. Belə ki, Heydər Əliyev 1967-ci il iyun ayının 26-da Azərbaycan KP MK-nın birinci katibi V.Axundova məktubunda yazırdı ki, iyun ayının 23-dən 24-ə keçən gecə Xankəndidə bəzi küçələrdə erməni dilində 8x9 sm ölçüdə 300 vərəqə yayılmışdır. Həmin vərəqələrdə ermənilər tərəfindən Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi tələb edilir və millətçi fikirlər irəli sürülürdü. Məktubda qeyd edilirdi ki, vərəqənin müəlliflərini axtarıb tapmaq, eləcə də digər lazımi tədbirləri görmək üçün Xankəndiyə əməliyyat qrupu göndərilmiş və təqsirkarlar ciddi cəzalandırılmışlar.

Bu hadisədən bir neçə gün sonra, yəni iyul ayının 3-də Dağlıq Qarabağda erməni millətçiləri 3 nəfər azərbaycanlını vəhşicəsinə öldürmüşdülər. Həmin məsələni dərindən araşdırmaq üçün Heydər Əliyev 15 gün Dağlıq Qarabağda olmuş, eləcə də Şuşaya getmişdi. Şuşada olarkən 1905-1907, 1918-1920-ci illərdə ermənilərin təcavüzü nəticəsində dağıdılmış və yandırılmış evlərin hələ də bərpa edilmədiyini görmüşdü. O, Şuşa şəhərinin Azərbaycan xalqının böyük bir tarixi abidəsi, incisi kimi bərpa etdirilməsinin zəruriliyi qənaətinə gəlmiş və Bakıya qayıtdıqdan sonra şəhərin belə vəziyyətdə saxlanılmasının mümkünsüzlüyü barədə mülahizələrini Azərbaycan rəhbərlərinə söyləmişdi.

Bundan sonra, 1969-cu ildə Heydər Əliyev hakimiyyətə gəlməmişdən az əvvəl Ermənistan Azərbaycanla sərhəd olan bəzi əraziləri ələ keçirmək istəyirdi. Erməni rəsmi dairələri və alimləri, hətta XX əsrin 20-ci illərinin xəritələrini ortaya çıxarmış və ərazi məsələsinə dair danışıqlar artıq müzakirə obyektinə çevrilmişdi. Azərbaycan KP MK bürosunun 1969-cu il mayın 21-də keçirilən iclasında iki respublika arasında sərhədlərin coğrafi təsvirini təsdiq etməyə dair Azərbaycan Ali Sovetinin qərar layihəsi bəyənildi.

Heç şübhəsiz, bu qərarın qəbul edilməsinə Moskvadan edilən təzyiqlər də böyük təsir göstərmişdi. Ümummilli lider Heydər Əliyev həmin il iyulun 14-də Azərbaycan KP MK-nın birinci katibi seçilən kimi bu məsələni ön plana çəkdi. Heç şübhəsiz ki, Azərbaycan xalqının mənafeyini hər şeydən üstün tutan Heydər Əliyev təzyiqləri rədd edərək prinsipial mövqe göstərmiş, erməni millətçilərinin qarşısını qətiyyətlə almışdı. Moskvadakı bəzi qüvvələr və Ermənistan SSR-in rəhbərləri qərarın həyata keçirilməsinə çox cəhd etsələr də Heydər Əliyev buna imkan verməmişdi.

1970-ci illərdə ermənilər Dağlıq Qarabağ məsələsini yenidən ortaya atsalar da, onların bu istəklərinin qarşısı qətiyyətlə alınmış və ümummilli lider Heydər Əliyev Azərbaycan rəhbəri kimi bu istiqamətdə sistemli və məqsədyönlü şəkildə fəaliyyət göstərmişdir. Hər şeydən əvvəl Qarabağın tarixini mükəmməl bilən Heydər Əliyev bu məsələyə çox həssaslıqla yanaşırdı. 1977-ci ildə SSRİ Konstitusiyası, 1978-ci ildə isə Azərbaycan Konstitusiyası qəbul edilərkən ermənilər müxtəlif mərkəzi orqanlara müraciət edərək Dağlıq Qarabağ məsələsini yenidən qaldırdılar. Lakin Heydər Əliyev bu zaman Sov.İKP MK-nın Baş katibi L.Brejnevlə görüşmüş və məsələni qəti həll edərək erməni millətçilərinin iddialarını puça çıxarmışdı.

Azərbaycanın qədim mədəniyyət mərkəzi kimi Şuşa şəhərinin tarixi keçmişini yaxşı bilən Heydər Əliyev həmin illərdə şəhərə çox böyük qayğı göstərərək onun inkişafına çalışırdı. Bununla yanaşı ümummilli lider Şuşaya adi bir şəhər deyil, zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. 1969-cu ildə Azərbaycana rəhbər seçiləndən sonra Heydər Əliyev Şuşanı abadlaşdırmaq, dağıdılmış, yandırılmış evləri bərpa etmək, eyni zamanda tarixi abidələri qoruyub saxlamaqböyük bir muzeyə çevirmək üçün əhəmiyyətli işlər görmüşdür.

Belə ki, 1970-ci illərin ikinci yarısında Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə bir neçə xüsusi qərar qəbul edilmişdi. Qərarlara uyğun olaraq keçmişdə tikilmiş binalar, tarixi abidələr bərpa edilmiş, şəhərdə yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksləri, ayrı-ayrı inzibati binalar tikilmişdi. Eyni zamanda, Şuşanın statusu qaldırılaraq ümumittifaq səviyyəli kurort şəhərinə çevrilmişdi. Heç şübhəsiz ki, həmin qərarların yerinə yetirilməsinin çox böyük tarixi-siyasi əhəmiyyəti var idi.

Bütün bunlarla yanaşı Heydər Əliyev Qarabağın dağlıq və aran hissələrinin təsərrüfat, iqtisadi cəhətdən daha sıx birləşdirilməsinə çalışırdı. Çünki erməni millətçiləri hər zaman Dağlıq Qarabağın Azərbaycanın digər rayonları ilə guya iqtisadi və təsərrüfat əlaqələrinin olmadığını, əhalinin ümumi sayında ermənilərin çoxluğunu əsas gətirərək vilayətin Ermənistana birləşdirilməsini tələb edirdilər.

Ancaq Heydər Əliyev onların bu niyyətlərinin qarşısını qətiyyətlə aldı. Yuxarı Qarabağın Aran Qarabagla və digər rayonlarla əlaqəsini daha da sıxlaşdırmaq, strateji əhəmiyyətli kommunikasiyaların sayını artırmaq məqsədilə “Ağdam - Xankəndi (Stepanakert)” dəmir yolu çəkildi və 1979-cu il yanvarın 12-də ümummilli liderin özünün iştirakı ilə istifadəyə verildi. Nəticədə, dəmiryol xəttinin işə düşməsi ilə muxtar vilayətin iqtisadi cəhətdən Azərbaycanın digər rayonları ilə daha sıx əlaqəsi yaradıldı. Bu, Heydər Əliyevin Qarabagın daglıq və aran hissələrinin, Azərbaycanın digər rayonlarının təsərrüfat və iqtisadi cəhətdən birləşdirilməsi baxımından strateji addımı və böyük tarixi xidməti idi.

 

Dəfələrlə məqsədlərinə nail olmayan Ermənistan Respublikasının rəhbərliyi və erməni lobbisi bir qədər sakitləşsə də, müəyyən bir məqam gözləyirdilər ki, bu şərait də 1980-ci illərin ikinci yarısında yetişdi.

XX əsrin sonunda Ermənistanın Azərbaycana qarsı ərazi iddiaları, hərbi təcavüzü və işğalçılıq siyasəti. XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməkliyi ilə SSRİ-də yaranmış aşkarlıq və demokratiya şəraitindən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabag bölgəsinə dair ərazi iddiaları irəli sürdülər.

XIX əsrin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsinin daglıq hissəsinə köçürülmüş ermənilər Sovet dövründə bütün siyasi, iqtisadi, sosial və mədəni məsələləri əhatə edən muxtariyyətə malik olsa da Ermənistan öz ərazi iddialarını bir neçə dəfə ortaya atmış, ancaq istəyinə nail ola bilməmişdir. Lakin SSRİ-nin süqutu ərəfəsində Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərə Azərbaycandan ayrılaraq Ermənistanla birləşməyin zəruriliyinə nail olmaq ideyasını süni surətdə qəbul etdirən təcavüzkar dövlət buna nail olmaq üçün Dağlıq Qarabağdan 50 min azərbaycanlını soyqırım və təcavüzə məruz qoyub didərgin salmış, eləcə də Ermənistandan 250 min azərbaycanlını tarixən yaşadığı torpaqlardan zorakılıqla deportasiya etmişdir.

Ümumiyyətlə, 1988-1991-ci illərdə, yəni hadisələrin başlanğıcından SSRİ-nin süqutuna qədər olan dövrdə İttifaqın hakim dairələri tərəfindən himayə edilən və mono-etnik dövlət yaratmaga nail olan Ermənistan Respublikası Azərbaycana qarşı açıq-aşkar işğalçılıq siyasəti yeritmiş, nəticədə dinc sakinlər qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, talan edilmiş və yandırılmışdır.

XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırım bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Dünya tarixində Xocalı soyqırımı tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Xirosima, Naqasaki, Sonqmi, Ruanda, SrebrenitsaXolokost kimi dəhşətli faciələrdən heçgeri qalmır. Adı çəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuşdünyada geniş əks-səda doğurmuşdur.

Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımın əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Bundan əlavə, ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırım ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

Bununla yanaşı, ümummilli liderin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli fərmanı Ermənistan SSR ərazisindən azərbaycanlıların deportasiyasının hərtərəfli tədqiq edilməsi, bu cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu fərmanlar təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi və yaddaşlarda həkk olunması deyil, eləcə də erməni millətçiliyinin və terrorizminin ifşa olunması baxımından da əhəmiyyətlidir.

 

R.Novruzoğlu

 

Respublika.-2013.- 17 noyabr.- S.5.