UĞURLARIN TƏMƏLİNDƏ İQTİDAR-XALQ BİRLİYİ DAYANIR

 

Müstəqil Azərbaycan dövlətinin hərtərəfli dinamik inkişafı baxımından  son 10 il çox önəmli mərhələdir. Dünya ölkələrinin böyük əksəriyyətinin hələ də maliyyə və iqtisadi tənəzzül keçirdiyi şəraitdə əldə olunmuş nəticələr əminliklə deməyə əsas verir ki, Azərbaycanın tərəqqisində müsbət meyillər daha da güclənmiş, iqtisadiyyatın artım səviyyəsi öz yüksək tempini saxlamışdır. Əsas makroiqtisadi göstərici sayılan ümumi daxili məhsul istehsalında qeyri-neft sektorunun payı daim artmaqdadır. Təsadüfi deyil ki, Azərbaycanın iqtisadi siyasətinin səmərəliliyi  Qərbin ən nüfuzlu maliyyə və iqtisadi qurumları – Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Dünya İqtisadi Forumu tərəfindən də yüksək qiymətləndirilir və onların ənənəvi hesabatlarında öz geniş əksini tapır. Dünyanın mötəbər qurumları Azərbaycanı ən islahatçl ölkə kimi tanıyır və iqtisadiyyatımızın qarşıdakı illərdə də davamlı inkişafını proqnozlaşdırırlar. İqtisadiyyatımızın çoxşaxəliliyi, neft-qaz sahələri ilə yanaşı, qeyri-neft sektorunun sürətli tərəqqisi həyatımızın bütün sahələrində köklü irəliləyişlərlə müşahidə olunur.

Müstəqil siyasət yürüdən Azərbaycan dövlətinin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə dinamik və hərtərəfli inkişaf edir, öz siyasi, sosial-iqtisadi qüdrətini artırır, dünyadakı mövqelərini möhkəmləndirir. Həyata keçirilən böyük infrastruktur layihələri, abadlıq və quruculuq işləri Azərbaycanı müasirləşdirmək, insanların rahatlığını təmin etmək və sosial problemlərini aradan qaldırmaqla yanaşı, həm də Bakıda, xüsusən də regionlarda yeni yerlərinin açılması deməkdir. 10 il ərzində 1 milyon 200 min yeni yerləri açılıb ki, bunun da əksəriyyəti daimi yerləridir. Digər az əhəmiyyət kəsb etməyən fakt isə yeni yerlərinin 93,3 faizinin məhz özəl sektorun hesabına formalaşmasıdır. Bu, Azərbaycanda bazar iqtisadiyyatının tam bərqərar olduğunun, həyata keçirilən islahatların bəhrəsidir.

9 oktyabr prezident seçkilərində əhalinin böyük siyasi fəallıq göstərərək cənab İlham Əliyevə səs verməsi,  növbəti beş il üçün  məhz onu dövlətimzin başçısı görmək istəməsi son ildə görülən işlərin, yürüdülən siyasi kursun xalqımız tərəfindən birmənalı olaraq dəstəklənməsini təsdiqidir. Prezident seçkilərinin ilkin nəticələri ilə bağlı xalqa müraciətində dövlətimzin başçısı cənab İlham Əliyev bu məsələləri önə çəkərək demişdir: “Azərbaycan xalqı bu seçkilərdə son on il ərzində görülən işlərə öz yüksək qiymətini vermişdir. On il ərzində dövlətçiliyimizin əsasları möhkəmləndi. Bu gün Azərbaycan dövləti güclü, müstəqil siyasət aparan bir dövlətdir. Bizim güclü ideoloji əsaslarımız vardır. Azərbaycançılıq məfkurəsi bizim ideoloji dayağımızdır. Azərbaycanda bütün istiqamətlərdə inkişaf, tərəqqi özünü göstərməkdədir. Biz beynəlxalq məsələlərin həllində bu gün dünya miqyasında çox önəmli ölkəyə çevrilmişik.

Ötən on il ərzində ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət ictimai tərəqqiyə yeni güclü təkan verməklə, cəmiyyətin bütün təbəqələrinin maraq və mənafelərini özündə əks etdirib. Azərbaycan dövlətinin daxilixarici siyasəti  dünyada gedən geosiyasiiqtisadi proseslər və bu sahədəki beynəlxalq təcrübə nəzərə alınaraq müəyyənləşdirilib.

Dörd il əvvəl bazar iqtisadiyyatına keçidin başa çatması Azərbaycanın siyasi kursunda, sosial-iqtisadi inkişafında yeni, keyfiyyətcə daha yüksək mərhələnin təməlini qoyub. Keçid dövrünə  xas olan problemlərin tamamilə aradan qaldırılması iqtisadiyyatımızın hərtərəfli və çoxşaxəli tərəqqisinə, xalqımızın rifah halının yüksəldilməsinə, sosial tələbatlarının daha dolğun ödənilməsinə münbit şərait yaratmaqla, Azərbaycanın siyasiiqtisadi qüdrətini daha da yüksəldib.  Milli neft strategiyası, enerji siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər qloballaşan dünyanın tələbinə uyğun olaraq ölkəmizdə daha intensiv aparılır və öz gözəl bəhrəsini verir. Xüsusən də 2013-cü ildə Azərbaycan bu sahədə də böyük uğurlara imza atıb.  İqtisadiyyatımızın əvvəlki illərlə müqayisədə daha çox şaxələndirilməsi, rəqabət qabiliyyətinin artması müşahidə olunur ki, bu da hərtərəfli inkişafı təmin edən amillərdəndir. Son on il ərzində iqtisadiyyatımız 3,4 dəfə artmış, yoxsulluğun səviyyəsi isə təxminən on dəfə azalmışdır. Bu, ölkədə aparılan ciddi iqtisadisosial siyasətin nəticəsidir. Bu siyasətin nəticəsində Azərbaycan öz iqtisadi potensialını böyük dərəcədə möhkəmləndirə bilmişdir. Xalqa müraciətində Prezident bildirib ki, “bütün bu nailiyyətlər Azərbaycan xalqının istedadı, zəhməti hesabına mümkün olmuşdur. Düşünülmüş siyasət, xalqla iqtidar arasındakı birlikbütün təşəbbüslərimizin xalq tərəfindən dəstəklənməsi, hesab edirəm ki, uğurlarımızın əsas şərtidir, əsas səbəbidir”.

Müasir Azərbaycan dövlətinin banisi, ölkəmizi dünyanın ən inkişaf etmiş, sivil dövlətləri səviyyəsinə çatdırmağı həyatının əsas amalı, qayəsi sayan, özünün böyük dühası, zəngin idarəçilik təcrübəsi, dönməz iradəsi ilə bu məqsədin əldə edilməsinə çalışan ümummilli liderimiz Heydər Əliyevin ideyaları, təməlini qoyduğu nəhəng quruculuq işləri ondan sonra yeni təfəkkürlü siyasətçi, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla həyata keçirilir. Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-2011-ci illər bütün istiqamətlərdə olduğu kimi, müasir təhsilimizin tarixində də vüsətli inkişaf, bütün sahələrdə islahatların daha da dərinləşməsi, ölkənin, o cümlədən də təhsilin elmi əsaslara söykənən dövlət proqramları vasitəsilə idarə olunması dövrü kimi xarakterizə olunur. Bu dövrün əsas xüsusiyyətlərindən biri təhsilə qayğının, onun inkişafına ayrılan xərclərin ildən-ilə artırılmasıdır. Bu isə təhsilin dövlət siyasətinin əsas prioritetlərindən biri olması ilə bağlıdır.

Son illər təhsil tarixində ilk dəfə olaraq 16 inkişaf yönümlü Dövlət Proqramı təsdiq olunubuğurla həyata keçirilməkdədir. Təhsilin ayrı-ayrı sahələrinin inkişafı üzrə real vəziyyətin təhlili əsasında hazırlanıb təsdiq edilmiş bu  proqramların reallaşdırılması nəticəsində tədris müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi, infrastrukturun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, yeni dərslik siyasətinin reallaşdırılması, təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlərin tətbiqi, kadr hazırlığı və digər istiqamətlərdə əhəmiyyətli nailiyyətlər əldə olunub. Təhsilin informasiyalaşdırılması sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilib. Ölkənin ümumtəhsil məktəbləri İKT ilə təmin edilib. 2004-cü ildən bəri ümumtəhsil məktəblərinin İKT ilə təminatı, təhsil sisteminin informasiyalaşdırılması üzrə dövlət proqramları çərçivəsində bütövlükdə təhsil müəssisələrinə on minlərlə ədəd kompyuter, proyektornoutbuk dəsti verilib. “Xalq kompyuteri” və “elektron məktəb” layihələri uğurla həyata keçirilir. Məktəblərin bir çoxu genişzolaqlı sürətli internetlə təmin olunub.. Yaradılmış DATA mərkəz, elektron tədris resursları bazası, vahid təhsil portalı səmərəli idarəetməni təmin edir.

Prezident İlham Əliyevin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş  Azərbaycan 2020: gələcəyə baxış İnkişaf Konsepsiyası ölkəmizin gələcək inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. İnkişaf Konsepsiyası ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edironun həyata keçirilməsi məqsədli dövlət proqramları vasitəsi ilə gerçəkləşdiriləcəkdir.

Göründüyü kimi, Azərbaycan dövləti  Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələrə doğru inamla irəliləyir. Bu möhtəşəm uğurların təməlində  isə sarsılmaz iqtidar-xalq yekdilliyi dayanır. Prezident İlham Əliyev məhz bu birliyi, xalqın iqtidarın yürütdüyü siyasəti dəstəkləməzini əsas amil kimi önə çəkərək deyib: “Bu illər ərzində müstəqil siyasətimiz istənilən sahədə özünü göstərmişdir. Biz öz milli maraqlarımızı lazımi səviyyədə müdafiə edə bilərik, müdafiə edirik, edəcəyik. Mənim üçün Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqları ən birinci yerdədir. Bu maraqların müdafiə edilməsi üçün xalqla iqtidar arasındakı birlik əsas şərtdir. Mən bütün addımlarımda xalqın dəstəyini hiss edirdim, bu dəstəyə güvənirdim. Əgər bu dəstək olmasaydı, biz heç bir işi görə bilməzdik. Məhz xalqla iqtidar arasındakı birlik, vəhdət Azərbaycanı fərqləndirən amillərdən biridir”.  

 

Ələkbər ƏLİYEV,

 

Bakının Səbail rayonundakı E.Əliyev adına 162 saylı orta məktəbin

direktoru, fizika-riyaziyyat elmləri namizədi, dosent

 

Respublika.-2013.- 19 noyabr.- S.11.