QAXDA TƏHSİLƏ YÜKSƏK QAYĞI

 

Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyevlə söhbətimiz zamanı öncə onu öyrəndik ki, Qaxın təhsil sahəsindəki uzun illərin yaxşı ənənələrini qorumaq, bugünün, sabahın sanballı töhfəsi etmək üçün bütün imkanlardan  istifadə olunur. Qocaman müəllimlərlə, ziyalılarla görüşlər keçirilir, yetişməkdə olan gənc nəsil vətənpərvərlik ruhunda tərbiyə olunur. Musa müəllim bir fikri xüsusi vurğuladı ki, bütün bunların bünövrəsi təhsilin bazasının möhkəmləndirilməsindən başlanır. Hələ lap kiçik yaşından bağçaya gedən uşaq burada nümunəvi otaq və şəraitlə əhatə olunmasa, məktəb illərini hərtərəfli təminat və təchizatı olan binalarda keçirməsə yuxarıda söylədiklərimizə çatmaq çox çətin olardedi həmsöhbətim.  Ötən il bu regionda baş verən təbii fəlakət-zəlzələ təhsil müəssisələrinin də xeyli hissəsini sıradan çıxarmış və ya yararsızlaşdırmışdır. Amma bu, Qaxın işgüzar məmurlarını, qayğıkeş, təşəbbüskar təhsil işçilərini sındırmamış, əksinə onları daha məsuliyyətli fəaliyyətə sövq etmişdir. Bu gün Qaxda zəlzəldən dağılan və ya zədə alan, bağçalar, məktəblər qaydaya salınır, bununla yanaşı yeniləri də inşa olunur.  Qax şəhərindəki 4 və 6, Zərnə kəndindəki 12, Qapıçay kəndindəki 17 saylı, İlisu kəndindəki uşaq bağçalarının əsaslı təmiri artıq başa çatmaq üzrədir. Qorağan kəndində isə 2 mərtəbəli uşaq bağçası da yaxın zamanlarda körpələrin istifadəsinə veriləcəkdir.

Rayonumuzun ümumtəhsil ocaqları da bu cür diqqət və qayğı ilə əhatə olunublar,  — deyən rayon təhsil şöbəsinin müdiri Məmməd Xasıyev söhbətimizi bu yönümə istiqamətləndirdi və aşağıdakıları söylədi:

—2012-2013-cü dərs ilində rayonda 56 ümumtəhsil məktəbi, o cümlədən 30 tam orta, 17 ümumi orta, 9 ibtidai məktəb, 36 məktəbəqədər, 4 məktəbdənkənar tərbiyə müəssisəsi  - Uşaq Gənclər Şahmatİdman məktəbləri, Uşaq Yaradıcılıq Mərkəzi, Texniki Yaradıcılıq  Mərkəzi fəaliyyət göstərmişdir.  Məktəblərimizin 47-də təlim Azərbaycan, 6-da gürcü, 1-də rus, 1-də Azərbaycan və rus, 1 məktəbdə isə Azərbaycan, rusgürcü dillərində aparılmışdır. Bütün məktəblərdə dərslər bir növbədə keçirilmişdir. 2003-2013-cü illər ərzində rayonda 23 yeni məktəb tikilmiş, 1 məktəb, 1 məktəbdənkənar müəssisə əsaslı təmir olunmuş, təhsil şöbəsi üçün  inzibati idarə binası inşa edilmişdir. Bundan əlavə 4 məktəbin yanında 14 əlavə sinif otağı tikilib istifadəyə verilmişdir. Hazırda rayonun şagirdlərinin 55 faizi yeni inşa edilmiş məktəblərdə təhsil alır. Başa vurduğumuz 2012-2013-cü dərs ilində rayonun Zəyəm kəndində dövlət vəsaiti hesabına 380 şagird yerlik tam orta, Əmbərçay kəndində isə 80 yerlik ümumi orta məktəb binaları tikilmişdir.

Regionda baş vermiş zəlzələdən sonra rayonun 9 kəndində — Güllük, Zərnə, Ləkit, Ləkit-Kötüklü, Dəymədağlı, Qorağan, Lələli, Lələpaşa, Meşəbaş kəndlərində Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə tikilmiş 10 yeni tipli, zəlzələyə davamlı və müasir məktəb avadanlıqlarla təchiz edilmiş halda şagird və müəllimlərin istifadəsinə verilmişdir.

Rayonumuzun təhsil müəssisələrində Azərbaycan Respublikası Təhsil Nazirliyinin təhsil sahəsində müasir yanaşmaların təşəkkülü ilinin davamı ilə bağlı əmrinə müvafiq aparılmış, “İlin ən yaxşı məktəbi”, “İlin ən yaxşı müəllimi”, “İlin ən yaxşı pedaqoji mühazirəçisi”, “İlin ən yaxşı şagirdi”, “İlin ən yaxşı fənn kabineti” və digər müsabiqələr keçirilmişdir. Ayrı-ayrı nominasiyalar üzrə doqquz nəfər “İlin ən yaxşı pedaqoji mühazirəçisi”, yeddi müəllimin rəhbəri olduğu kabinə “İlin ən yaxşı fənn kabineti”, şagirdlərdən Emil Xasıyev (şəhər 3 saylı), Leyla Süleymanova (şəhər 4 saylı), Səlminaz Şabanova (şəhər 2 saylı), Elmir Həsənli (şəhər 5 saylı) “İlin ən yaxşı şagirdi” müsabiqəsinin qalibi olmuşlar. “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” nominasiyaları üzrə respublika müsabiqələrində rayonumuzun məktəbləri və müəllimləri də fəal iştirak etməklə mükafatçılar sırasında olurlar. Bu il də həmin ənənə davam etdirilmiş, Qax şəhər 2 saylı məktəb-lisey II dəfə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində qalib adını qazanmışdır.

Ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəblərinin İKT ilə təminatı proqramı”nın eləcə də 2013-cü ilinİnformasiyakommunikasiya texnologiyaları ilielan olunması haqqında sərəncamlarına uyğun olaraq rayonun təhsil müəssisələrində həmin proqramın yerinə yetirilməsi sahəsində bir sıra işlər görülmüşdür. “Mədəd” təşkilatı ilə birlikdə rayonun ümumtəhsil məktəblərinin pedaqoji heyəti üçün təlim kurslarının keçirilməsi davam etdirilmişdir. Proqrama uyğun  şəhər 1, 2, 3, 4, 5 saylı, İlisu, Qaxbaş 1, 2 saylı, Qum, Turaclı, Almalı, Qaxingiloy, Cəlayir, Qıpçaq, Dəymədağlı kənd tam orta məktəblərinin, eləcə də rayon təhsil şöbəsinin inzibati binasının, UYM, UGŞM və UGİM-in internetə qoşulması üçün lokal şəbəkələr quraşdırılmışdır. Rayonun ümumtəhsil məktəbləri 316 ədəd kompyuter, 18 ədəd noutbuk, 19 ədəd proyektor, 4 mindən çox elektron dərsliklə təmin olunmuşdur.

İstedadlı uşaqlar cəmiyyətin mənəvi sərvəti, həm də təhsilin səviyyəsinin real göstəricisidir. Rayonun ümumtəhsil məktəblərində möhtərəm Prezidentimiz İlham Əliyevin təsdiq etdiyiXüsusi istedada malik olan uşaqların yaradıcılıq potensialının inkişafı üzrə dövlət proqramı”na uyğun olaraq ardıcıl aparılmışdır. Təhsil müəssisələrində olan istedadlı uşaqlar barədə məlumat bankı hazırlanmış, şəhər 2 saylı tam orta məktəbdə lisey sinifləri təşkil olunmuş, istedadlı və qabiliyyətli uşaqların rayon, zona, respublika, beynəlxalq səviyyəli tədbirlərdə iştirakı təmin edilmişdir. Vaxtaşırı məktəblilər arasında fənn olimpiadaları, bilik yarışları, inşa yazı, şeir, mahnı, rəsm müsabiqələri keçirilmiş, idman tədbirləri təşkil olunmuşdur. Qax şəhər 2 saylı məktəb-liseyin şagirdləri Günel Muxtarova ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə  həsr olunmuş “Heydər Əliyev uşaqların gözü ilə”, Minayə Əhmədzadə Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuşAna müqəddəslik zirvəsidir” mövzusunda, Bəxtiyar Vaqifzadə Ümumdünya Poçt İttifaqının təşkilatçılığı ilə keçirilən respublika inşa yazı müsabiqələrində birinci, Səmra Şabanova “M.F.Axundzadə-200” respublika inşa yazı müsabiqələrində ikinci yeri tutmuşlar. Həmin məktəbin VII sinif şagirdi Aytac Sofiyeva Özbəkistanda keçirilən “Mənim dünyam” adlı rəsm müsabiqəsində mükafat almış, Cahan Babazadə isə “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda Təhsil Nazirliyinin keçirdiyi respublika rəsm müsabiqəsində ikinci yeri tutaraq diplomla təltif olunmuşdur. Şagirdlərimizin idman sahəsində də bir sıra uğurlu nəticələri olmuşdur.

Rayonun tam orta məktəblərinin Azərbaycan və rus bölmələrini bitirmiş 433 nəfər məzundan 321 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmişdir. İlkin məlumatlara görə, onların 165 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Ötən dərs ilində isə bu göstərici 153 olmuşdur. Rayon üzrə 7 nəfər məzun 600-dən çox, 26 nəfər isə 500-700 arası bal toplamışdır. Müəllim əməyini əsl vətənpərvərlik nümunəsi adlandıranlar yanılmırlar.

Rayonumuzun müəllimlərindən 5 nəfəri respublikanın “Əməkdar müəllimi” fəxri adını daşıyır. 4 nəfər “Tərəqqi” medalı ilə təltif olunmuşdur. 14 nəfər “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisidöş nişanına layiq görülüb. 1 nəfər əməkdar məşqçidir. 5 nəfər müəllimimiz isə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibidir.

Artıq iki aydır ki, 2013-2014-cü tədris ili başlanmışdır. Lazım olan hazırlıq işləri vaxtında və keyfiyyətlə görülmüşdür. Yaxşı bilirik ki, yeni dərs ilində də təhsil işçilərimizi milli təhsilimizin təkmilləşdirilməsi ilə bağlı respublika rəhbərliyinin qarşıya qoyduğu tələblərin, islahat proqramının tələblərindən irəli gələn vəzifələrin icrası sahəsində ciddi işlər gözləyir. İndiyə kimi əldə etdiyimiz nailiyyətlərdən arxayınlaşmır, yeni dərs ilində daha yüksək nəticələr əldə etmək üçün bütün qüvvələrimizi səfərbər etməyə çalışırıq.

 

Rasim AMANOV,

 

Respublika.-2013.- 20 noyabr.- S.9.