“Uşaqların zorakılıqdan qorunmasında

             sosial siyasətin rolumövzusunda konfrans

 

Son illərdə UNİSEF, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman), Uşaq Hüquqları üzrə QHT Alyansı, Ümidli Gələcək Gənclər Təşkilatı, eləcə də digər yerli və beynəlxalq təşkilatlar tərəfindən aparılan araşdırmalar bir daha təsdiq etmişdir ki, digər dünya ölkələrində olduğu kimi, cəmiyyətimizdə də uşaqlara qarşı müxtəlif növ zorakılıq halları baş verir.

Məhz bunu nəzərə alaraq 2011-ci ilin avqust ayında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman), Təhsil Nazirliyinin De-İnstitutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin, QAK FondununAzersell Telekom şirkətinin dəstəyi ilə Ümidli Gələcək Gənclər Təşkilatı tərəfindən “Zorakılıq və cinayətin qurbanı olmuş uşaq və gənclər üçün psixo-sosial reabilitasiya mərkəzi” yaradılmışdır.

Sağlamlıq imkanları məhdud uşaqlarasosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında ölkə Prezidentinin 09 yanvar 2013-cü il tarixli sərəncamına əsasən “Sosial təhlükəli vəziyyətdə olan zorakılıq və cinayətin qurbanı olan uşaqların reabilitasiyası” layihəsi çərçivəsində mərkəz 2013-cü ilin iyun ayından etibarən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişi əsasında Bakı və regionlardan olan uşaq və gəncləri reabilitasiyaya cəlb edərək onlara sosial-psixoloji-hüquqi yardım həyata keçirir.

19 noyabrUşaqlara qarşı zorakılığın qarşısının alınması beynəlxalq günkimi qəbul olunduğu, habelə 20 noyabr BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbulu ilə əlaqədar Ombudsman tərəfindən “Uşaq aylığı” elan edildiyini nəzərə alaraq bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) təsisatı, UNİSEF ilə əməkdaşlıqda Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı və Ümidli Gələcək Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Uşaqların zorakılıqdan qorunmasında sosial siyasətin rolumövzusunda Excelsior otelinin Əlincə zalında konfrans keçirilmişdir.

Azərbaycan Respublikasının insan hüquqları üzrə Müvəkkili Elmira Süleymanova konfrans iştirakçılarını salamlamış və vurğulamışdır ki, uşaqların zorakılıqdan qorunması hər birimizin əsas vəzifələrimizdən biridir.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Azərbaycan Milli Paralimpiya prezidenti İlqar Rəhimov konfransın əhəmiyyətindən danışmış və qeyd etmişdir ki, media ilə işimizi daha sıx qurmalıyıq. Cəmiyyət bu sahədə fəal iştirak etməlidir. Natiq çıxışında uşaq televiziyasının və uşaq polisi yaradılmasının zəruriliyini bildirmişdir.

Nazir müavini Ümidli Gələcək Gənclər Təşkilatının fəaliyyətini yüksək qiymətləndirmişdir. Konfransın aparıcısı, Uşaq Hüquqları üzrə QHT Alyansının milli koordinatoru, Ümidli Gələcək Gənclər Təşkilatının prezidenti Nabil Seyidov uşaqlar arasında intihar hallarının qarşısının alınması, uşaq zorakılığının yaranma səbəblərini aydınlaşdırmaq və qarşısını almaq üçün psixoloqların fəaliyyətinin genişləndirilməsinin vacibliyindən danışmış və statistik rəqəmlərlə dolğun məlumat vermişdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva uşaqların sağlam mühitdə böyüməsinin dövlət siyasətinin əsas vəzifələrindən biri olduğunu vurğulamışdır.

Təhsil Nazirliyinin De-İnstitutlaşma və uşaqların müdafiəsi idarəsi, Dövlət uşaq müəssisələri və alternativ qayğı üzrə şöbəsinin müdiri Həbib Kərimov, “Dövlət uşaq müəssisələrində uşaqlara qarşı zorakılığın vəziyyəti, onun profilaktikası və bu istiqamətdə dövlət siyasətinin təkmilləşdirilməsi”, UNİSEF-in Azərbaycanda Uşaq Müdafiəsi Proqramının rəhbəri İlqar Rəhimov Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib QuliyevUşaqlara qarşı zorakılığın erkən aşkar edilməsi, müalicəsində və ekspertizasında səhiyyə işçilərinin rolu və vəzifələri”, Daxili İşlər Nazirliyinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi Kamal İmamverdiyev Qanunla ziddiyyətdə olan və baxımsız vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara qarşı zorakılığın profilaktikasında polisin rolu və həyata keçirdiyi tədbirlər”, Hüquq Dünyası Hüquqi Təbliğat ictimai birliyinin sədri Nazir Quliyev “Cəzaçəkmə müəssisələri və digər qapalı müəssisələrdə tərbiyə alan və müəssisələrdən azad olunmuş uşaqlara qarşı zorakılığın profilaktikası”, Ümidli Gələcək Gənclər Təşkilatının Xidmət sahələrindən biri olan Sosial Təhlükəli vəziyyətdə olan zorakılığa məruz qalmış və cinayətin qurbanı olan uşaqların Sosial Reabilitasiyası mərkəzinin direktoru Elnarə HüseynovaCinsi zorakılıq və istismara məruz qalmış uşaq və gənclərin sosial reabilitasiyası işi: milli təcrübə və perspektivlər”, sosial təhlükəli vəziyyətdə olan zorakılığa məruz qalmış və cinayətin qurbanı olan uşaqların sosial reabilitasiyası mərkəzinin psixoloqu Zülfiyyə Əsgərova “Zorakılıq qurbanı olan uşaqlarla psixoloji ” mövzularında çıxışlar etmişlər.

Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Əhməd Talıbov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva təkliflərlə çıxış etmiş və uşaqların sağlam böyüməsi, zorakılığa məruz qalmış uşaqların hüquqlarının qorunması sahəsində aidiyyəti qurumların fəaliyyətinin daha da gücləndirilməsinin zəruriliyindən danışmışlar.

Baxımsız və hüquq pozuntusu törədən uşaqların sosial reabilitasiyası və Sosial-Hüquqi Xidmət Mərkəzi də UGGT-nın nəzdində böyük işlər görür, psixoloqların bu sahədə fəaliyyəti xüsusilə ürəkaçandır.

Sonda konfrans iştirakçılarına uşaq hüquqlarının qorunması ilə əlaqədar müxtəlif bukletlər və kitablar təqdim olunmuşdur.

 

Rauf İLYASOĞLU

 

Respublika.-2013.- 21 noyabr.- S.7.