Azərbaycan öz iqtisadisosial imkanları hesabına güclü dövlət qurub

 

  Regionların sosial-iqtisadi inkişafı ikinci Dövlət Proqramı uğurla icra olunurbu il yekunlaşmaq üzrədir. Düşünülmüş siyasət nəticəsində Azərbaycanın bütün bölgələri hərtərəfli inkişaf edir. Neft sektorunun inkişafından gələn gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi çox böyük, davamlı nailiyyətlərlə nəticələnmişdir. Belə ki, bu gün Azərbaycan iqtisadiyyatı artıq neft sektorundan asılı deyildir. Ölkə rəhbərliyi hərtərəfli tərəqqiyə yönələn uğurlu siyasəti davam etdirməkdə və gücləndirməkdədir. Yeni infrastruktur layihələrinin həyata keçirilməsi də regionlarımızın sürətli və müasir tərəqqisinə, iqtisadiyyatda çoxşaxəli inkişafa möhkəm zəmin yaradır, həm də beynəlxalq standartlara uyğun ümumi daxili məhsul istehsalının artımı davamlı hal alır. Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Üçüncü Beynəlxalq Humanitar Forumdakı nitqində demişdir: “Bizim iqtisadi inkişafımız son 10 il ərzində dünya miqyasında ən sürətli olmuşdur. Son 10 il ərzində aparılan islahatlar nəticəsində ölkə iqtisadiyyatı 3.4 dəfə artmışdır. Bu, əgər belə demək mümkündürsə, dünya rekordudur... Büdcə gəlirləri 20 dəfə, maaşlar təxminən 6 dəfə, pensiyalar 9 dəfə artmışdır. On il bundan əvvəl Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faiz idi. Aparılmış islahatlar nəticəsində bu gün cəmi 5,5 faizdir. Aparılan islahatlar nəticəsində Azərbaycanda bir milyon 200 min yeri açılmışdır. Hazırda Azərbaycanda işsizlik 4,8 faizdir”.

Ölkədə baş verən tərəqqiyə beynəlxalq mütəxəssislər, siyasətçilər, dövlət rəsmiləri də heyrətlərini bildirirlər. Azərbaycan Prezidenti İlham Əliyevə Türkiyə Prezidenti Abdullah Gül Türkiyənin ən yüksək ordeni olan “Dövlət nişanı”nı təqdim edərkən ölkəmizdə baş verən sosial-iqtisadi intibahı nəzərdə tutaraq demişdir: “Son 10 ildə Azərbaycana etdiyim hər səfərdə bu qardaş ölkənin simasının mahir əllərlə necə dəyişib gözəlləşdiyinin həmişə şahidi olmuşam. Hərtərəfli inkişafartan rifah səviyyəsi ilə Azərbaycan qısa müddətdə həsəd aparılacaq bir ölkə olmuşdur. Azərbaycan regiondakı və beynəlxalq aləmdəki güclü mövqeyini hər ötən gün daha da möhkəmləndirməkdədir. 2011-ci ildə BMT-nin Təhlükəsizlik Şurasının üzvü seçilən və keçən həftə quruma ikinci sədrliyi təhvil verən Azərbaycan qazandığı uğurlu nailiyyətlərlə diplomatik gücünü sübut etmişdir. Xoşdur ki, Azərbaycan xalqı müstəqilliyini bərpa etdikdən 22 il sonra öz imkanları və gücü ilə gələcəyə ümidlə baxmasını təmin edən belə uğurlar qazanmışdır”. “Azərbaycanın hərtərəfli inkişafı məni valeh etdi və mən Avropa Parlamentində keçirilən müzakirələrdə Azərbaycanın dinamik inkişafından danışdım”—III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmiş London Akademiyasının rektoru, Avropa və Aralıq dənizi ölkələri arasında münasibətlər mövzusunda bir neçə kitabın müəllifi professor Jozef Mifsud da bu sözləri təsadüfən deyil,—Azərbaycandakı sürətli və yüksək templi pozitiv readlıqların şahidi olaraq dilə gətirmişdir.

Məsələ ondadır ki, dövlət başçısı əsas məqsədin neft strategiyasının reallaşmasından gələn gəlirin insan kapitalına çevrilməsi olduğunu bəyan etmişdirbu siyasi istiqamət iqtisadiyyatın daha güclü davamlı inkişafına, həm də rifahın daim yüksəlişinə güclü stimul yaratmaqdadır. Belə ki, elmə, təhsilə, sosial rifaha artan qayğı və bu istiqamətdə reallaşan mütərəqqi layihələrin iqtisadi tərəqqi ilə paralellik təşkil etməsi günün danılmaz həqiqətdir. Siyasi, iqtisadi, sosial sahələrdə paralel və vəhdətdə aparılan islahatlar və elmi-nəzəri əsaslarla hazırlanmış proqramlar ümumi tərəqqiyə yönəlib. Nəticədə ölkədə rifah halı yüksəlməkdə, adambaşına düşən real gəlir davamlı surətdə artmaqdadır. Sosial yüksəliş isə iqtisadiyyatın davamlı inkişafı üçün ən güclü amillərdən biridir. Dövlət regionların iqtisadi potensialını aşkara çıxararaq bu rayonları inkişaf etdirmək üçün bütün lazımi operativ addımları atır. Bu, bir tərəfdən ölkənin bölgələrinin paralel inkişafına xidmət edirsə, digər tərəfdən həmin regionların öz məhsulları ilə dünya bazarına çıxa bilməsinə, nəhayətdə sosial inkişafa da səbəb olur. Respublikada müasir, dayanıqlı, dinamik inkişaf edən iqtisadiyyata nail olmaq üçün hər bir sahə diqqətlə öyrənilir, perspektivlidirsə, dünya standartlarına cavab verən məhsul istehsalına nail olmaq üçün ən müasir, səmərəli texnologiya tətbiq edilir.

 

Azərbaycan hazırda nüfuzlu, dünyanın ən islahatçı və dinamik inkişaf edən ölkəsidir. Qazanılmış müvəffəqiyyətin əsasında isə elmipraktiki əsaslarla ölçülüb-biçilmiş, daxilixarici siyasi-iqtisadi amillər nəzərə alınmaqla, gələcək perspektivlərə hesablanmış dövlət proqramları və layihələr dayanır. Azərbaycanda uğurla həyata keçirilmiş neft-qaz sektoruna aid müxtəlif beynəlxalq səviyyəli layihələr ölkə iqtisadiyyatını inkişaf etdirməklə yanaşı, olduqca geniş regional əməkdaşlığa zəmin yaradır və bu proses davamlıdır. İqtisadi əlaqələrdə təbii ki, xarici ticarət mühüm əhəmiyyətə malikdir. Belə ki, son on ildə xarici ticarət dövriyyəsi 8,8 dəfə, o cümlədən idxal 5,6 dəfə, ixrac isə 11 dəfə artmışdır. İxracın idxalı 2 dəfə üstələməsi isə sürətli inkişaf və məhsulların dünya bazarında rəqabətədavamlılığının göstəricisidir. İqtisadiyyatın çoxşaxəli inkişafında sürət artdıqca xarici ticarətin strukturunda da müvafiq olaraq dəyişiklər baş verir. Təbii ki, bu prosesdə partnyorların da tərkibində dəyişiklik olur. 2003-cü ildə ölkəmiz 124 ölkə ilə ticarət əməliyyatı aparırdısa 2012-ci ildə bu rəqəm 155-ə çatmışdır. Real iqtisadiyyatda çoxşaxəlilik öz sürətini artırdıqca və bu proses yeni-yeni sahələri əhatə etdikcə ölkəyə idxal olunan məhsulların da keyfiyyət və növlərində də dəyişiklər baş verir. Yəni müasir, rəqabətədavamlı məhsul istehsalı təbii ki, yeni, müasir avadanlıqların tətbiqini və istehsalın beynəlxalq səviyyədə olmasını, ən müasir informasiyatelekommunikasiya texnologiyalarından istifadə edilməsini tələb edir. İqtisadiyyatın innovasiyalı inkişafını təmin etmək üçün bütün lazımi texnologiyalartexnika ölkəyə idxal edilir. İqtisadi inteqrasiyanın güclənməsi, ölkələrin əməkdaşlığının genişlənməsi siyasi sabitliyiniqtisadi inkişafın da təməl daşıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfəri zamanı iki ölkənin Prezidentləri Şurasının dördüncü iclasında Ukrayna Prezidenti Viktor Yanukoviç ölkəmizin əməkdaşlıqda oynadığı pozitiv rolu xüsusi qeyd etmişdir: “Dostlar həmişə çətin anlarda tanınır. Biz Ukraynanın çox mürəkkəb vəziyyətdə olduğunu yaxşı xatırlayırıq və o zaman Heydər Əliyev Ukraynaya təmənnasız yardım göstərilməsi qərarını qəbul etdi. Müstəsna şərait yaradıldı və neft verildi. Faktiki olaraq siz o zaman energetikamızı, kənd təsərrüfatımızı xilas etdiniz. Bu, əlbəttə ki, unudulmur”. Bu gün Ukrayna ilə Azərbaycan arasındakı əlaqələr yaxınlıq və dostluqdan daim genişlənən və dərinləşən strateji tərəfdaşlıq mərhələsinə keçmişdir. Azərbaycan Prezidenti mətbuata bəyanatında bu əlaqələrin əhatə dairəsi barədə demişdir: “Ukrayna Azərbaycan üçün yaxın tərəfdaş, etibarlı tərəfdaş, dost ölkə və strateji tərəfdaşdır. Bizim münasibətlərimiz praktiki olaraq iqtisadiyyatın bütün sahələrini, sosial sahəni əhatə edir. Viktor Yanukoviçin qeyd etdiyi kimi, biz beynəlxalq təşkilatlarla fəal qarşılıqlı əlaqə saxlayırıq... Ukrayna və Azərbaycan müstəqil xarici siyasət kursunu həyata keçirən ölkələrdir. Bizim ölkələr öz aralarında fəal qarşılıqlı əlaqə saxlayır, bütün beynəlxalq təşkilatlarda həmişə bir-birini dəstəkləyir”.

Dövlətlərarası inteqrasiya nə qədər geniş, nə qədər sıx, nə qədər səmərəli olarsa, dünyada dinc yanaşı yaşama da bir o qədər təmin edilmiş olar.

Hazırda dövlətimiz regionda beynəlxalq layihələrin təşəbbüsçüsünə və təşkilatçısına çevrilib. Azərbaycanın “neft strategiyası” ölkənin iqtisadiyyatının inkişafına, regional əməkdaşlığa, sosial məsələlərin həllinə hesablanıb. Qeyri-neft sektorunun bütün sahələrində güclü və sürətli inkişaf vardır. Ukrayna prezidentinin bəyanatındakı bu sözlər əməkdaşlıqda və inteqrasiyada mövcud potensialı bir daha təsdiq edir: “Biz münasibətlərimizi təkmilləşdirməkdə davam etməliyik. Biz bir sıra layihələri birlikdə həyata keçirmək niyyətindəyik. Əlbəttə, münasibətlərimizi, xüsusən ticari-iqtisadi münasibətlərimizi uzunmüddətli planlaşdırmaya keçməliyik. Hesab edirəm ki, məsələyə məhz bu cür yanaşma strateji tərəfdaşlığın maksimum konkret məzmun kəsb etməsinə şərait yaradacaqdır”. Göründüyü kimi, bu, inteqrasiyada yeni fəaliyyət mərhələsi deməkdir. Ukrayna Avropaya çox əhəmiyyətli bir qapıdır. Beləliklə, biz yeni-yeni nəhəng beynəlxalq layihələrin həyata keçirilməsi ərəfəsindəyik.

Ölkədə şaxəli iqtisadiyyata, güclü ixrac potensialına malik olmaq hədəfi günbəgün reallaşır. Dövlətin beynəlxalq arenada balanslaşdırılmış siyasət yürüdə bilməsi də iqtisadi, sosialsiyasi sahədə qarşıya qoyulan məqsədlərə çatılmasına möhkəm zəmin yaradır. Makroiqtisadi proqnozlara görə, bu il ölkədə ümumi daxili məhsul istehsalının 55 milyard manatyaxud da 70 milyard dollar olacağı gözlənilir. Bu, əvvəlki illə müqayisədə 4,5 faiz artım deməkdir. Yüksəliş qeyri-neft sektorunun sürətli inkişafı nəticəsində əldə ediləcəkdir. İqtisadi inkişafa müvafiq tutulan dövlət büdcəsi də qarşıya qoyulan hədəflərə çatılacağından xəbər verir. Dövlət büdcəsi layihəsi və sonrakı 3 il üzrə Azərbaycanın iqtisadi inkişaf sürəti region, Avropadünya üzrə olan göstəricilərdən yüksək olacaqdır. Bu davamlı irəliləyiş Azərbaycanın yaxın gələcəkdə iqtisadi inkişaf etmiş ölkələr səviyyəsinə qalxmasına imkan verəcəkdir. Beləliklə, artıq qlobal iqtisadiyyatda Avrasiyanın bu regionunda Azərbaycanın əvəzedilməz mövqe tutduğunu fəxrlə qeyd etmək olar.

 

Ataş CƏBRAYILOV,

 

Respublika.-2013.- 23 noyabr.- S.3.