Görkəmli seleksiyaçı alim

 

2013– il yanvar ayının 8–də ömrünü Azərbaycan kənd təsərrüfatı elminin, xüsusilə bitkiçilik, seleksiyatoxumçuluq elminin inkişafına həsr etmiş çox dəyərli bir insanın, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin baş direktoru, əməkdar kənd təsərrüfatı işçisi Əsəd Cənnət oğlu Musayevin anadan olmasının 75, elmi–təşkilati fəaliyyətinin 50 ili tamam olur.

 

Ə.Musayev 1938–ci il yanvarın 8–də tarixən əzəli Azərbaycan torpağı olan, indiki Ermənistan Respublikasının Amasiya rayonunun Oxçuoğlu kəndində anadan olmuşdur. Uşaqlıq illərini həmin kənddə keçirən Əsəd Musayev 1953– ildə kənd yeddiillik məktəbini bitirmiş, sonra İrəvan kənd təsərrüfatı texnikumuna daxil olmuş və oranı 1957–ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.

1957–ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsinə daxil olmuş, 1962–ci ildə həmin fakültəni bitirərək alimaqronom ixtisası almışdır. 1962–1964– illərdə Kənd Təsərrüfatı Nazirliyinin Bakı Torpaq Ekspedisiyasında əvvəlcə mühəndis–torpaqşünas, sonra dəstə rəisi kimi fəaliyyət göstərərək KürAraz ovalığının, xüsusilə Sabirabad, Salyan, Neftçala, həmçinin Siyəzən və Şabran rayonlarının torpaq örtüyünün tədqiqi ilə məşğul olmuşdur.

Zəhmətə alışqanlıq, müqəddəs nemətə bağlılıq və istək Ə.Musayevi Elmi–Tədqiqat Əkinçilik İnstitutunun aspiranturasına gətirib çıxarmışdır. O, 1964–1967–ci illərdə Elmi–Tədqiqat Əkinçilik İnstitutunun toxumçuluq şöbəsinin aspirantı olmuşdur. 1969–cu ildə gənc tədqiqatçı olan Ə.MusayevToxumluq əkinlərdə sort qarışıqlarının əmələ gəlməsi və onun qarşısını almaq yolları” mövzusunda dissertasiya müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır. Aspiranturanı qurtardıqdan sonra o, taxılçılığın əsas problemlərindən olan yüksək məhsuldarlığa malik taxıl sortlarının yaradılması ilə məşğul olmağa başlamışdır. Həmin dövrdə ölkədə becərilən taxıl sortları hündürboylu olduğundan yüksək aqrofonda becərilən zaman yerə yatdığı üçün hektardan götürülən məhsul çox aşağı olurdu. Ona görə də daha məhsuldar, yüksək dən keyfiyyətinə malik, yerə yatmayan və xəstəliklərə davamlı taxıl sortları yaradılması tələb olunurdu. Həmin vaxtda seleksiya işləri zəif olmaqla müxtəlif kənd təsərrüfatı bitkilərinin, xüsusilə Elmi–Tədqiqat Əkinçilik İnstitutunun mandatında olan dənli–taxıl, qarğıdalı, tütün və paxlalı bitki sortlarının məhsuldarlığı çox aşağı idi. 1970–ci illərdə akademik C.Əliyevin rəhbərliyi ilə Elmi–Tədqiqat Əkinçilik İnstitutunda məqsədyönlü seleksiya işləri aparılmasına başlanılmış, elmin bütün sahələrinə aid mütəxəssislərin, xüsusilə bioloqların, fizioloqların, biokimyaçıların və bitki mühafizə sahəsində çalışanların potensialının məqsədyönlü şəkildə cəmlənməsi və səmərəli istiqamətlənməsi ilə keçmiş SSRİ–də ilk dəfə olaraq çoxillik kompleks proqramlar hazırlanmışdır. Akademik C.Əliyevin rəhbərliyi altında həyata keçirilən həmin proqramların əsas icraçılarından biri də Ə.Musayev olmuşdur.

Daha sonra isə Elmi–Tədqiqat Əkinçilik İnstitutu ilə SortToxum Birliyi birləşdirilərək “ElitElm İstehsalat Birliyi yaradılmış və Ə.Musayev onun baş direktoru təyin edilmişdir. Bütün bunlar həmişə axtarışda olan alimi, eləcə də onun həmkarlarını dənli və dənli–paxlalı bitkilərin seleksiya işinin yenidən təşkili və onun madditexniki bazasının yaxşılaşdırılması üçün səfərbər etmişdir. Ə.Musayevin rəhbərlik etdiyi seleksiyatoxumçuluq şöbəsi buğda, arpa, qarğıdalı, soya, lobya, noxud, mərcimək, tritikale bitkilərinin zəngin genefondunu toplamağa nail olmuşdur. Ötən 25 ilə yaxın bir müddətdə ET Əkinçilik İnstitutunda müxtəlif kənd təsərrüfatı bitkilərinin 100–dən çox sortu yaradılaraq dövlət sınağına verilmişonlardan 35 sort rayonlaşdırılmışdır. Hazırda bu sortlar respublikanın ümumi taxıl əkinlərinin təxminən 90 faizini təşkil edir. 1987–ci ildə bərk buğdanın yüksək məhsuldar, qısa gövdəli, yerə yatmayan sortlarının yaradılmasındakı nailiyyətlərinə görə ET Əkinçilik İnstitutuna keçmiş SSRİ Kənd Təsərrüfatı Elmləri Akademiyasının təqdimatı əsasında Seleksiya Mərkəzi statusu verilmişdir. Ə.Musayev dənli və digər kənd təsərrüfatı bitkilərinin 31–dən artıq rayonlaşdırılmış sortunun müəllifidir. O, keçmiş SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin baş komissiyası tərəfindən yüksək məhsuldar, keyfiyyətli bərk buğda sortlarının yaradılması və tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə bürünc, gümüş və qızıl medallara layiq görülmüş, həmçinin “Şərəf nişanı” ordeni ilə təltif edilmişdir. Ə.Musayev bitkiçilik, seleksiyatoxumçuluğa dair 130–dan çox elmi əsərin tövsiyə və kitabçanın müəllifidir.

Nazirlər Kabinetinin 16 dekabr 1999–cu il tarixli 190 nömrəli Qərarı ilə kənd təsərrüfatında elmi, elmitexniki proqramların respublikada aparılan islahatlarayeni iqtisadi münasibətlərə uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Aqrar Elm Mərkəzi yaradıldıqdan sonra Ə.Musayev həmin mərkəzin baş direktoru təyin edilmişdir. O, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzinin baş direktoru kimi aqrar elmdə islahatların aparılması, bu sahədə yeni tədqiqat proqramlarının və prioritetlərinin müəyyənləşdirilməsi, elmi nəticələrin istehsalata tətbiqi, elmi əsaslandırılmış toxumting istehsalının təşkili, regional aqrar elm mərkəzlərinin formalaşdırılması, beynəlxalq elmitexniki əlaqələrin inkişafı, bu sahədə dünya alimləri ilə təcrübə mübadiləsi və bir çox mühüm istiqamətlərdə əzmlə çalışır. O, 2003– ildən “Seleksiyatoxumçuluq”, “Bitkiçilik” və “Əkinçilik” ixtisasları üzrə dissertasiya müdafiə şurasının sədridir. Ə.Musayevin seleksiya sahəsində apardığı tədqiqatlar beynəlxalq kənd təsərrüfatı təşkilatları tərəfindən yüksək qiymətləndirilmişdir. Görkəmli alim hazırkı qlobal iqlim dəyişkənliyi şəraitində istiliyə və quraqlığa davamlı sortların yaradılması məqsədilə kompleks proqramların hazırlanması və həyata keçirilməsində Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları Məsləhət Qrupuna (CGİAR) daxil olan 15 beynəlxalq elmi mərkəzin əksəriyyəti ilə (İCARDA, CİMMYT, İPGRİ, İLRİ, CİP, İCRİSAT, İWMI) səmərəli elmitexniki əməkdaşlıq əlaqələrinin yaradılmasında məqsədyönlü fəaliyyət göstərir.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətlərinə görə Ə. Musayevə 2010–cu ildə “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı verilmişdir.

Ömrünün müdrik çağının zirvəsinə qalxan, ağsaqqal həyatının qaynar dövrünü yaşayan alimi 75 illik yubileyi və elmi–təşkilati fəaliyyətinin 50 illiyi münasibətilə Kənd Təsərrüfatı Nazirliyinin kollektivi, bütün həmkarları adından səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, fəaliyyətində və elmi yaradıcılığında uğurlar arzulayırıq.

 

 

Məmmədzadə NƏbiyev,

Kənd Təsərrüfatı Nazirliyi Seleksiya

Nailiyyətlərinin Sınağı və Mühafizəsi

üzrə Dövlət Komissiyasının sədri,

Eldar Kosayev,

Aqrar Elm Mərkəzi baş direktorunun

birinci müavini.

 

Respublika.- 2013.- 8 yanvar.- S. 6.