Məktəb–liseyin uğurları

 

Binəqədi rayonunda təhsil sahəsində böyük uğurlar, nailiyyətlər qazanmış məktəblərdən biri də 83 saylı məktəb–liseydir. Bu qabaqcıl təhsil ocağı 1971–ci ildən məktəb, 1994– ildən isə məktəb–lisey kimi fəaliyyət göstərir. 1910 şagirdi olan məktəb–liseydə şagirdlərin təlim–tərbiyəsi ilə 152 müəllim məşğul olur.

Məktəb–lisey 2008–ci ildə respublika üzrə keçirilən ilkİlin ən yaxşı məktəbi” müsabiqəsində qalib gəlmiş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “İlin ən yaxşı məktəbi” adını qazanmışdır.

Qazanılan bu böyük uğurlara görə 3 nəfər “əməkdar müəllim”, 3 nəfər “İlin ən yaxşı müəllimi” adlarına layiq görülmüş, 4 nəfər isə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Məktəbdə dərslik və proqram müəllifləri, elmlər namizədləri, TQDK–nın ekspertləri, bir çox müsabiqələrin qalibi olan istedadlı müəllimlər, pedaqoqlar gənc nəslin təlim–tərbiyəsi ilə məşğul olurlar.

Məktəb–liseyin direktoru, “Qızıl qələm” mükafatı laureatı Yaqut Sadıqova 2002–ci ildən bu tədris müəssisəsinə rəhbərlik edir. İşlədiyi müddətdə dəfələrlə Binəqədi Rayon İcra Hakimiyyəti, rayon təhsil şöbəsi, Bakı şəhər Təhsil İdarəsi və Təhsil Nazirliyi tərəfindən fəxri fərman və I dərəcəli diplomlarla təltif olunmuşdur.

Respublika üzrə keçirilən pedaqoji mühazirələr müsabiqəsində “İdarəçilikdə innovasiya elementlərinin tədbiqi təcrübəsi” mövzusunda çıxış edərək I yerə layiq görülmüş və təhsil naziri tərəfindən I dərəcəli diplomla təltif olunmuşdur. Yaqut Sadıqova həmçinin Bakı şəhəri üzrə keçirilən “İlin ən yaxşı məktəbi” və “İlin ən yaxşı direktoru” müsabiqəsində iştirak etmiş, I dərəcəli diploma layiq görülmüşdür.

Təhsil Nazirliyi kollegiyasının qərarı ilə 2001–ci ilin aprel ayında məktəbin maddi tədris bazasının möhkəmləndirilməsində və gənc nəslin təlim–tərbiyəsində səmərəli pedaqoji fəaliyyətinə görə Yaqut xanım fəxri fərmanla təltif olunmuşdur.

O, həm də respublikamızın ən qabaqcıl maarif işçilərindən biri kimi xarici ölkələrdə keçirilən beynəlxalq və respublikamızda keçirilən bir çox kursların iştirakçısı olmuş, I dərəcəli sertifikata layiq görülmüşdür.

Təhsil sahəsində qazandığı böyük uğurlara görə 2012–ci ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Əməkdar Müəllim” fəxri adına layiq görülmüşdür.

TQDK–nın son 5 ildəki məlumatına əsasən, 83 saylı məktəb–liseyin 134 nəfər məzunu 500–700, 44 nəfər məzunu isə 600–dən yuxarı bal toplayaraq ən nüfuzlu ali məktəblərə qəbul olunmuşlar. 35 nəfər isə xarici ölkələrin tanınmış universitetlərində təhsil alır, 6 nəfər məzun Azərbaycan Prezidentinin sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüşdür.

Respublika müsabiqəsində iştirak edən məzunlardan Elgün Ağazadə beynəlxalq musiqi festivalında, Prezident təqaüdçüsü Aygün Əliyeva inşa yazı müsabiqəsinin respublika turunda qalib olmuşdur. Məzunlardan Yuliya Yuxtina ABŞ–da, İlhamiyyə İlham Almaniyada Dövlət Proqramı xətti ilə təhsil almışdır. Çexiya məktəblisi Mariya Lirikovna məktəb–liseyin XI sinfində təhsil alır.

83 saylı məktəb–liseydəki məzun və şagirdlər müxtəlif olimpiada və müsabiqələrin qalibi olmuşlar.

Aytən Məmmədova, Nərmin İbrahimova, Turab Qasımov, Türkay Rzayev, Elgün Ağazadə Prezident təqaüdünə layiq görülmüşlər.

Fidan Qasımlı fənn olimpiadasının respublika üzrə birincisi, Dilarə Umudova, Aygün Əliyeva, Ziya Cəfərov inşa yazı müsabiqəsinin qalibi olmuşlar.

Qara dəniz sahili ölkələri arasında keçirilən kompyuter proqramı layihəsi müsabiqəsinin gümüş mükafatçısı, I sinif informatika dəftərinin və V sinif informatika dərsliyinin dizaynerləri Adil Əliyev və Fərhad Əliyev qardaşlarının qazandığı uğurlar da sevindiricidir. Fuad Süleymanlı “İstedada diqqət və qayğı gələcəyə yönələn sərmayədir” adlı müsabiqənin, Arzu Müslümova, Nərmin Quliyeva, Zahidə Hacılı fənn olimpiadasının və MTK–da keçirilən IV intellekt olimpiadasının qalibi olmuşlar.

83 saylı məktəb–liseyin idman sahəsində də bir çox uğurları var.

7–ci sinif şagirdi Yuliya Stisyuk üzgüçülük idman növü üzrə beynəlxalq yarışda 3 qızıl medal qazanmışdır.

10–cu sinif şagirdi Polad Səfabəyli tennis üzrə beynəlxalq dərəcəli hakim sertifikatı almışdır.

10–cu sinif şagirdi Mustafa Məmmədov İtaliyada keçirilən Avropa birinciliyində qalib gələrək müxtəlif çəki dərəcəsində 3 qızıl medala layiq görülmüşdür.

10–cu sinif şagirdi Anar Məcidli güləş üzrə iki dəfə respublika çempionu olmuşUkraynada keçirilən beynəlxalq turnirdə II yeri tutmuşdur.

6–cı sinif şagirdi Anar Əliyev respublika birinciliyində kinqboksinq idman növü üzrə I yer tutmuşdur.

Sadaladıqlarımız 83 saylı məktəb–liseyin qazandığı uğurların kiçik bir hissəsidir. Bütün bu nailiyyətlər Yaqut Sadıqova başda olmaqla bütün pedaqoji kollektivin gərgin əməyinin nəticəsidir. Respublikamızın belə nümunəvi təhsil ocaqlarının qazandığı yüksək nəticələr Azərbaycan təhsilinin, maarifinin sabahkı böyük uğurlarından xəbər verir.

 

 

Fəxrəddin Mustafayev

 

Respublika.- 2013.- 8 yanvar.- S. 4.