MALİYYƏ İNTİZAMI GÜCLƏNDİRİLİR

 

Yola saldığımız 2012–ci il yaddaşımızda uğurlu illərdən biri kimi qalmışdır. Mənim 50–dən yuxarı yaşım var, 1985–ci ildə İqtisadiyyat İnstitutunu bitirdikdən sonra həyatımı maliyyə sahəsində fəaliyyətlə bağlamışam. Həyatın hər üzünü görmüşəm. Etiraf edirəm ki, heç zaman son illərdəki kimi sürətli inkişaf, irəliyə doğru belə sıçrayış görməmişəm. Bu da, şübhəsiz, ölkə başçısı cənab İlham Əliyevin yorulmaz fəaliyyəti, vətənimizin çiçəklənməsinə, vətəndaşlarımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına tükənməz diqqət və qayğısının bəhrəsidir. Dönə–dönə qeyd etmək istəyirəm ki, vaxtilə ulu öndər Heydər Əliyevin bina etdiyibu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla möhkəmləndirdiyi siyasi sabitlikiqtisadi potensial sayəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Vətəndaşlarımız əvvəlki illərdə yaşadıqları bəzi problemləri, demək olar ki, hiss etməmişlər. Dövlət başçısının apardığı düzgün siyasət, onun vaxtında gördüyü tədbirlər, imzaladığı müvafiq fərman və sərəncamların nəticəsində biz nəinki geriləməmiş, ölkə iqtisadiyyatının bütün sahələrində irəliləyişə nail olmuşuq.

2009–2013– illərdə Azərbaycan Respublikası regionlarının sosialiqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş möhtəşəm tədbirlərin icrasının uğurla davam etdirlməsi, bütün sahələrdə istehsal və xidmət intizamının ciddi surətdə möhkəmləndirilməsi, sahibkarlığın inkişaf etdirilməsinə, rəqabət qabiliyyətinin yüksəldilməsinə yönəldilmiş dövlət qayğısı və dəstəyi inkişafımızın əsas faktorlarıdır. Mən möhkəm əminəm ki, regional inkişaf planının qarşıya qoyduğu vəzifələr bu il vaxtından tez yerinə yetiriləcəkdir. Çünki bu vəzifələrin icrasına xalqımızın ləyaqətli övladları, qədirbilən insanlar tam əzmkarlıqla girişmişdilər, möhtəşəm quruculuq tədbirləri onların səyləri sayəsində vüsət almışdır. Dövlətimiz bu insanların əməyini həmişə yüksək qiymətləndirir, onlar üçün hər cür yaşayış və şəraiti yaratmaq üçün bütün imkanlardan istifadə edir. Dövlət və Prezident səviyyəsində görülən bütün tədbirlər, hər bir sahədə əldə olunmuş nailiyyətlər yoxsulluğun azaldılmasına, rayonun sosialiqtisadi inkişafına, əhalinin ərzaq təhlükəsizliyinin etibarlı təminatına möhkəm zəmin yaradır. Dövlətimizin sosial sahəyə xüsusi diqqət və qayğısı 2013– il üçün ölkə başçısının təsdiq etdiyi yeni dövlət büdcəsindən daha aydın görünür. Həmin sənəddəki tədbirlər sosial müdafiə sahəsində kompleks işlərin daha coşqunintensiv templə davam etdirilməsinə stimul yaradacaqdır. Vətəndaşlarımız inanırlar ki, ötən illərdəki uğurlu tədbirlər cari ildə də davam etdiriləcək, insanlar bir sıra çətinliklərdən çıxacaq, daha firavan yaşayacaqlar.

Hansı sahə olursaolsun, qazanılan nailiyyətlər ciddi maliyyə intizamının nəticəsində mümkün olmuşdur. Məlumdur ki, maliyyə sistemi bütünlükdə iqtisadiyyatın və sosial həyatın bel sütunu olduğu kimi, onun yüksək səviyyədə qurulması ən vacib şərtlərdən biridir. Bu istiqamətdə azacıq büdrəmə, səhv hərəkət, tapşırılmış işə məsuliyyətsiz münasibət bəslənilməsi pozuntulara, bəzən isə böyük fəsadlara gətirib çıxara bilər. Kollektivmiz bu sahədə respublika Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələri daim layiqincə yerinə yetirməyə çalışmış və fikrimcə, pis işləməmişdir. Dövlətin yerlərdə maliyyə siyasətini həyata keçirən orqanlarından biri kimi rayonun yerli gəlir və xərclərinin icmallaşdırılması, maliyyələşdirilməsi, dövlət öhdəliklərinin qəbulu və bu öhdəliklər üzrə kassa xərclərinin bilavasitə həyata keçirilməsi, xərclərin iqtisadi cəhətdən planlaşdırılması məsələlərini diqqət mərkəzində saxlamışıq. Çalışmışıq ki, bütün gəlirlər büdcəyə vaxtında mədaxil olunsun, vəsaitlər qənaətlə, öz təyinatına görə xərclənsin. Yeri gəldikcə müəssisələrin maliyyə–təsərrüfat fəaliyyətləri yoxlanılmış, onlara lazımi istiqamət verilmişdir. Mütəmadi olaraq büdcə təşkilatları ilə normativhüquqi sənədlərin öyrənilməsi, mühasibat uçotundakı yeniliklər, dövlət satınalmaları, xəzinə əməliyyatları uçotunun təşkili və digər məsələlər barəsində izahat işləri aparılmış, təşkilatlar müvafiq hüquqi sənədlərlə təmin olunmuşlar.

Ötən il rayon üzrə yerli gəlirlərimiz 3 milyon 944 min manat, yerli xərclər 14 milyon 162 min manat müəyyən edilmişdi. Bu vəzifə əsasən yerinə yetirilmiş, əvvəlki illərdə əldə edilmiş nəticələr xeyli ötülüb keçilmişdir. Əməkhaqqı, sosial sığorta, malların satınalınma xərcləri, təqaüdlər və sosial müavinətlər, əsaslı xərclər, əsas vəsaitlərin ayrılması üzrə proqnoz tapşırıqlarına əməl edilmişdir. Hüquqi şəxslərdən mənfəət vergisi, sadələşdirilmiş vergilər, dövlət rüsumları və sair daxilolmalar üzrə tapşırıqlar daha yüksək göstəricilərlə icra edilmişdir. Ayrılmış vəsaitlərin öz istiqaməti üzrə düzgün və səmərəli xərclənməsinə diqqəti gücləndirmişik.

Əsas sosial sahələr olan təhsilə 5839 min manat, səhiyyəyə 1 milyon 574 min manat, mədəniyyət və turizm sahəsinə 588 min manat, bədən tərbiyəsi və gənclər siyasətinin yerinə yetirilməsinə 74,5 min manat, mənzil təsərrüfatının inkişaf etdirilməsinə 59 min manat vəsait xərclənmişdir. Nəzərdə tutulmuş digər vəzifələr layiqincə həyata keçirilmiş, görülən tədbirlər sayəsində büdcəyə xeyli əlavə vəsait daxil olmuşdur.

“Azərbaycan Respublikasının 2013– il üçün Dövlət büdcəsi haqqında” qanuna əsasən cari ildə Neftçala rayonunun sosial–iqtisadı inkişafından ötrü 15 milyon 348 min manat məbləğində vəsait ayrılmışdır. Rayonumuzun sakinləri, bütün əmək kollektivlərinin üzvləri, o cümlədən maliyyə işçiləri dövlətimizin bu qayğısından razıdırlar, hörmətli Prezidentimizə öz minnətdarlıqlarını bildirirlər.

Yeni–2013– ildə qarşımızda əvvəlki illərdəkindən də məsul vəzifələr durur. Yaxşı başa düşürük ki, onları uğurla həyata keçirmək, rayonun davamlı iqtisadisosial inkişafına nail olmaq maliyyə təsərrüfatının sistemli fəaliyyətindən, bu sahədə ən əvvəl intizamın gücləndirilməsindən asılıdır. Ona görə də kollektivimizin üzvləri üzərlərinə düşən məsul vəzifələri layiqincə yerinə yetirmək üçün yeni ildə də öz səylərini əsirgəməyəcəklər.

 

 

Rəşid MƏNƏFOV,

Neftçala Rayon Maliyyə

İdarəsinin müdiri.

 

Respublika.- 2013.- 10 yanvar.- S. 5.