Azərbaycanın regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rolu

 

Qlobal enerji siyasətinin formalaşmasında və əhəmiyyətli enerji layihələrinin ölkəmizin ərazisindən keçməklə dünyanın və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu artır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin neft strategiyası, ulu öndərin təsəbbüsü və iştirakı ilə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın neft sektoruna 50 milyard dollar, iqtisadiyyatına isə 120 milyard dollar sərmayə qoyulmasına şərait yaratmışdır. Mühüm transmilli layihələrə imza atan Azərbaycan bölgənin aparıcı dövlətinə çevrilmişdir. Qarşıdan gələn illərdə də enerji diplomatiyasının daha fəal şəkildə davam etdirilməsinin zəruriliyini vurğulayan Prezident İlham Əliyev bildirib ki, enerji təhlükəsizliyi məsələlərinə gəldikdə 2012–ci ildə çox əlamətdar hadisə baş vermişdir. TANAP layihəsi imzalanmışdır: “TANAP layihəsi bizə imkan verəcəkdir ki, Azərbaycan zəngin qaz resurslarını dünya bazarlarına böyük həcmdə nəql etsin. Hesab edirəm ki, TANAP layihəsi son illər ərzində nəinki ölkəmizdə, regionda, Avropa qitəsində enerji təhlükəsizliyi ilə bağlı olan məsələlər arasında ən böyük addımdır.

TANAP layihəsinin təşəbbüskarı da Azərbaycan olmuşdur. Əminəm ki, TANAP layihəsini Azərbaycan öz tərəfdaşları ilə vaxtında icra edəcək və beləliklə, Avropanın enerji xəritəsi böyük dərəcədə dəyişdiriləcəkdir”.

 

Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm tərəfdaşlardan biridir. Avropa İttifaqına üzv olan bəzi ölkələrin enerji balansında Azərbaycan neftinin payı 35–40 faizə yaxındır. TransAnadolu qaz kəməri layihəsi isə salındıqdan sonra ölkəmiz Avropanın qaz bazarında da önəmli yer tutacaqdır.

Xatırladaq ki, ötən ilin iyun ayında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı TANAP layihəsi ilə bağlı Türkiyə ilə Azərbaycan arasında razılaşma imzalandı. Artıq bəzi ölkələr TANAP–da iştirak etmək niyyətlərini ortaya qoyublar və onların tərəfdaş kimi bu layihəyə cəlb edilməsi istisna olunmur. Məlumat üçün bildirək ki, TransAnadolu qaz kəməri (TANAP) layihəsi üzrə işlər plana uyğun şəkildə aparılır. Artıq TANAP şirkəti yaradılmışdır. Kəmərin keçəcəyi torpaqların müəyyənləşdirilməsi prosesi gedir və layihənin ekoloji təsirilə bağlı hesabatı hazırlanır. Azərbaycanın “Şahdəniz–2″ layihəsi üzrə tərəfdaşlarından bp, StatoilTotal şirkətləri də layihəyə maraq göstərirlər. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə 7 milyard ABŞ dollarına başa gələcəkdir. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018–ci ildə başa çatacaq, 2020–ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 milyard kubmetrə, 2023– ildə 23 milyard kubmetrə 2026–cı ildə isə 31 milyard kubmetrə çatdırılacaqdır. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaqdır. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə–Bolqarıstan və ya Türkiyə–Yunanıstan sərhədində təhvil veriləcəkdir. TANAP layihəsində ARDNŞ 80 faiz, Türkiyənin BOTAŞ və TPAO şirkətləri isə birlikdə 20 faiz paya malikdirlər.

Azərbaycanın energetika məsələlərində iştirak edən əhəmiyyətli bir ölkə və Avropa İttifaqı (Aİ) üçün mühüm tərəfdaş olduğunu öz bəyanatında vurğulayan Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Günter Ottinqer demişdir ki, Aİ Azərbaycan ilə əməkdaşlığı möhkəm zəmin və birgə aydın maraqlar üzərində qurmuşdur. Cənab Ottinqerin fikrincə, Azərbaycanın Aİ–nin “Şərq tərəfdaşlığı” proqramında iştirakı tarixi bir mərhələdir. Azərbaycan Cənub qaz dəhlizi haqqında bəyannaməni imzalamaqla enerjinin nəql edilməsində mühüm rol oynadığını və öz fəaliyyəti ilə Avropa İttifaqına daha da yaxınlaşdığını təsdiq etmişdir: “Xəzər dənizinin qərb sahilində yerləşən ölkə özünün zəngin neftqaz yataqları ilə Avropanın enerji ilə təmin olunmasında mühüm bazadır”.

Onu da xüsusi qeyd edək ki, G.Ottinqer, eyni zamanda Azərbaycan kimi enerji istehsal edən ölkələri daha güclü dəstəkləməyin Avropa İttifaqının marağında olduğunu demişdir.

Aİ–nin üzvü olan ölkələr üçün mühüm enerji tərəfdaşı olan Azərbaycanın problemlərinə Avropada daha çox diqqət yetirilməlidir. Nəhayət BMT–ninbir çox digər beynəlxalq təşkilatların birmənalı qətnamələrində göstərilir ki, Dağlıq Qarabağ regionu Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir”.

Azərbaycanda son 20 ildə həyata keçirilən enerji layihələri Avropanın və qardaş Türkiyənin enerji təhlükəsizliyində çox əhəmiyyətli rol oynayır. OPEK və Rusiya xaricində ilk dəfə olaraq müstəqil neft ixracatçısına və mühüm tərəfdaşa çevrilən Azərbaycanın Türkiyə ilə həyata keçirdiyi TANAP layihəsi bu strategiyanın daha bir uğurlu nəticəsidir.

Azərbaycanın dost, tərəfdaş ölkələrlə ikitərəfli əsasda əlaqələrini gücləndirmək işində də neftqaz amili əhəmiyyətli rol oynayır. Son illərdə ixrac imkanlarını şaxələndirən Azərbaycanın yeddi neftqaz kəməri vardır. 2012–ci ilin yanvar–noyabr aylarında magistral neft kəmərləri ilə 39,7 milyon ton neft nəql edilmişdir. Nəql etmənin dörddə üç hissəsi Bakı–Tbilisi–Ceyhan neft ixrac kəməri ilə həyata keçirilmiş ötən ilin yanvar–noyabr ayları ərzində bu kəmər vasitəsilə 30,1 milyon ton neft ötürülmüşdür. Həmin dövr ərzində gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 2,9 milyon ton tranzit Türkmənistan nefti nəql edilmişdir.

Magistral qaz kəmərləri ilə 17,2 milyard kubmetr ya 3,3 faiz çox qaz nəql edilmişdir. Nəql edilmiş qazın 20,9 faizi Bakı–Tbilis–Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilmiş 3,6 milyard kubmetr qaz ötürülmüşdür.

Bu gün dünyanın super dövlətləri, o cümlədən Qərbi Avropada və ABŞ–da bölgədə Azərbaycanın bu sahədə göstərdiyi cəsarət və iradəni yüksək qiymətləndirirlər. Təbii ehtiyatların işlənilməsi və bir sıra mühüm məsələlərdə, o cümlədən beynəlxalq enerji təhlükəsizliyi üzrə dünya birliyi ilə Azərbaycanın əməkdaşlığına böyük önəm verirlər. Azərbaycanın ətrafdakı digər dövlətlərlə müqayisədə müstəqillik qazandıqdan sonra ianılmaz uğurlar və irəliləyiş əldə etdiyini vurğulayırlar.

Həqiqətən də, Azərbaycan hazırda Birləşmiş Ştatların və Qərbi Avropanın qlobal enerji təhlükəsizliyində ən vacib tərəfdaşlarından biridir. Bunu Prezident Barak Obamanın bəyan etdiyi fikirlər də təsdiqləyir.

Azərbaycanın enerji təchizatının şaxələndirilməsi və təhlükəsizliyinə, eləcə də regional sabitliyə nail olmaq kimi ümumi məqsədlərini təşviq edəcəyini vurğulayan cənab Barak Obama bildirib ki, qazın satışı və tranzitinə dair Azərbaycan ilə Türkiyə arasında saziş Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasına yol açır və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması üçün zəmin yaradır. Eyni zamanda, Azərbaycan BMT–nin Təhlükəsizlik Şurasının üzvü seçilmişdir və Əfqanıstanda sülhün, təhlükəsizliyin qorunması istiqamətində göstərilən səylərə mühüm dəstəyini davam etdirir. “Gələcəyə nəzər salsaq, biz “Şahdəniz” qaz layihəsinin reallaşmasında müsbət dəyişiklikləri gözləyirik və Azərbaycan hökuməti eləcə də onun tərəfdaşları ilə birgə “Şahdəniz” qazının Avropaya nəqli marşrutunu seçirik. Azərbaycanı “Cənub” qaz dəhlizi vasitəsilə Avropa ilə əlaqələrini möhkəmləndirməsilə, müasir şaxələndirilmiş iqtisadiyyatın inkişafını təmin etməklə, dünya miqyasında daha mühüm öhdəliklər üzərinə götürməklə, biz artıq güclü olan tərəfdaşlarımızı irəliyə doğru aparacağıq”.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan 2012–ci ilin yekunları ilə bağlı xalqa müraciətində bildirib ki, TransAnadolu təbii qaz kəməri layihəsinin imzalanması ilə Türkiyə və Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm addım atdılar.

Biz Azərbaycan Prezidenti İlham Əliyev ilə bütün Avrasiyanı yaxından maraqlandıran və qlobal əhəmiyyətə malik olan bir layihənin imza mərasimini keçirdik. Təqribən 7 milyard dollar dəyəri olan TANAP layihəsinin imzalanması ilə Türkiyə və Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm məsafə qət etdilər”.

Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan iqtisadiyyatında neftqaz sənayesi mühüm sahələrdən biri olaraq qalır. Bu sahədəki uğurları Azərbaycanı neftqaz sektoru üzrə vacib regional mərkəzə çevirmişdir.

 

 

Şükür ƏLİZADƏ

 

Respublika.- 2013.- 10 yanvar.- S. 1;2.