HƏMKARIMIZI TƏBRİK EDİRİK

 

Avropa İdman Jurnalistləri İttifaqı (UEPS) İcraiyyə Komitəsinin növbəti iclası Azərbaycan paytaxtında təşkil olunmuşdu. UEPS icraedici orqanının 12 üzvü varonlardan biri də Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti Eldar İsmayılovdur. Şübhəsiz, UEPS kimi bir təşkilatda jurnalistika sahəsində böyük təcrübəyə malik həmvətənimizə belə etimad göstərilməsi, icraiyyə komitəsi iclasının Bakıda təşkil olunmasına qərar verilməsi təkcə idman jurnalistikamızın yox, bütövlükdə milli mətbuatımızın uğurudur. Ən azı ona görə ki, MDB məkanında ilk dəfə keçirilən bu tədbir Azərbaycan media tarixində də ilk və yeganə hadisə idi.

 

Bunun ardınca iki ay əvvəl Bakıda Beynəlxalq İdman Mətbuatı Assosiasiyası – AİPS İcraiyyə Komitəsi toplandı, eyni zamanda AİPS–in Gənc Reportyorlar Proqramı çərçivəsində Bakımız dünyanın müxtəlif ölkələrindən gəlmiş gənc idman yazarlarının bir aylıq seminarına ev sahibliyi etdi.

Belə bir yüksəlişə nail olmaq üçün Azərbaycan İdman Jurnalistləri Assosiasiyası – AİJA, başda Eldar İsmayılov olmaqla, çox çətinliklərdən keçib. Bəli, bu gün AİJA idman mediamızın beynəlxalq əlaqələrinin genişləndirilməsi, Avropayadünyaya inteqrasiyası, müasir idmanın problemlərinin və aktual məsələlərinin idman ictimaiyyətinə, idmansevərlərə və peşəkarlara çatdırılması yönündə böyük işlər görür, fəaliyyət coğrafiyasını günbəgün genişləndirir, idman mediası nümayəndələrinin birliyi missiyasını ləyaqətlə həyata keçirir.

1995–ci ildə, AİJA–nın təməli qoyulandan cəmi bir il sonra AİJA Beynəlxalq İdman Mətbuatı Assosiasiyası AİPS–in müvəqqəti üzvü statusunu aldı, 1997–ci ilin mayında isə İspaniyanın Oviyedo şəhərində 60–cı Ümumdünya Konqresində qurumun tamhüquqlu üzvü seçildi. Beləliklə, AİJA Avropa İdman Mətbuatı İttifaqı UEPS–də də yerini tutdu.

İlk uğurlu addımlardan sonra AİJA nümayəndə heyəti Azərbaycan Milli Olimpiya Komitəsinin dəstəyi ilə hər il keçirilən ümumdünya və qitə məclislərində, AİPS və UEPS konqreslərində ölkəmizin idman mediasını ləyaqətlə təmsil etməyə başladı, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, Beynəlxalq İdman Federasiyaları Baş Assambleyası, Dünya Ədalətli Oyunlar Təşkilatı, Dünya Antidopinq Komitəsi, əksər idman növləri üzrə beynəlxalq federasiyalar və digər nüfuzlu idman təşkilatları ilə sıx əlaqələr qurdu.

Bunun nəticəsidir ki, 2010–cu ilin aprelində Antalyada Avropanın 48 ölkəsinin idman jurnalistləri qurumunu birləşdirən UEPS–in 32–ci konqresində gizli səsvermə yolu ilə keçirilən seçkilərdə ilk dəfə olaraq Azərbaycan təmsilçisi Eldar İsmayılov da yer aldı.

O vaxt bu sevindirici tarixi hadisəyə Eldar İsmayılovun münasibəti belə olmuşdu: Heç kimə sirr deyil ki, ölkəmizdə idmanın, Olimpiya hərəkatının inkişafında dövlətimizin başçısı İlham Əliyevin misilsiz xidmətləri var. 1992–ci ildə yaradılan Azərbaycan Milli Olimpiya Komitəsinin BOK–la sıx işgüzar əlaqələri və əməkdaşlığı cənab İlham Əliyevin bu təşkilatın prezidenti seçilməsindən sonra başladı. Azərbaycana ardıcıl səfərlərində BOK liderləri də ölkəmizin sürətli inkişaf yoluna qədəm qoyduğunu vurğulayırdılar. Jaq Roqq hələ Avropa Olimpiya Komitəsinin (AOK) rəhbəri kimi ölkəmizə səfərləri zamanı hər gəlişində infrastruktur yeniliklərin, dəyişiklikərin şahidi olmasından məmnunluğunu ifadə edirdi. Bizim təşkilatın, AİJA–nın da ayağa qalxması, inkişaf etməsi məhz 1997–ci ilə, İlham Əliyevin Azərbaycan MOK–nin prezidenti seçildiyi vaxtdan sonrakı dövrə təsadüf edir. Bu mənada indi Avropanın və dünyanın aparıcı idman jurnalistlərinin Azərbaycana maraq göstərməsi təbiidir. AİJA da öz növbəsində daim inkişafda olan idmanımızın beynəlxalq aləmdə qədərincə tanınmasına çalışır. Zənnimcə, beynəlxalq və qitə idman jurnalistləri təşkilatları rəhbərlərinin ölkəmizə səfərləri bu işdə müstəsna rol oynayarbiz dövlətimizin qayğısı və dəstəyi, birbaşa köməyi sayəsində buna nail olmağa çalışırıq”.

Beynəlxalq və qitə idman jurnalistləri təşkilatları rəhbərlərinin ölkəmizə səfər etməsi isə artıq nə arzu, nə də strateji hədəfdir. AİJA rəhbərliyinin bu istəyi UEPS İcraiyyə Komitəsinin iclasının Bakıda keçirilməsi ilə reallaşdı.

Eldar İsmayılovun 65 illik ömür yolunda, 46 illik jurnalist fəaliyyətində uğurlu, yaddaqalan anlar çox olub.

On iki il əvvəl yaradılan, mərkəzi ofisi Londonda yerləşənLAUREUSDünya İdman Mükafatları Təşkilatını beynəlxalq aləmdə idmanınOSKAR”ı adlandırırlar. Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) üzvü Azərbaycanda rəsmi təmsilçisi Eldar İsmayılov “LAUREUS” seçki heyətinin həmtəsisçilərindən biridir artıq on üçüncü dəfədir ki, hər il idman sahəsində dünyanın ən yaxşılarının müəyyən olunmasında həlledici səsi var.

Dünya idmanının 2012–ci il laureatlarının seçkilərinə 120 ölkənin tanınmış idman jurnalistləri qatılmışlar. Onların arasında bizim Eldar İsmayılov da var. Artıq seçkilərə yekun vurulub qaliblər müəyyən edilib.

Bu günlərdə ölkə Prezidentinin sərəncamı iləƏməkdar Jurnalistfəxri adına layiq görülən Eldar İsmayılova 65 illik yubileyi münasibətilə yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

Rövşən BİNNƏTLİ,

AİJA–nın baş katibi.

 

Respublika.- 2013.- 11 yanvar.- S. 4.