Müasir oxucu: kitabkitabxanalar

 

Kitab bilik xəzinəsidir. Bu bilik xəzinəsinə baş vuran hər bir insan çox gözəl bilir ki, nitqin, natiqliyin, dünyagörüşün inkişaf etdirilməsində kitabın, mütaliənin böyük əhəmiyyəti var.

Müasir dövrdə kitabkitabxanaya münasibət, demək olar ki, ürəkaçan deyildir. XX əsrdə insanlar kitaba böyük hörmətlə yanaşır, öz qida təminatı ilə yanaşı, mənəvi təminatını da yaddan çıxarmırdı. Bir çox ailələrdə şəxsi kitabxanalar yaradılırdı və həmin kitablardan qonumqonşular istifadə edirdilər. Kitab hər bir ailənin əziz sərvəti idi. Eyni zamanda insanlar kütləvi kitabxanalardan da istifadə edib öz bilik dairələrini genişləndirirdilər. Mən elə ailələr tanıyırdım ki, qızı gəlin köçəndə onun cehizinə Azərbaycan və dünya klassiklərinin seçilmiş əsərləri, ASE və BSE–lər də qoyurdular. Çünki kitabakitabxanaya həm ciddi ehtiyac, həm də hörmət var idi. Keçən əsrin 70–ci illərində Bakı şəhərində və rayon mərkəzlərində geniş kitab mağazaları fəaliyyət göstərirdi. Bu da kitab satışının yüksək səviyyədə olmasından xəbər verirdi. Oxucu kitab mağazasından tapmadığı kitabı kitabxanadan əldə edirdi.

Kitabxanaya oxucuları cəlb edən ən ümdə məsələlərdən biriyeni kitabların müzakirəsi idi. Həmin müzakirədə müəllif də iştirak edirdi. Bu müzakirələrin canlı keçməsi oxucuları özünə cəlb edir, onlar müntəzəm olaraq kitabxanada keçirilən tədbirlərə həvəslə gəlirdilər.

Ulu öndər Heydər Əliyev kitabxanaya böyük əhəmiyyət verirdi. O deyirdi: “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Son zamanlar bu müqəddəs yer–mənəviyyat, zəka mənbəyi olan kitabxanalar öz oxucusunu gözləyir. Bir çox illərdir ki. oxucular kitabxanalardan uzaq düşüblər.

Kitabxanalar lazımi ədəbiyyatla təmin olunmur. Köhnə kitablar kiril əlifbasında olduğundan gənc nəsil ondan istifadə edə bilmir”.

XXI əsr informasiya texnologiyaları əsri olduğundan insanlar kompyuterə daha çox müraciət edib internet vasitəsilə müəyyən biliklər əldə edirlər. Gənclərin bir çoxu boş vaxtlarını internet klublarda keçirirmobil telefonda müxtəlif oyunlar oynayırlar.

İndi elə vəziyyət yaranıb ki, bəzi alimlərimiz öz kitabxanasından imtina edərək onu kiməsə bağışlamaq istəyir.

Bu vəziyyəti aradan qaldırmaq üçün, ilk növbədə, valideyn öz övladı üzərində nəzarəti gücləndirməlidir. Onlarda bədii ədəbiyyata həvəs oyatmalıdır. Bir millətin gəncliyi öz ədəbiyyatını, tarixini, coğrafiyasını bilmirsə, bu, fəlakətdir. Biz bu barədə dərindən düşünməli, övladlarımızın hərtərəfli inkişafına cavabdeh olmalıyıq.

Doğrudur, orta məktəb şagirdləri kifayət qədər yükləniblər, lakin bu, o demək deyil ki, onlar Azərbaycan yazarlarının əsərlərindən xəbərsiz olsunlar.

Gənc nəslin, ilk növbədə, uşaqların yaş dərəcələrinə görə oxu materialları seçmək, dərslikləri sadə məsələ və çalışmalarla əvəzləmək lazımdır. Körpə övladlarımızı çox yükləməyək, zorakı kurikulum materiallarından əl çəkib milli təhsil qaynaqlarından süzülüb gələn təhsil metodologiyasına qayıdaq. Onları öz milli düşüncəmiz, müasir elmi–əxlaqi dəyərlərimizlə bəsləyək. Bu gün orta məktəb şagirdləri həddindən artıq yüklənib. Bu isə onların gələcək sağlamlığını təhlükə qarşısında qoyur. Ona görə də uşaqlara maraqlı, milli dəyərlərimizə arxalanan nümunələr çəkməklə tövsiyə xarakterli məsləhətlər vermək lazımdır. Görkəmli alimlərimizin maraqlı həyatından məlumatlarla, uşaqları kitaba, kitabxanaya yönəltmək lazımdır. Müasir dövr kompyuter əsri olduğundan Azərbaycanın görkəmli alimi Ə.Əlizadə haqqında maraqlı məlumatlarla ermənilərin azərbaycanlılara qarşı törətdiyi Xocalı faciəsi və s. haqqında kitabları təbliğ etməklə uşaqları, gəncləri kitabxanaya, kitab oxumağa cəlb etmək lazımdır. Bütün bu inkişaf mərhələsində kitab heç vaxt dəyərini, nüfuzunu itirməmiş, insanın ən yaxın dostu, həmdəmi olmuş, onu irəliyə aparmış, zövqünü oxşayan, dünya həqiqətlərindən xəbərdar edən mühüm informasiya vasitəsi olaraq qalmışdır. Kitablar bilik mənbəyi, müdriklik zirvəsidir. Əfsuslar olsun ki, XX yüzilliyin axırlarından kitaba maraq azalmışdır. Ən şöhrətli kitabxanalar oxucu yolu gözləyir.

Kütləvi kitabxanaların işini canlandırmaq və əvvəlki vəziyyətə gətirmək üçün, ilk növbədə, onları təmir edib görkəmini dəyişmək, yeniyeni ədəbiyyatla komplektləşdirmək, təbliğat işini gücləndirməklə yanaşı, ərazidə olan məktəblərlə sıx əlaqədə işləmək lazımdır. Tədris proqramına uyğun olaraq kitab müzakirələri, oxucu konfransları keçirilməli və ziyalıların bu tədbirdə iştirakı təmin olunmalıdır. Kitabxana daim görkəmli ədib və şairlərlə oxucuların görüşünü təşkil etməlidir.

Bədii kitab oxumayan şəxsin nə yüksək intellekti, nə də mükəmməl nitqi olar. Yüksək nitq mədəniyyəti yalnız və yalnız yüksək mütaliə nəticəsində ola bilər.

 

 

Azər HÜSEYNOV,

Azərbaycan Dövlət Pedaqoji

Universitetinin Əsaslı

Kitabxanasının direktoru,

əməkdar mədəniyyət işçisi.

 

Respublika.- 2013.- 12 yanvar.- S. 4.