AZƏRBAYCANIN DAĞMƏDƏN SƏNAYESİNİN İNKİŞAF PERSPEKTİVLƏRİ

 

Müasir dünyada hər bir dövlətin iqtisadi qüdrəti ondakı dağmədən sənayesinin inkişafı ilə sıx bağlıdır. Bu səbəbdən XXI əsrdə də mineralxammal ehtiyatlarının əhəmiyyəti durmadan artmaqdadır.

Hazırda yer təkində zəngin yataqlara nadir hallarda təsadüf edilir, ancaq kəşf olunan mineralxammal ehtiyatları, adətən çox qısa müddətdə işlənib çıxarılır. Ona görə də gələcəkdə yer təkinin dərin qatlarında və geniş sahələrdə yerləşən, böyük ehtiyatlara malik, lakin tərkibində faydalı komponentlərin miqdarı az olan yataqların işlənmə ehtimalı getdikcə artacaqdır.

 

Beləliklə, elmitexniki tərəqqinin hətta yaxın yüzillikdəki imkanlarını nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, bəşəriyyət faydalı komponentlərin miqdarı az olanböyük dərinliklərdə yerləşən yataqların işlənmə texnologiyasını, həmçinin dənizin dərinliklərindən və dəniz suyundan faydalı komponentlərin çıxarılma texnologiyalarını işləyib hazırlayacaqdır. Ümumdünya dağmədən sənayesinin perspektivi yeni yataqların tapılıb istismara cəlb olunmasını tələb edir. Bunun üçüngeoloji axtarışların müasir texnologiyalar səviyyəsində aparılması, daha kasıb yataqlardan mənimsənilmə və onlardan metalların çıxarılma texnologiyasını yaratmaq üçün elmitədqiqat işlərinin genişləndirilməsi vacibdir. Çünki dünya bazarında tükənməkdə olan xammal növləri üzrə qiymətlərin artacağı tendensiyası müşahidə edilir. Bu tendensiyanı məhdudlaşdırmaq dağmədən sənayesində faydalı qazıntıların çıxarılma və emal texnologiyaları sahəsinə elmin nailiyyətlərini tətbiq etməklə mümkündür.

Dünya dağmədən sənayesinin hazırkı inkişaf tendensiyaları fonunda respublikamızın malik olduğu zəngin mineralxammal potensialı ölkədə dağmədən sənayesinin inkişafı üçün böyük perspektivlər açır. Əminliklə demək olar ki, respublikamızda iqtisadiyyatımızın tələbatını tamamilə ödəyə biləcək mineral xammal bazası mövcuddur. Lakin dünyanın inkişaf etmiş digər ölkələri üçün xammal bazası rolunu oynamaq olmaz. Bildiyimiz kimi, SSRİ dövründə respublikamızın təbii sərvətləri bazasında neftçıxarma və neft emalı, maşınqayırma, metallurgiya, energetika, kimya, yeyinti, yüngüls. kimi sənaye sahələri formalaşmışdı. SSRİnin dağılmasından sonra keçmiş sovet respublikaları arasında əlaqələrin pozulması ölkəmizin iqtisadiyyatına mənfi təsir göstərmişdi. Həmin təsiri hiss edən sənaye sahələrindən biri də dağmədən sənayesi olmuşdu. Belə ki, tərəfdaş olmadığından uzun illər istismar edilən Daşkəsən dəmir filizi, Zəylik alunit, Daşsalahlı bentonit, Parağaçay molibden, Gümüşlü qurğuşunsinks. kimi yataqlarda istismar işləri dayandırıldı. Qeyd edək ki, Daşkəsən dəmir filizləri əsasən Gürcüstanın Rustavi metallurgiya zavoduna, Gümüşlü mədəninin filizləri Vladiqafqaz elektrosink zavoduna, Parağaçayın molibden filizləri Qazaxıstanın Balxaş dağmədən kombinatına göndərilirdi. Azərbaycanın yeraltı sərvətləri keçmiş SSRİnin digər regionları üçün bir növ mineralxammal bazası rolunu oynayırdı.

Bu gün isə qeyd etdiyimiz həmin yataqların bəzilərində istismar işləri tamamilə dayandırılmışdır. Lakin hazırda Azərbaycan hökuməti tərəfindən müxtəlif xarici şirkətlərlə danışıqlar aparılır, bəzi yataqlarda isə işlərin bərpa edilməsi üçün müqavilələr bağlanmışdır.

Yerin təkindəki mineralxammal ehtiyatları ölkəmizin iqtisadisosialsiyasi müstəqilliyini müəyyənləşdirən əsas amillərdən biridir. Buna görə də respublikamızın ərazisindəki sənaye əhəmiyyətli yataqların ehtiyatlarından səmərəli istifadə dağmədən və emal sənayesi sahələrinin inkişafı ilə bağlıdır.

Bildiyimiz kimi respublikamızın ərazisində kifayət qədər faydalı qazıntı ehtiyatları vardır (Filizçay kolçedanpolimetal, Daşkəsən dəmir filizi, Zəylik alunit, Daşsalahlı bentonit, Çovdar qızıl, Naxçıvan və Nehrəm duz, Aydağ seolits.). Hazırda Azərbaycanda ölkə iqtisadiyyatının mineral xammal istifadəsinə əsaslanan bütün sahələrinin stabil inkişafını və ona olan tələbatın ödənilməsini təmin edən etibarlı baza yaradılmışdır. Bu gün respublikamızın mineralxammal bazası faydalı qazıntılar balansına daxil edilmiş 836 filiz, qeyrifiliz, tikinti materialları yeraltı su (şirin, mineral, termal, yodlubromlu, sənaye) yataqlarından ibarətdir. Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra geoloqların səyi ilə Daşkəsən rayonunda aşkar olunub qiymətləndirilmiş Çovdar qızıl yatağında istismaremal işlərinə başlamaq üçün AİMROK Şirkəti tərəfindən son hazırlıq işləri görülür. Azərbaycanda qızılçıxarma sənayesinin inkişafı üçün geniş perspektivlər açılmışdır. Bu gün Beynəlxalq Mədən Əməliyyat Şirkəti tərəfindən işlənən Gədəbəy misqızıl yatağı, yaxın vaxtlarda istismara veriləcək Çovdar, Qoşa, Ağyurd, Piyəzbaşı, Dağkəsəmən, Kələki, Şəkərdərə və s. yataqlar bunu deməyə əsas verir. Daşkəsən filizsaflaşdırma kombinatının fəaliyyəti bərpa olunacağı halda isə uzun müddətə respublikamızın filiz ehtiyatı ilə təmin ediləcəyi gözlənilir.

Dünya bazarında mineral xammaldan alınan bir çox məhsullara, o cümlədən də əsas metallara qiymətlər son 5060 ildə 56 dəfə və daha çox artmışdır. Hələ XX əsrin axırlarına yaxın bütün mineral xammal növlərinin dünya üzrə ehtiyatları kifayət qədər idisə, qurğuşunsink üzrə dünya iqtisadiyyatı miqyasında tələbatın tam təmin olunmaması (7080 faiz) gözlənilirdi.

Bu göstərici respublikamızın ərazisindəki kolçedanpolimetal yataqlarının dağmədən sənayesinin inkişafı üçün əhəmiyyətini artırmış olur. Bu baxımdan BalakənZaqatala filiz rayonu ərazisində yerləşən və ehtiyatları təsdiq edilmiş yataqlar böyük əhəmiyyətə malikdir. Filizçay, KasdağKatex yataqlarında mis, qurğuşunsinkin sənaye əhəmiyyətli ehtiyatları kifayət qədərdir. Bu yataqlardan Filizçay yatağı öz ehtiyatına və tərkibindəki əsas qiymətli komponentlərin miqdarına görə dünyanın ən unikal yataqlarından hesab olunur. Vaxtı ilə Filizçay qrupu yataqlarının işlənməyə hazırlanması məsələsi Sovet İttifaqı Kommunist Partiyasının 1966cı ildə keçirilmiş XXIII qurultayının direktivlərinə daxil edilmişdi. Filizçay qrupu yataqlarının işlənməsi üçün Qafqaz Əlvan Metal Layihə İnstitutu tərəfindən tərtib olunmuş layihədə yatağın filizlərindən yalnız mis, sinkqurğuşunun konsentrat şəklində alınması, son məhsulun isə Şimali Qafqazın Orconikidze Vladiqa qazred.) şəhərinin Elektrosink (sinkqurğuşunun alınması) və Ermənistanın Alaverdi kombinatında (misin alınması) nəzərdə tutulmuşdu. Filizlərin tərkibində olan və sənaye əhəmiyyəti kəsb edən bir çox digər faydalı komponentlərin çıxarılması nəzərdə tutulmamışdı. Bu da yataqların filizlərinin tərkibindəki həmin faydalı komponentlərin itirilməsi və təbii sərvətlərin səmərəsiz istifadəsi demək idi. Məhz bu məsələ respublikamızın etirazına səbəb olmuşduçox yaxşı ki, Filizçay qrupu yataqlarının işlənilməsi təxirə salınmışdı. Digər sənaye əhəmiyyətli KasdağKatex yataqlarının ehtiyatları nisbətən az olduğundan onlar Filizçay yatağı ilə birgə işlənilməlidir. Filizçay qrupu yataqlarının ehtiyatları gələcəkdə yaradılacaq dağmədən sənaye kompleksinin 60 ildən artıq müddətə yüksək rentabelli fəaliyyətini təmin etmək gücündədir. Filizçay yatağının filizlərinin tərkibində əsas qiymətli komponentlər mis, sink, qurğuşun, qızıl, gümüş, bismut, kadmium, kobalt, selen, tellur, indiums. ibarətdir. KasdağKatex yataqlarından başqa Filizçay yatağının cinahlarında nisbətən kiçik ölçülü və sənaye ehtiyatları qiymətləndirilmiş Saqator və Mazımçay yataqları da yerləşir. Filizçay qrupu yataqlarının inkişafı nəinki BalakənZaqatala zonasının sürətli dirçəlişinə, həm də respublikanın dağmədən sənaye kompleksinin inkişafına və uzunmüddətli fəaliyyətinə səbəb ola bilər. Bu da regionların və qeyrineft sektorunun inkişafı baxımından çox əhəmiyyətlidir. Qeyd olunan yataqların işlənməsi respublika ərazisində dağmədən və emal müəssisələrinin optimal şəbəkəsinin yaradılmasına, regionların sosialiqtisadi inkişafına, yeni yerlərinin açılmasına gətirib çıxarar. Bu baxımdan dünyanın ən nəhəng yataqlarından olan Filizçay yatağı çox böyük perspektivə malikdir.

Filizçay qrupu yataqlarının mənimsənilməsi ilə əlaqədar məsələlərin analizi, yatağın səmərəli işlənmə texnologiyasının öyrənilməsi çox vacib və aktualdır. Bu məsələlərin həlli yatağın yerləşdiyi rayonda tikiləcək Filizçay dağmədən kombinatının təkcə Filizçayın deyil, həm də BalakənZaqatala zonasındakı digər yataqların da mənimsənilməsi baxımından əhəmiyyətlidir.

Filizçay kolçedanpolimetal qrupu yataqlarının mənimsənilməsinin ən mühüm məsələlərindən biri yataqdan çıxarılan xammalın kompleks istifadəsidir. Filizçay yatağının mənimsənilməsi yalnız dağmədən sənayesinin deyil, həmçinin bu qrup yataqlarında rast gəlinən sənaye əhəmiyyətli bütün faydalı komponentlərin səmərəli istifadəsi baxımından mühüm əhəmiyyət daşıyan iqtisadi məsələdir. Buna görə də hər xammalın əhəmiyyətini tamamlanmış texnoloji proses baxımından nəzərdən keçirmək lazımdır. Tamamlanan texnoloji proses mis, qurğuşun, sink kimi əsas komponentlərin, həm də digər sənaye əhəmiyyətli komponentlərin çıxarılmasını və emalını təmin etməlidir. Yəni ölkənin mineralxammal sərvətlərindən istifadə olunması üçün xammalın çıxarılmasından son məhsulun alınmasına qədər texnoloji dövrənin qurulmasına, hazır məhsulun rəqabət qabiliyyətinin yüksəldilməsinə nail olunmalıdır.

Hazırda ölkəmizdə xalq təsərrüfatının bəzi sahələrinin daha da inkişafına ehtiyac duyulur. Faydalı qazıntı yataqlarının istismarı və respublikada dağmədən metallurgiya kombinatının tikilməsi və fəaliyyət göstərməsi rayonların infrastrukturunun, kənd təsərrüfatının, sənayenin digər sahələrinin inkişafına, yeni sahələrinin açılmasına səbəb olacaqdır. Bu isə bütövlüklə suveren Azərbaycanın iqtisadiyyatının hərtərəfli yüksəlişinə, dövlətin qarşısına qoyduğu ən mühüm məsələnin əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə və s. kimi mühüm məsələlərin həllinə gətirib çıxaracaqdır.

Bu gün Azərbaycan ərazisində yaradılmış mineral xammal bazasının mövcud vəziyyəti və perspektivləri respublikada dağmədən sənayesinin inkişafı, bu sahəyə millixarici investisiyaların cəlb olunması ilə gələcəkdə dünya sənayesinə inteqrasiya üçün geniş imkanlar açır. Bütün bunlar ölkəmizi inkişaf etmiş dağmədən sənayesinə malik bir respublikaya çevirməyə qadirdir.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev qeyrineft sektorunun dirçəlişinə xidmət edən və müasir tələblərə cavab verən istehsalat infrastrukturu şəbəkəsinin yaradılmasını prioritet məsələ kimi irəli sürmüşdür. Beləliklə, Azərbaycanın mineralxammal bazasının mövcud vəziyyətini və perspektivini nəzərə alaraq hesab edirik ki, bu işlərin aparılması və idarə olunmasına rəhbərlik edə biləcək yüksək statuslu dövlət qurumunun yaradılmasına da ehtiyac duyulur.

 

 

Rasim İSMAYILOV,

Texniki elmlər üzrə fəlsəfə doktoru,

Azərbaycan Dövlət Neft

Akademiyasının Faydalı qazıntı

yataqlarının işlənilməsi kafedrasının

dosenti.

 

Respublika.- 2013.- 18 yanvar.- S. 6.