İş adamlarına göstərilən qayğı xarici şirkətlərin fəaliyyətini genişləndirir

 

Azərbaycanda siyasiiqtisadi sahədə aparılan köklü islahatlar nəticəsində ölkəmiz yeni müstəviyə qədəm qoyub. Bu gün respublikamızın qarşısında duran əsas məsələ ortagəlirli ölkədən inkişaf etmiş dövlətə çevrilməkdir. Bunun üçün hazırda Azərbaycanda iqtisadi islahatlar sürətlə davam etdirilir. Beynəlxalq təşkilatlar, mötəbər beynəlxalq maliyyə qurumları da ölkəmizin uğurlarını qeyd edir. Təsadüfi deyil ki, dünyanın üç aparıcı reytinq agentliyi – “Standard & Poor’s”, “Fitch” və “Moody’scari ildə Azərbaycanın kredit reytinqini artırmışlar.

Son illər qəbul edilmiş qanun və sərəncamların, dövlət proqramlarının uğurlu icrası ölkədə biznes mühitinin yaxşılaşdırılması sahəsində əhəmiyyətli dərəcədə müsbət dəyişikliklərə səbəb olmuşdur. İnanırıq ki, müəyyən bürokratik əngəllərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan yeni addımlar, Azərbaycanın beynəlxalq qurumlarda mövqeyini daha da yaxşılaşdıracaqdır.

Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması və özəl sektorun inkişafı üçün mütəmadi aparılır. Qeyd etmək lazımdır ki, özəl sektora dövlət qayğısı yüksək səviyyədədir. Hər il sahibkarlara həm siyasi, həm də iqtisadi dəstək verilir və Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə yüz milyonlarla ölçülən kreditlər paylanır. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində demişdir ki, biznes mühitinin yaxşılaşdırılması daimi prosesdir. Biz yeni yanaşmaları tətbiq etməklə bu sahədə daha da böyük nəticələrə çata bilərik.

Doğrudan da, görülmüş məqsədyönlü işlərin, adamlarına yaradılmış əlverişli investisiya mühitinin nəticəsidir ki, bu gün Azərbaycanda dünyanın ən müxtəlif yerlərindən olan adamları və şirkətlər fəaliyyət göstərir. Sirr deyil ki, ölkəmizə sərmayə qoymaq istəyən şirkətlərin sayı gündən–günə artır.

Ölkəmizdə uğurla fəaliyyət göstərən xarici şirkətlərdən biri də “Tekakonsernidir. 1924– ildə İspaniyada təsis olunmuş bu qurum mətbəx çanaqlarının istehsalına və satışına görə Avropada ikinci yeri tutur. Teka” mətbəxin təchiz olunması üçün daha dolğun çeşidlərini təklif edən azsaylı şirkətlərdən biridir. Şirkətin istehsal etdiyi məhsullar qeyriadi formaya malik müasir tələblərə cavab verən, eyni zamanda əsl alman keyfiyyəti ilə fərqlənir.

Tekakonserninin Avropada 14, Amerikada 2 və Asiyada 3 müəssisəsi fəaliyyət göstərir. Bu da geniş ticarət–paylaşdırma şəbəkəsinin yaradılmasına və istehsal olunan məhsulların bütün dünyaya yayılmasına şərait yaradır. Dünyanın 33 ölkəsində fəaliyyət göstərən şirkətlərinin köməyi ilə “Tekaqrupu mətbəx avadanlıqları, mətbəx çanaqları və su kranlarını beş qitədə 125 ölkəyə ixrac edir.

Tekabrendi Azərbaycanda 2005–ci ildən fəaliyyətə başlayıb. Hazırda bu konsern satış həcminə görə, ölkəmizdə aparıcı yerlərdən birini tutur. “Tekabrendinin ölkəmizdə rəsmi distribütoruAzTex” MMC şirkətidir.

Konsern ümumilikdə təxminən 6 min işçisi, 1,4 milyard dollarlıq illik dövriyyəsi və 90 ilə yaxın təcrübəsinə malik bir sənaye qrupudur. Konsernin fabriklərində istehsal olunan məhsullar təkcə mətbəx avadanlıqları ilə məhdudlaşmır. Burada müştərilərə həmçinin paslanmayan poladdan konteynerlər və elektrik avadanlıqları da təklif olunur.

Yüksək keyfiyyətli məhsulların istehsalı ilə məşğul olan “Teka”nın təklif etdiyi mallara Azərbaycanda da kifayət qədər tələbat var. Ölkəmizdə “AzTex” MMC Bakının müxtəlif yerlərində “Teka” adı altında 2 satış mağazası və 15 nümayəndəlik, Sumqayıt şəhərində isə bir nümayəndəlik açmışdır. Bu mağazaların genişliyi, məhsulların təqdim olunması alıcıların rahatlığı üçün böyük imkanlar yaradır.

Qeyd edək ki, konsern müxtəlif istiqamətdə təcrübəsinə malikdir. Burada mətbəx və vanna otaqlarında yüksək keyfiyyətli avadanlıqlar, paslanmayan poladdan su qabları, elektrik və rabitə avadanlıqları, soyuducu, məişət cihazları, qaz plitələri, aspiratorlarsair istehsal olunur. “Teka”nın mətbəx avadanlıqları qrupu dünyadakı bu tipli avadanlıqların istehsalı seqmentində liderlər sırasındadır.

Bir məqamı da xüsussi vurğulamaq istərdim ki, “Tekabrendi altında təqdim olunan məhsullar həm keyfiyyəti, həm də xüsusi hazırlanmış dizaynı ilə alıcıların zövqünü oxşayır.

“Teka”nın istehsal etdiyi ən son məhsullar qısa müddətdə Azərbaycana gətirilir və müştərilərə təqdim edilir. Ona görə də siz mətbəx üçün avadanlıqlarla maraqlansanız, “Teka” mağazalarına müraciət edin. Dizayn və ölçüləri ilə bir–birindən fərqlənən bu məhsullar hər birinizin zövqünü oxşayacaq.

 

 

Kazım Kazımov,

“Az–Tex” MMC–nin

icraçı direktoru.

 

Respublika.- 2013.- 22 yanvar.- S. 9.