MÜASİR TƏLƏBLƏR SƏVİYYƏSİNDƏ

 

Nazirlər Kabinetinin 2012–ci ildə Azərbaycan Respublikası sosialiqtisadi və inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında cəmiyyətimizin dinamik inkişaf templəri aydın, real rəqəmlərlə bir daha açıqlanmışdır. Prezident İlham Əliyev iclasdakı nitqində bir daha bəyan etmişdir ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji kursun uğurla davam etdirilməsi nəticəsində regionun lider dövlətinə çevrilən Azərbaycan sürətlə inkişaf edir, onun beynəlxalq aləmdə nüfuzu artır. Ölkə rəhbəri eyni zamanda qarşıda duran vəzifələrdən danışmış, mühüm tapşırıqlar vermişdir. O, 2013– ili Azərbaycanda “İnformasiyakommunikasiya texnologiyaları ilielan etmişdir.

Hər yerdə olduğu kimi, Cəlilabad rayonunun telekommunikasiya qovşağının kollektivi də dövlət başçısının bu qərarını dərin razılıq hissi ilə qarşılamışdır. Onlar cənab İlham Əliyevin nitqindəki müddəaları diqqətlə öyrənir, həyata keçirmək üçün səy və məsuliyyətlərini artıracaqlarını bildirirlər.

Rayon telekommunikasiya qovşağının rəisi Zaur Məmmədov bu sahədə çoxdandır ki, çalışır, Qarabağ müharibəsinin veteranı peşəsini ürəkdən sevən mütəxəssisdir. O, rəhbərlik etdiyi kollektivin işindən həvəslə söhbət açaraq dedi:

 

—Azərbaycanın son 20 il ərzində həm iqtisadi, həm də sosial inkişafının əsas səbəblərini ölkəmizdə həyata keçirilən davamlı islahatlarda axtarmaq lazımdır. Məhz dərindən düşünülmüş çoxsahəli strateji planların uğurla yerinə yetirilməsi əhalinin sosial vəziyyətinin əvvəlki illərə nisbətən xeyli yaxşılaşmasına gətirib çıxarmışdır. Milli inkişaf strategiyamızın xalqın rifahının yüksəldilməsinə yönəldilməsinin bariz təcəssümünü rabitə, informasiyatelekommunikasiya sisteminin yenidən qurulması sahəsindəki tədbirlərdə də görürük. Son illər bu sahəyə qayğı və diqqət ardıcıl olaraq gücləndirilir. Biz hər gün həyata keçirilən yeniliklərin şahidi oluruq.

Cəlilabad respublikamızın inkişaf etmiş rayonlarındandır. Ərazisinə, inzibati vahidlərinin sayına, təsərrüfatların miqyasına görə burada rabitənin telekommunikasiya xidmətlərinin gücləndirilməsi gündəlik diqqət tələb edən vacib sahədir. Razılıqla qeyd etmək olar ki, rayon telekommunikasiya qovşağının kollektivi həmin məsələnin mühümlüyünü yaxşı başa düşür öhdəsindən uğurla gəlir. Ötən ilin yekunlarına, görülmüş işlərə nəzər salanda bunu aydın görmək olar.

2012–ci ildə EATS–ın xidmət ərazisində abunəçilərin çoxsaylı müraciətləri nəzərə alınaraq 856 yerlik DSLAM avadanlığı quraşdırılaraq istifadəyə verilmişdir. Rayonun Sabirabad kəndinə yeni kabel xətlərinin çəkilişi müvafiq avadanlıqların quraşdırılması nəticəsində kəndin abunəçiləri rayon mərkəzi elektron avtomat–telefon stansiyasına qoşulmuşlar. 48 yerlik DSLAM avadanlığı da sakinlərin istifadəsinə verilmiş, kənddəki abunəçilərin internetə qoşulmasına şərait yaradılmışdır. Qarazəncir kəndində 32 yerlik DSLAM avadanlığı quraşdırılmış, kəndə çəkilmiş yeni xətlər vasitəsilə abunəçilərin mərkəzi ATS–ə qoşulması təmin edilmişdir. Ən iri yaşayış məntəqələrindən olan Göytəpə şəhərində, Alar, Günəşli, Astanlı, Maşlıq, Privolnoye kəndlərində köhnə avadanlıqlar yeniləri ilə əvəz olunmuş, ən müasir rabitə vasitələri sakinlərin istifadəsinə verilmişdir.

Kənd EATS–lərinin sürətli internet xidmətinə qoşulması tədbirləri hazırda yüksək səviyyədə davam etdirilir. Belə ki, telekommunikasiya qovşağının xidmət göstərdiyi ərazidə optik kabellərin çəkilməsi davam etdirilir. Əksər kəndlərin abunəçiləri artıq ən müasir xidmətlərdən faydalanırlar.

Bütün bunlardan əlavə, 250 abunəçinin giriş xətləri yenisi ilə əvəz olunmuş, Qarakazımlı, Gülməmmədli, Təklə, Şabanlı, Şiləvəngə xətlərində sonlama qutuları qoyulmuş, keyfiyyətli rabitə təmin olunmuşdur. Yola saldığımız il ərzində 27 abunəçinin telefonları bərpa edilmiş, 33 vətəndaşa yeni telefon xətti çəkilmişdir. Ümumilikdə, ötən il 150–yə yaxın abunəçi sürətli internet xəttinə qoşulmuşdur. Yaxın gələcəkdə Cəlilabad şəhərininKirovkaadlanan yaşayış massivində 768 yerlik yeni elektron avtomat–telefon stansiyasının quraşdırılması əhalinin istifadəsinə verilməsindən ötrü hazırlıq işləri aparılır.

Qovşağın işinin müasir tələblərə uyğunlaşdırılması üçün ardıcıl tədbirlər görülür, maddi–texniki təminatın yüksəldilməsinə xüsusi fikir verilir. 12 min nömrə tutumu olan müəssisənin 10 min nəfər abunəçiyə xidmət göstərməsi az zəhmət tələb etmir. Bu zəhmətin müqabilində işçilər üçün normal şərait yaradılması, onların arzu istəklərinin vaxtında yerinə yetirilməsi, müraciətlərinə diqqət qayğı ilə yanaşılması mühüm əhəmiyyət kəsb edir. Qovşaq müasir cihazlarla təchiz olunmuş, onun yerləşdiyi bina, otaqları yüksək keyfiyyətlə təmir olunmuşdur. Hər tərəfdə təmizlik, səliqəlilik hökm sürür, texniki heyət ona yaradılmış şəraitdən razılıq edir. Kollektiv üzvlərinin hər birinin müraciətlərinə vaxtında baxılır, operativ tədbirlər görülür. Ötən il rəhbərliyin ünvanına daxil olmuş 109 müraciətin, demək olar ki, hamısı haqqında müvafiq tədbir görülmüş, qənaətləndirici cavablar verilmişdir.

Z.Məmmədov onu da qeyd etdi ki, Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir, deməli, hər şeydən əvvəl müasir texnologiyaların tətbiqinə inkişafında daha öncül olmalıyıq. Bu, zamanın tələbidir.

 

 

Sabir Mustafayev

 

Respublika.- 2013.- 26 yanvar.- S. 5.