Aqrolizinq” ASC 2012–ci ili uğurla başa vurmuşdur

 

2000–ci illərin əvvəllərində kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadəsində olan istismar müddəti keçmiş texnikalar ilə aparılan aqrotexniki işlərin keyfiyyəti lazımi səviyyədə olmadığından xeyli məhsul itkisinə yol verilirdi. Bununla əlaqədar müasir tələblərə cavab verən kənd təsərrüfatı texnikalarının gətirilməsi, aqroservis xidmətləri müəssisələrinin geniş şəbəkəsinin yaradılması və lizinq xidmətlərinin təşkili zərurəti meydana çıxmışdır.

 

Respublikada qeyrineft sektorunun inkişafını təmin etmək, aqrar sahədə nəzərdə tutulan aqrotexniki xidmət işlərinin yerinə yetirilməsinin keyfiyyətini yüksəltmək, sahibkarların əməyini yüngülləşdirmək və onların tələb olunan kənd təsərrüfatı texnikaları ilə təmin edilməsini sürətləndirmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 oktyabr 2004– il tarixli 468 nömrəli sərəncamı ilə Aqrolizinq Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır.

Dövlət başçısının müvafiq sərəncamları ilə Səhmdar Cəmiyyətin fəaliyyət dairəsi sonralar ildən–ilə genişləndirilmişdir. Belə ki, kənd təsərrüfatı texnikalarının kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinqə verilməsi ilə bərabər mineral gübrələrin, pestisidlərin, texnoloji avadanlıqların, tinglərin, buğda toxumlarının, cins damazlıq heyvanların gətirilib müəyyən olunmuş güzəştli qaydalara uyğun məhsul istehsalçılarına çatdırılması və kənd təsərrüfatında aqrotexniki xidmətlərin aparılması kimi əlavə funksiyalar da ona həvalə edilmişdir.

Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti ötən il kənd təsərrüfatı məhsulları istehsalçılarının müasir kənd təsərrüfatı texnikaları, texnoloji avadanlıqları, mineral gübrələr, pestisidlər və cins damazlıq heyvanlarla təmin olunması istiqamətində müvafiq işlər görmüş və istehsalçılara müxtəlif aqrotexniki xidmətlər göstərmişdir. Belə ki, 2012–ci ildə dövlət büdcəsindən və digər mənbələrdən ayrılmış vəsait hesabına 21,04 milyon manat dəyərində 1785 ədəd, o cümlədən 643 ədəd traktor, 24 ədəd ekskavator və 1112 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları gətirilərək, hüquqifiziki şəxslərə lizinqə verilmişya lizinq qaydasında satılmışdır. Cəmiyyət özəl aqroservislərin yaradılmasını da dəstəkləyərək, hesabat ilində rayon aqroservis filiallarının və onların tərkibində olan mexanikləşdirilmiş dəstələrin istifadəsində olan 4,75 milyon manat dəyərində 276 ədəd müxtəlif kənd təsərrüfatı texnikaları özəl aqroservis xidməti yaratmaq məqsədi ilə fizikihüquqi şəxslərə lizinqə verilmişya lizinq qaydasında satılmışdır.

Bu işlərin həyata keçirilməsi üçün hər il dövlət büdcəsindən və digər mənbələrdən Aqrolizinq ASC–yə ayrılmış maliyyə vəsaiti hesabına alınan kənd təsərrüfatı texnikaları, mineral gübrələr, texnoloji avadanlıqlar kənd təsərrüfatı məhsulları istehsalçılarının təminatını ciddi surətdə yaxşılaşdırmışdır. Halbuki, vaxtilə “Aqrolizinq” ASC–nin müasir madditexniki bazası olmadığından gübrələr müasir standartlara uyğun saxlanıla bilmir, keyfiyyətini vaxtından əvvəl itirirdi. İndi Cəmiyyətin 100–120 min ton gübrə saxlamaq üçün madditexniki bazası və onun sahibkarlara çatdırılması üçün imkanı var. Dövlətin dəstəyinə söykənən “Aqrolizinq” ASC ölkə daxilində gübrənin tənzimlənməsi, satışı və sahibkarlara vaxtında çatdırılması sahəsində ciddi nailiyyətlərə nail olmuşdur. Aqrotexniki xidmətlər üzrə fəaliyyət dairəsi genişləndirilmiş və xidmətlərin keyfiyyəti xeyli yüksəlmişdir.

Dövlətin aqrar siyasətinin həyata keçirilməsinə xidmət edən “Aqrolizinq” ASC yarandığı vaxtdan 446,04 milyon manat dəyərində müxtəlif kənd təsərrüfatı texnikalarının, texnoloji avadanlıqların, mineral gübrələrin və pestisidlərin, digər malmaterial qiymətlərinin istehsalçılara çatdırılması üçün alınmasını təmin etmişdir.

Ümumiyyətlə, fəaliyyətə başladığı 2005–ci ildən ötən dövr ərzində “Aqrolizinq” ASC tərəfindən 14450 ədəd kənd təsərrüfatı texnikaları, o cümlədən 1035 ədəd taxılyığan kombayn, 4262 ədəd traktor, 184 ədəd ekskavator, 8969 ədəd müxtəlif kənd təsərrüfatı texnikası və qoşqusu, 130 dəst texnoloji avadanlıq, 315,86 min ton ammonium nitrat (azot), 54,21 min ton superfosfat, 301,7 ton pestisidlər gətirilmişdir. Onların böyük əksəriyyətinin kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadəsinə verilməsi təmin edilmişdir. İndiyə kimi alınmış texnikalardan 9486 ədədi, o cümlədən 204 ədəd taxılyığan kombayn, 3290 ədəd traktor, 110 ədəd ekskavator və 5882 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları lizinq qaydasında mülkiyyət formasından asılı olmayaraq 5280 nəfər hüquqifiziki şəxslərə lizinqə verilmişdir.

Əvvəlki illərdə olduğu kimi, bu ilAqrolizinq ASC–yə məxsus kənd təsərrüfatı texnikaları ilə istehsalçılara aqrotexniki xidmətlərin göstərilməsi uğurla davam etdirilmişdir. Belə ki, 992 ədəd taxılyığan kombaynla 200,0 min hektar sahədə taxıl biçini, 3,0 min ədəddən artıq şum traktorları ilə 880,0 min hektar sahədə şum işləri və digər aqrotexniki xidmətlərin həyata keçirilməsi təmin edilmişdir.

“2008–2015–ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğunAqrolizinq” ASC istixanaların, soyuducu anbarların və emal xətləri üçün müasir texnoloji avadanlıqların alınmasının vacibliyini nəzərə alaraq, 2012–ci ildə nəzərdə tutulmuş 14,0 milyon manat büdcə və 17,77 milyon manat təkrar istifadə vəsaiti hesabına 24 dəst texnoloji avadanlıq, o cümlədən 10,8 hektar sahəni əhatə edən istixanalar, ümumi tutumu 8400 ton olan soyuducu anbarlar, 450 hektar sahə üçün 4 dəst damcılı suvarma sistemi, 12 dəst müxtəlif təyinatlı texnoloji avadanlıq alınaraq əksəriyyəti lizinqə verilmişdir. Yeri gəlmişkən qeyd edək ki, müasir istixanasoyuducu kameraların istifadəyə verilməsi respublikamızda ərzaq bolluğu yaradılmasına xidmət edirbazar qiymətlərinin tənzimlənməsinə müsbət təsir göstərir. Qış mövsümündə ərzaq məhsulları istehsal edən sahibkarlar bazarın tələbatını ödəməklə yanaşı, öz maddi durumlarını da yaxşılaşdırırlar. Çünki 1 hektar istixanadan sahibkar mövsüm ərzində 300–350 ton məhsul əldə edir.

İstehsalçıların mineral gübrələrə olan tələbatının ödənilməsi üçünAqrolizinq” ASC 2012–ci ildə bu məqsədlə nəzərdə tutulmuş büdcə vəsaiti və təkrar istifadə vəsaiti hesabına aldığı 12,91 milyon manat dəyərində 35,0 min ton ammonium nitrat (azot) və sair mineral gübrələrdən 21,5 min tonunun güzəştli satışını təmin etmişdir.

Aqrolizinq” ASC–nin madditexniki bazasının möhkəmləndirilməsi məqsədi ilə 2012–ci il dövlət büdcəsindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012–ci il 06 fevral tarixli 24 s nömrəli sərəncamına əsasən dövlət əsaslı vəsait qoyuluşu hesabına cəmiyyətin rayon aqroservis filiallarının madditexniki bazasının yaxşılaşdırılması üçün ayrılmış 10,0 milyon manat vəsait hesabına Ağsu, Zərdab, Beyləqan, Qobustan, Quba, Tovuz, Siyəzən, Balakən, Şabran və Lənkəran rayon aqroservis filiallarının tikintisi başa çatdırılmışdır. Hazırda həmin obyektlərin təhvil–təslim işlərinin sənədləşdirilməsi həyata keçirilir.

Respublikada ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən tədbirlər çərçivəsində heyvan mənşəli məhsulların istehsalının artırılmasının və damazlıq heyvandarlığın inkişafının vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarının damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi haqqında” 2012–ci il 24 fevral tarixli 2067 nömrəli sərəncamı ilə Prezidentin Ehtiyat FondundanAqrolizinq” ASC–yə ayrılmış 9,4 milyon manat büdcə və cəmiyyətin 1,14 milyon manat təkrar istifadə vəsaitləri hesabına 3020 baş Holştinfriz cinsli damazlıq heyvanlar alınmışdır. Onlardan 2420 başı respublikaya gətirilərək, dəyərinə 50 faiz güzəştlə 3 il müddətinə kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinqə verilmişdir. Qalan 600 baş damazlıq heyvanların yaxın vaxtlarda respublikaya gətirilməsi təmin olunacaqdır.

Aqrolizinq” ASC tərəfindən 2009–cu ildən başlayaraq hesabat ilidaxil olmaqla, ölkəmizə 6290 baş damazlıq düyə gətirilmiş və onlardan alınan 4806 bala ilə birlikdə sayları 11 min başı keçmişdir. Holştinfriz cinsindən olan damazlıq düyələr almış təsərrüfatlarda ildə orta hesabla yaxşı yemləmə şəraitində hər inəkdən 6000–6500 kiloqram süd sağılır.

2012–ci ildə həyata keçirilmiş işlərin nəticəsi olaraq Səhmdar Cəmiyyətin fəaliyyətindən 34,12 milyon manat, o cümlədən servis xidmətlərindən 1,68 milyon manat, kənd təsərrüfatı texnikalarının lizinqə verilməsindən 11,90 milyon manat, texnoloji avadanlıqların lizinqə verilməsindən 2,07 milyon manat, mineral gübrənin və pestisidlərin satışından 15,32 milyon manat və digər xidmət növlərindən 3,15 milyon manat vəsait cəmiyyətin büdcəsinə daxil olmuşdur.

Ümumilikdə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2005–2012–ci illər ərzində 518.97 milyon manat məbləğində müxtəlif növ kənd təsərrüfatı texnikaları, texnoloji avadanlıqlar, mineral gübrələr, cins damazlıq heyvanlar alınaraq hüquqifiziki şəxslərə güzəştli şərtlərlə və ya lizinq yolu ilə satılmışdır. 55 rayonda aqroservis filialları yaradılmış, onların 34–ü üçün müasir bazalar, təmir emalatxanaları inşa edilmiş və 6 rayonda regional loqistik gübrə bazası tikilərək istifadəyə verilmişdir.

Ölkə Prezidenti cənab İlham Əliyev Aqrolizinq ASC–yə olan diqqət və qayğısını Nazirlər Kabinetinin 2012–ci ilin sosialiqtisadi inkişafının yekunlarına və 2013– ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da diqqətə çatdırmışdır. Cənab Prezident kənd təsərrüfatının qarşısında duran vəzifələrdən danışarkən demişdir: “Bununla bilavasitə bağlı olan ərzaq təhlükəsizliyi məsələləri də daim diqqət mərkəzindədir. Mən çox şadam ki, biz qarşıya qoyulmuş hədəfə yaxınlaşırıq. Keçən dəfə sahibkarlarla görüşdə qeyd etmişdim ki, indi biz özümüzü əsas ərzaq malları ilə təmin edirik. Amma əlbəttə istərdim ki, biz özümüzü 100 faiz təmin etmək səviyyəsinə çataq”.

Daha sonra dövlət başçısı demişdir: “Aqrolizinq” tərəfindən gətirilən texnika icarəyə verilir. Hətta biz iribuynuzlu mal–qaranı alıb gətirdir, fermerlərə paylayırıq ki, onlar biznes qursunlar. Kəndlilər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Gübrələr, yanacaq güzəştli şərtlərlə verilir. İkinci belə ölkə tapılmaz ki, fermerlərə bu qədər şərait yaradır, güzəşt edirbu qədər vəsait ayırır”.

Cənab Prezidentin Nazirlər Kabinetinin iclasında “Aqrolizinq” haqqında söylədiyi fikirlər bizim üçün bir proqram sənədidir. Öz fəaliyyətində Kənd Təsərrüfatı Nazirliyinə arxalanan və həmişə ondan dəstək görən “Aqrolizinq” ASC, onun yerli təşkilatları və bütün strukturları qarşıda duran vəzifələri uğurla yerinə yetirmək üçün bu il də səylə çalışacaqlar.

 

 

Əli BAYRAMOV,

“Aqrolizinq” ASC İdarə Heyətinin sədri.

 

Respublika.- 2013.- 26 yanvar.- S. 5.