Aqrar sahədəki uğurlar dövlət qayğısının bəhrəsidir

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə yanvarın 15–də Nazirlər Kabinetinin 2012–ci ilin sosialiqtisadi inkişafının yekunlarına və 2013– ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. İclasda ölkə başçısı tərəfindən sosialiqtisadi məsələlər geniş təhlil olunmuş, cari ildə görüləsi qlobal işlərin həlli yolları göstərilmişdir.

Cənab Prezident vurğulamışdır ki, “…Artıq görülən işlər, xüsusilə iri fermer təsərrüfatlarının yaradılması, meliorativ tədbirlərin görülməsi, kreditlərin verilməsi, infrastruktur yolların və s. məsələlərin həlli hesabına biz buna nail olacağıq ki, Azərbaycan özünü əsas ərzaq məhsulları ilə tam şəkildə təmin etsin. Bu, tarixi nailiyyət olacaqdır”.

Aqrar sahəyə göstərilən dövlət dəstəyi ölkəmizin hər yerində olduğu kimi, böyük kənd təsərrüfatı rayonu olan Şəkidə də ilbəil uğurların əldə olunmasına stimul vermişdir.

2012–ci il rayon icra hakimiyyəti başçısının müaviniaqrar məsələlər şöbsinin müdiri Xəlil Xəlilov yola salıdığımız ildə Şəkidə aqrar sektorda əldə olunan nailiyyətlərdən söhbət açaraq qeyd etdi ki, rayonda kənd təsərrüfatı işlərinin uğurla həyata keçirilməsi, istehsalçılarımızın üzləşdiyi hər bir çətinliyin çevik həll edilməsi, kənd təsərrüfatının inkişafına yönəldilmiş dövlət dəstəyinin istehsalçılara vaxtında çatdırılması, yeni emalistehsal sahələrinin yaradılması və son nəticədə 2011–ci ilə nisbətən daha çox kənd təsərrüfatı məhsulları istehsalına nail olunması üçün aqrar məsələlər şöbəsi əhatəsində olan xidmət təşkilatları ilə birlikdə bütün zəruri tədbirlərin həyata keçirilməsinə daim səy göstərmişdir.

2011–ci ilin payızında məhsul üçün 76265 hektar sahədə payızlıq taxıl əkini həyata keçirilmişdir ki, onun da 54560 hektarını buğda, 21705 hektarını isə arpa təşkil etmişdir. Səpinin optimal müddətdə və tələb olunan aqrotexniki qaydalara uyğun həyata keçirilməsinə diqqət və nəzarətin artırılması nəticəsində taxıl sahələrində yaxşı bitiş alınmışdır. Erkən yazdan etibarən taxıl sahələrinə ardıcıl aqrotexniki qulluq işləri aparılmışdir. Vegetasiya dövründə 23000 hektar taxıl sahəsinə yemləmə gübrəsi verilmiş, 8000 hektar sahədə alaq otlarına, xəstəlik və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılmış, 4300 hektar sahə suvarılmışdır.

Təəssüflər olsun ki, 2012–ci ilin iyun ayında rayon ərazisinə düşən güclu yağış və dolu nəticəsində 3537 hektar taxıl sahələrimiz məhv olmuşdur. 2012–ci ilin məhsulu üçün olan əkinlərin qəti uçotunun yekunları haqqındakı statistik məlumata əsasən rayonumuzda 72728 hektar taxıl sahəsi salamat qalmışdır ki, onun da 53344 hektarını buğda, 19384 hektarını isə arpa təşkil etmişdir.

Rayonun taxıl sahələrində yetişmiş məhsulun vaxtında və itkisiz yığılıb anbarlara daşınması üçün öncədən bütün zəruri tədbirlər həyata keçirilmişdir. Belə ki, taxıl biçininə cəlb olunacaq bütün texnikalar, xüsusi ilə də taxılbiçən kombaynlar təmir edilərək saz vəziyyətə gətirilmiş, onların tez sınan hissələrinin ehtiyatı yaradılmış, taxıl daşınacaq yollar hamarlanmış, taxıl töküləcək xırman və anbarlar təmir edilmişdir. Yanğından mühafizə tədbirlərinə diqqət artırılmış, bu məqsədlə istər istehsalçılar, istərsə də ictimaiyyət arasında geniş təbliğat işləri aparılmış, biçin aparılacaq ərazilər ilkin yanğınsöndürən avadanlıqlarla təmin edilmiş, bicində iştirak edən kombaynlara şum traktorları təhkim edilmişdir.

Şəki Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın 14 iyun 2012–ci il tarixli yığıncağında vacib bir kompaniya olan taxıl biçininin rayonda uğurla həyata keçirilməsi məqsədilə geniş müzakirə aparılmış və fermerlərə kömək məqsədi ilə konkret qərarlar qəbul edilmişdir.

Rayonda taxıl biçininə 197 ədəd taxılbiçən kombayn, 168 ədəd şum traktoru, 320 ədəd taxıl daşıyan texnika, 68 ədəd küləş bağlayan aqreqat cəlb edilmişdir. Həyata keçirilən buya digər tədbirlər nəticəsində rayonda taxıl biçini vaxtında və itkisiz başa çatdırılmış, 256 min ton taxıl istehsal edilmişdir ki, onun da 184 min tonunu buğda, 72 min tonunu isə arpa təşkil etmişdir. Bu il rayonda istehsal olunan taxıl məhsulu Şəkinin tarixində rekord göstəricidir. Hər hektardan orta məhsuldarlıq 35,2 sentner təşkil etmişdir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən Şəki respublikamızda taxıl istehsalının həcminə və hər hektardan orta məhsuldarlığa görə bu il birinci yeri tutmuşdur. Rayonda istehsal olunan taxıl təmizliyinə və keyfiyyətinə görə də çoxsaylı alıcıları özünə cəlb etmişdir. Respublikamızın ayrı–ayrı rayonlarının fermerləri və adamları tərəfindən istər birbaşa biçin sahələrimizdən, istərsədə xırmanlarımızdan xeyli həcmdə taxil alınıb aparılmışdır. Şəkidə istehsal olunan buğdanın keyfiyyət üstünlüyünə yaxşı bələd olan Gəncə, Ağdam, Bərdə, Ağcabədi, Yevlax, Ucar, Ağdaş, Oğuz, Qax, Zaqatala, Balakən və başqa rayonların əhalisi, adamları və xüsusi ilə də həmin bölgələrdə məskunlaşmış məcburi köçkünlər illik buğda məhsuluna olan tələbatlarını ödəmək üçün hər il olduğu kimi bu ilbiçin mövsümündən bu günədək sərfəli qiymətlərə buğda istehsalçılarımızdan 70 min tondan çox buğda alıb aparmışlar. Şəki rayonunda hazırda 176,5 min nəfər əhali yaşayır və illik ərzaqlıq buğdaya olan tələbatın ödənilməsi üçün yerli əhali tərəfindən buğda istehsalçılarımızdan 40 min tonadək buğda tədarük olunub. Rayonda istehsal olunan taxılın sığorta fondu ilə birlikdə 20 min tonu növbəti əkində toxum kimi istifadə olunmaq üçün ayrılmış və səpində istifadə edilmişdir. Rayonda mövcud olan mal–qaranın il ərzində qüvvəli yemə olan tələbatının ödənilməsi üçün 65 min ton taxıl tədarük olunub. Hazırdada rayonun taxıl istehsalçıları tərəfindən taxıl satışı davam edir.

Yerlərdə taxıl səpinində iştirak edəcək texnikaların vaxtında saz vəziyyətə gətirilməsinə, torpaqların səpinə yüksək səviyyədə hazırlanmasına, sahələrə ancaq cavan nəslə mənsub toxum materiallarının səpilməsinə, səpində mineral gübrələrdən istifadə olunmasına, səpinin optimal müddətdə başa çatdırılmasına və digər aqrotexniki qaydalara keyfiyyətlə əməl olunmasına ciddi diqqət yetirilmişdir.

Rayonda yazlıq bitki əkinləri də icra hakimiyyəti tərəfindən daim diqqət mərkəzində saxlanılmışdır. Cari ildə 7434 hektar sahədə yazlıq bitkilərin əkini həyata keçirilmişdir ki, onun da 1259 hektarını dən üçün qarğıdalı, 380 hektarını vələmir, 408 hektarını paxlalılar, 628 hektarını tütün, 506 hektarını günəbaxan, 816 hektarını kartof, 980 hektarını tərəvəz, 413 hektarını bostan, 1975 hektarını yem bitkiləri və sair əkinlər təşkil etmişdir.

2012–ci ildə rayonda yazlıq bitki məhsullarından 8680 ton dən üçün qarğıdalı, 490 ton dən üçün günəbaxan, 1858 ton tütün, 11594 ton kartof, 23421 ton tərəvəz, 6860 ton bostan, 19904 ton meyvə, 3902 ton üzümsair məhsullar istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə xeyli çoxdur.

Rayonda mövcud olan mal

qaranın yemə olan tələbatının ödənilməsi məqsədi ilə 130933 ton qaba yem toplanılmışdır ki, onun da 69832 tonunu quru ot, 61101 tonunu isə küləş təşkil etmişdir.

2012–ci ildə rayonda kənd təsərrüfatı işlərinin uğurla həyata keçirilməsində aqrar məsələlər şöbəsi əhatə etdiyi xidmət təşkilatlarının da fəaliyyətinin düzgün və səmərəli istiqamətləndirilməsinə diqqəti artırmış və xidmət təşkilatlarının istehsalçılara daha yaxşı xidmət göstərmələrini təşkil edə bilmişdir.

Şəki Regional Loqistik bazasından Şəki rayonu ərazisində fəaliyyət göstərən fermerlərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, 50 faiz güzəştlə 3142,7 ton azot (ammonium nitrat), 468 ton nitroamofoska, 222,4 ton ammafos gübrələri satılmışdır.

Şəki Aqroservis filialı tərəfindən fermerlərə 79 ədəd taxılyığan kombayn, 37 ədəd traktor, 13 ədəd taxılsəpən selka, 35 ədəd traktor kotanı, 7ədəd gübrə çiləyən və sair texnikalar vasitəsi ilə müxtəlif servis xidmətləri göstərilmişdir. Belə ki, 12135 hektar sahədə taxıl biçini, 23500 ədəd ot və küləş preslənməsi, 51 hektar sahədə ot biçini, 1456 hektar sahədə səpin, 1000 hektar sahədə mala ilə hamarlama, 1995 hektar sahədə isə şum işləri aparılmışdır.

Rayonda mövcud olan əkin və həyətyanı sahələrin tələb olunan səviyyədə suvarma suyu ilə təmin edilməsində və xüsusi ilə də yaşayış məntəqələrinin, əkin sahələrinin sel sularından mühafizəsinin təşkilində Şəki Suvarma Sistemləri, Əyriçay Su Anbarı, Subartezian Quyularının İstismarı, “Acınohur” Qış Otlaqlarının Su Təminatı və Melioservis idarələri fədakarlıqla çalışmışlar. Həmin idarələr tərəfindən rayonda mövcud olan suvarma şəbəkələri, kanalarxlar vaxtında təmir olunaraq saz vəziyyətə gətirilmiş, sututarlarda yetərincə su ehtiyatı yığılmışdır. 2012–ci il ərzində su mənbələrindən 123974 min kubmetr su götürülərək, su ayrıclarında su istifadəçilərinə 96700 min kubmetr su verilməklə əkin sahələrinin tələb olunan səviyyədə suvarılması təmin edilmişdir.

Əkin sahələrinin və yaşayış məntəqələrinin sel sularından mühafizə edilməsi məqsədi ilə çay hövzələrində 1114 min kubmetr həcmində tənzimləmə işləri aparılmış, mövcud daşbeton bəndlərdə 1215 kub metr həcmində təmir–bərpa işləri görülmüş, 840 kubmetr şaxdaş bəndi, 200 kubmetr qabion bəndi qurulmuşdur. Kiş çayında 100 poqonmetr, Şin çayında 810 poqonmetr, Küngüt çayında 410 poqonmetr, Daşağıl çayında 240 poqonmetr olmaqla, ümumilikdə 1560 poqonmetr mühafizə bəndi tikilərək istismara verilmişdir.

Rayonun ekoloji mühitinin mühafizəsinə və inkişafına da şöbə tərəfindən daim nəzarət olunur. Ekoloji amillər olan atmosfer havasının, yerin təkinin, suyun, fauna və floranın inkişafı üçün aidiyyəti idarə və müəssisələr tərəfindən bütün zəruri tədbirlər həyata kecirilir.

Rayonun aqrar sektorunda aparıcı yerlərdən birini də heyvandarlıq tutur. Hazırda heyvandarlığın inkişafı günü–gündən genişlənir. 2012–ci ildə iribuynuzlu mal–qaranın baş sayı 873 baş artaraq 88430 başa, o cümlədən ana malın baş sayı 444 baş artaraq 44374 başa, xırdabuynuzlu heyvanların baş sayı 16157 baş artaraq 385186 başa, quşların baş sayı 5600 baş artaraq 281400 başa, arı ailəsinin sayı 90 arı ailəsi artaraq 4960 arı ailəsinə çatdırılmışdır.

Rayonda quşçuluğun inkişafına da diqqət xeyli artmışdır. Mövcud quşlar əsasən ailə təsərrüfatlarında yetişdirilir. Rayonda 4 inkubator cücəçıxarma sexi fəaliyyət göstərir. Bu inkubatorlar vasitəsilə il ərzində 300 min başa yaxın cücə çıxarılıb ailə təsərrüfatlarına satılır.

Ərzaq təhlükəsizliyinin təmin olunmasında baytarlıq orqanlarının üzərinə mühüm vəzifə düşür. Rayonda 20 baytarlıq sahəsi, 2 baytarlıq nəzarət məntəqəsi, 5 baytarlıq apteki, 1 baytar sanitar ekspertiza laboratoriyası və 1 diaqnostik kabinet fəaliyyət göstərir.

Heyvandarlıqda istehsal olunmuş məhsulların emalı və satışının təşkili mühüm məsələlərdəndir. Rayonda heyvandarlıq məhsullarının emalı müəssisələrinin olmaması məhsul istehsalının artım səviyyəsinin ləngiməsinə, məhsulların müəyyən hissəsinin itkisinə səbəb olur. Ona görə də respublikada əhalinin kərə yağına, pendirə, kəsmiyə və xamaya olan ehtiyacının böyük hissəsinin idxal hesabına ödənilməsinə gətirib çıxarır.

Şəkidə quşçuluq, arıçılıq, balıqçılıq kimi sahələrin də inkişaf etdirilməsi üçün çox böyük ehtiyat mənbələri vardır. Şəki əhalisinin quş əti və yumurtaya olan tələbatını ödəmək üçün sənaye quşçuluğunun inkişaf etdirilməsinə böyük ehtiyac vardır. Odur ki, rayonda hind quşu təsərrüfatının və hind quşu əti istehsalı üzrə müasir tələblərə cavab verən müəssisənin yaradılması istiqamətində müvafiq aparılır.

Aqrar məsələlər şöbəsinin əməkdaşları rayonda aqrar sahənin müasir tələblər səviyyəsində inkişafını təmin etməklə yanaşı, cənab Prezident İlham Əliyevin həyata kecirdiyi daxilixarici siyasət kursunu dəstəkləyir, geniş əhali kütləsi arasında izahat və təbliğat işlərini genişləndirir, dövlətçilik ənənələrinə sadiq olaraq demokratik, dünyəvi və müstəqil Azərbaycan dövlətinin əldə etdiyi misli görünməyən nailiyyətlərinin ictimaiyyətə çatdırılmasında fəallıq nümayiş etdirir, rayonda həyata kecirilən ictimai siyasi və mədəni kütləvi tədbirlərdə fəal iştirak edirlər. Xüsusilə də son zamanlar rayonumuzda Elxan Usubovun rəhbərliyi altında həyata kecirilən quruculuq, abadlaşdırma işlərində aqrar şöbənin əhatə etdiyi idarə və təşkilatların aktiv iştirakı danılmaz faktdır. Bunu Şəki ictimaiyyəti də səmimiyyətlə etiraf edir.

Aqrar şöbə öz daxili fəaliyyətini də mövcud təlimatlara istinadən qurur, ölkə başçısının, Azərbaycan hökumətinin fərman və sərəncamlarını əldə rəhbər tutur. Vətəndaşların müraciətlərinə həssaslıqla yanaşır, qaldırılan məsələlərin çevik həllini təmin edir, rayonun sosialiqtisadi və mədəni inkişafında öz daxili imkanlarını səfərbər edir.

Qədim əkinçilik ənənələrinə malik olan Şəkinin aqrar sahəsində çalışan insanlar bundan sonra da öz fəaliyyətində ölkə başçısının tələblərini əldə rəhbər tutaraq milli, sivildemokratik dövlətçilik ənənələrinə uyğun fəaliyyət göstərəcək və ölkədə ərzaq bolluğu yaradılması məqsədilə daha məhsuldar fəaliyyət göstərəcəkdir.

 

 

Söhbəti qədəmə aldı: İlham PƏNAHOV

 

Respublika.- 2013.- 29 yanvar.- S. 4.