ZƏNGİLANLA BAĞLI ERMƏNİ YALANI

 

Bu məqaləni yazmağımın səbəbi hər zaman varlığımla bağlı olduğum Azərbaycanın, onun əbədi və əzəli ayrılmaz parçası olan qədim Oğuz yurdu Zəngəzurun cənnət guşələrindən biri olan, görmək həsrəti ilə yaşadığım Zəngilan rayonu barədə ermənilərin 06.12.2008–ci il internet saytında yazdıqları həqiqətdən uzaq yalanlar və uydurmalardır. Hər zaman özgə torpaqlarına göz dikən, xüsusən türk və Azərbaycan torpaqlarını işğal etmək istəyən ermənilərin əslində tarix boyu müstəqil dövlətləri olmamışdır. Onlar fürsət düşdükcə göz dikdikləri torpaqları işğal etmək və ya mənimsəməklə türk mənşəli olan coğrafi adları, toponimləri, etnonimləri, hidronimləri dəyişərək özününküləşdirmək istiqamətində çalışaraq rus, fars, digər havadarlarının tərəfkeşliyi ilə yalanuydurmalar yaymaqla bir çox ölkələrin insanlarını “inandıra” bilmişlər.

 

İndiki Ermənistan ərazisində azərbaycanlıların köklü xalq olduğuna əmin olmaq üçün deyilən ərazinin siyasi tarixini nəzərdən keçirmək kifayətdir. Bununla əlaqədar olaraq uzun illər Azərbaycan Respublikası AMEA–nın Coğrafiya İnstitutunun direktoru olmuş mərhum akademik B.Ə.Budaqovun və Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunda ArxeologiyaEtnoqrafiya şöbəsinin aparıcı elmi işçisi mərhum professor Q.Ə.Qeybullayevin “Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti” kitabında “Ermənistan” və “Ərməniyə” anlayışları araşdırılaraq belə nəticəyə gəlinir ki, Azərbaycan dilində “Ermənistan” sözü 1921–ci ildə Sovet Rusiyasının İrəvan quberniyası ərazisində təşkil etdiyi dövlətin (və ölkənin) adıdır. Ondan əvvəl “Ermənistan” adı məlum deyil. 1588 və 1728–ci illərə aid türkcə arxiv sənədlərində İrəvan şəhərinin adı ilə bu ölkə müvafiq olaraq “Rəvan əyaləti” və “İrəvan əyaləti” adlanır. Əyalətin əsasında yaranmış xanlıq və Rusiyanın bu xanlıq əsasında təşkil etdiyi quberniya da İrəvan xanlığı və İrəvan quberniyası adlanırdı. “Ermənistan” adının kökünü Azərbaycan dilində “erməni” etnonimi təşkil edir. Lakin tarixən “erməni” etnonimi ermənilərin özünüadlandırması olanhayetnonimi ilə üst–üstə düşmür. “Erməni” etnonimihaylar üçün heç vaxt etnik özünüadlandırma olmamışdır. “Erməni” etnoniminin mənşəyini nəzərdən keçirdikdə məlum olur ki, eramızdan əvvəl VII əsrə aid Urartu dilindəki mənbədə Kiçik Asiyanın şərqində, Fərat çayının yuxarı axınının hövzələrini əhatə edən ərazi Arme (Urme kimioxunur) adlanır. Arme toponiminin mənası və bu əyalətin sakinlərinin dil mənsubiyyəti məlum deyil. “İstoriə Midii”, “Əzıki drevney Peredney Azii” kitablarının müəllifi İ.M.Diyakonova görə e.ə. XII–VI əsrlər arasında Balkanlardan gəlmiş friqlər Kiçik Asiyada Xet dövlətini yıxaraq onun yerində mənbələrdə “Friqiyaadlanan dövlət yaratmışlar. Bu dövlətə türk mənşəli kimerlər son qoymuşlar. Friqlərin bir qolu sayılan ermənilərin bu dövlətin yaradılmasında rolu məlum deyil; hər halda erməni tarixçiləri Friqiya dövlətini özlərinə çıxmırlar. Friqlərin bir qolu olan ermənilərdən əvvəl əyalətdə əhali hurriluviya dillərində danışırdı. Erməni tarixçisi Q.Kapanyansın Balkanlardan gəlmə friqlərin bir qolunun guyaarim” adlanması və “erməni” sözünün həmin “Arim” sözündən yaranması fikrini İ.M.Diyakonov rədd edir. Tədqiqatçılar hesab edirlər ki, Balkanlardan gəlmə friq tayfalarının bir qolu olan indiki ermənilər Arme (indiki Ərzincan–Karin əyalətləri arasındakı ərazi) və Hayasa (indiki Ərzincan–Bayburt və Ərzurum bölgələri) əyalətlərinə gəlib məskunlaşmışlar. Friqlərin bu qolu konkret mənada ermənilərin (etnik adı “hay” olanların) bir hissəsi idi. Sami (semit) dillərində danışan və Mesopotamiyanın (Dəclə və Fərat çayları arası ərazinin) şimalında yaşayan arameylər Arme əyalətində yaşayanlara əyalətin adı ilə “Arminahurri dilli urartular isə “Armini”(“Arme” adından və Urartu dilində “ini” şəkilçisi ilə) deyirdilər. Hər iki halda bu sözArme” (əyalətin) sakini Armeda yaşayan mənasındadır. Deməli, Arminaya Armini adı həm bu əyalətin köklü sakinlərinə, həm də e.ə. XII–VII əsrlər arasında Balkan yarımadasından gəlmə friqlərin bir qoluna (etnik adı “hay” olanların ulu əcdadlarına) verilmiş ümumi ad olduğuna görə, əlbət ki, etnik mənsubiyyət bildirmir. İ.M.Diyakonov xüsusi olaraq qeyd edir ki, indi bütün dünya xalqlarında işlənən “erməni” adı mənşəcə yalnız özünühay” adlandıranlara şamil oluna bilən etnik ad deyil. Ona görə ki, qədimdə “Armina” və “Armini” adları həm “Arme” əyalətinin, həm də əyalətdə yaşayanların adlarını ifadə edirdi. Deyilənlərdən aydın olur ki, ermənilərin “erməni” və “hay” adlarının hər ikisi Urartu mənbələrində adları çəkilən “Armi” (Armini), (Armeni) və Hayasa əyalətlərinin adlarından ibarətdir. İ.M.Diyakonova görə, məhz arameylərdən “Armina” adı qədim farslara keçmiş və e.ə. 520–ci ildə Bisütun qaya yazısında dövlətin adı kimiArmini” formasında çəkilmişdir. Tarixi mənbələrdə göstərilir ki, eramızdan əvvəl VII əsrdə şimaldan cənubi Qafqaza gəlmiş türk mənşəli saklar Sisakan (indiki Zəngəzur) bölgəsində məskunlaşmışlar. Gürcü tarixçisi Q.A.Melikaşvili yazmışdır ki, İrəvan və Sevan bölgələrində skif tipli əşyaların tapılması burada kimmerlərin və sakların yaşadıqlarını göstərir. Sak çarlığı parçalandıqdan sonra orada yerli sülaləyə mənsub hökmdarların dövlət qurumu yaranmışdır. VII əsr alban tarixçisi Musa Kalankatlı “Alban tarixi” əsərində Sisakan adı (qədim ermənicə yazılışda Sisak formasında) çəkilmişdir. Qədim erməni mənbələrində bu ölkə Siuni adlanır ki, bu daSi” (Sisakan) adının birinci hissəsi və Urartu dili mənşəli mənsubiyyət bildirən “uni” şəkilçisindən ibarətdir. Sisakan adı Si–sakları mənasındadır. Addakı “Sisözü Sisakanda hakimiyyətdə olmuş sak mənşəli sülalənin adıdır. Bu sülalədən hökmdarların hamısının adları məlum deyil. Mənbələrdə Vasak, Andok, Qdixon, Sumbatsair çar adları qalmışdır. Qədim ermənicə yazılışda təhrifə uğramış bu şəxs adları qədim türkcədir. Sisakanın əhalisinin türk mənşəli saklar olması barədə erməni tarixçisi Stepanos Orbeliyan (XIII əsr) yazır: “Sisaklar təkcə Siuninin yox, həm də albanların əcdadlarıdır, hətta onlara nisbətən daha qədimdir. “İz istorii roda Sisakan” Azərbaycan EA Tarix İnstitutu elmi arxivi, inv. 1274 ifadəsindən aydın görünür.

Moisey Xorenasi qeyd edir ki, Siuninin hakimləri Hay yox, Sisak sülaləsindəndir.

İ.M.Diyakanov yazır ki, haylar heç vaxt özlərinə erməni deməmişlər. Ona görə ki, “erməni adı”haylara bir hissəsi Armenidə sonra Ərməniyə də yaşadıqlarına görə kənardan verilmə ümimiləşdirici addır. Ermənilərin Ermənistan adlandırdıqları Hayastan adı XX əsrin 20–ci illərində yaranmışdır. Şübhəsiz, təhlili təfəkkürə malik erməni tədqiqatçıları bu məsələni bilməmiş deyillər. Lakin onlar ermənilərin obyektiv tarixini yazmırlar. “Ekonomiçeskiy bıt qosudarstvennıy krestən Zanqezurskoqo uezda Elizavetpolskoy qubernii” kitabının müəllifi, S.P.Zelinski yazır ki, XIX əsrə qədər Zəngəzur qəzasında cəmi üç erməni kəndi yerlidir. Bu kəndlər Axlatiyan, Prnakot və Şinatakdır. Qalan erməni kəndləri 1826–28–ci ildə ermənilərin buraya köçürülməsindən sonra yaranan kəndlərdir.

Deyilənlərdən görünür ki, indiki Ermənistan ərazisi ermənilərin yox, eramızdan əvvəl VIII–VII əsrlərdən başlayaraq türk mənşəli tayfaların yaşadığı ölkə olmuşsonralar da bu ərazidə türklər aparıcı rol oynamışlar. Tarixi mənbələrdə elə bir məlumat yoxdur ki, Ermənistan ərazisində azərbaycanlılar erməniləri kəndlərindən qovub, yerlərini tutsunlar.

ABŞ tarixçiləri Jastin MakkartiKardin MakkartiTurki i Armeniya” kitabında yazırlar ki, Ermənistan Respublikasının tutduğu indiki ərazi ermənilərə deyil, azərbaycanlılara məxsusdur. Bu səbəbdən də Ermənistan ərazisində olan coğrafi adların böyük əksəriyyəti azərbaycanlılara məxsusdur.

Albaniyanın qədim Sisakan əyalətinin orta əsrlərdə Sisyan mahalı (1590–cı ilə aid mənbədə Sisican) kəndinin adı ilə adlanmışdır. İlk dəfə 1728–ci ilə aid mənbədə Sisyan formasında qeyd olunmuşdur. “Alban tarixi”ndə (III kitab. 16–cı fəsil) adı çəkilən Sisakan sonrakı (Zəngəzur mahalı) kimi qeydə alınmışdır. Maraqlıdır ki, 1728–ci ildə Sisyanda 21 azərbaycanlı kişi və 4 subay oğlan (mənbədə ailələr evli kişilərin miqdarı ilə verilmişdir) yaşayırdı. Bu dövrlərdə burda heç bir erməni adına rast gəlinmir. 1918–ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər burada yerləşdirilmişdir…

Rəsmi məlumatlara görə, 1918–ci ildə təkcə Zəngəzur qəzasında 115 azərbaycanlı kəndləri biryolluq dağıdılıb məhv edilmişdir. Bütün bunlarla kifayətlənməyən ermənilər və erməni rəhbərləri 1935–ci ildən başlayaraq bütün azərbaycanlı yaşayış məntəqələrinin adlarını dəyişdirməyə başlamışlar.

Tarixi mənbələrdən məlumdur ki, IX əsrdə Zəngəzur mahalında ermənilər o qədər çox deyildi. Əhalinin əksəriyyəti azərbaycanlılar idi. Bu fikirlərimizi Zəngəzurda olan çaylar, dağlar, ziyarətgahlar, hətta balaca dərə adları türk, türkfars, türk–ərəb mənşəlidir. Sünik knyazlığı ilə bağlı Mehri rayonunun Nüvədi kəndində yaşayan ixtisasca alman dili müəllimi işləmiş gözəl ziyalımız, tədqiqatçımız “Nüvədi kitabələri”, “Babək Xürrəmidinin son taleyi” kitablarının müəllifi Həmzə Vəli son kitabında (səh. 55)” Knyaz Vasaqonun Sünik ölkəsi haqqında” başlığı ilə verdiyi yazısında oxunur ki, orta əsr tarixçilərinin məlumatlarına görə, 821/822–ci illərdə taciq (fars) Sevada Qaysa Sünik ölkəsinə hücum etmiş və oranı qana boyamışdır. Bu haqda S.Nəfisi yazır:”Ermənilərin sənədlərindən belə məlum olur ki, birinci dəfə 260 (821/822–ci) illər Mənaz Kerdin hakimi Sevada Qaysi xəlifəyə qarşı üsyan edərək, Ermənistanı başdanbaşa, xüsusilə Sisakan ölkəsini dağıdıb qana boyadı. Bu zaman onun qərargahı Dezvuq nahiyyəsindəki Şağaq qalasında yerləşirdi. Zahirən Baqratyan xanadanına mənsub olan Sisakan hökmdarı Vasak Sevada tərəfindən məğlub edildi. O, Babəkdən kömək istədi və onunla birləşib qızını ona verdi. Bu hadisədən az sonra Vasaq öldü. Babək Sisakan ölkəsinə sahib oldu”.

Akademik Z.Bünyadov da tarixi məlumatlara əsasən yazır ki, “821/822–ci ildə Babək Sevadanı Sünikdən qovmuş, həmin il Knyaz Vasaqın qızı İbnat–əl Kaldaniya ilə evlənmişdir. Həmzə Vəli göstərir ki, axtarışlarımız nəticəsində məlum oldu ki, Sünik knyazı Vasakın hakim olduğu yer Zəngəzur mahalının Mehri əyalətinin şimal–şərqində Aldərə kəndindən 15 kilometr şimalda tamamilə xarabalığa çevrilmiş 7 kənd—Abadangəray, Vank, Sevada (Kuçert), Əl–Vana, Tas, Mallev, AbuKaus kəndləridir. Bu kəndlər Aldərə və Gəraysu çayları boyunca yerləşmişlər. Kəndlər dağıldıqdan sonra həmin torpaqları təsərrüfatı inkişaf etdirmək Aldərə kəndinin tabeliyinə vermişlər. Deməli Sünik knyazlığının güclü, qüvvətli, böyük orduya malik olması mümkün deyildi.

Qədim alban əyaləti olan Sisakan (sonrakı Zəngəzur) müəyyən tarixi hadisələrlə əlaqədar olaraq orta əsrlərdə İrəvan əyalətinə daxil idi. Sonra bu bölgə Qarabağ, Naxçıvan və İrəvan xanlıqları arasında parçalanmışdı. XIX əsrdə tarixi ədalət yerini tutmuş və Zəngəzur mahalı Yelizavetpol (Gəncə) quberniyasına mənsub edilmişdi.

 

(davamı növbəti saylarımızda)

 

 

Oqtay Zəngilanlı.

 

Respublika.- 2013.- 30 yanvar.- S. 8.