Dənizkənarı Bulvar: Bakının əvəzsiz incisi

 

  Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi yolla addımlayan respublikamız getdikcə qüdrətlənir. Ölkəmizin iqtisadi imkanlarının artması qlobal layihələrin uğurlu həllinə yol açıb. Prezident İlham Əliyevin ötən on ildə yürütdüyü siyasətin sayəsində müstəqil Azərbaycan çox böyük inkişaf yolu keçmişdir. Odur ki, 2013-cü ilin 9 oktyabrında keçirilən növbəti prezident seçkilərində Azərbaycan seçicilərinin tərəddüd etmədən cənab İlham Əliyevi dəstəkləməsi məhz son on ildə ölkəmizin keçdiyi uğurlu inkişaf yoluna əsaslanır. Bu seçkilərdə xalqın böyük etimadını qazanaraq növbəti beş il müddətinə dövlət başçısı seçilmiş cənab İlham Əliyevin onillik fəaliyyəti Azərbaycanı davamlı uğurlara aparan mövcud siyasi strategiyanın varisliyinin təmin olunmasında yeni mərhələnin başlanğıcı kimi də dəyərləndirilə bilər.

 9 oktyabr seçkilərində ölkə vətəndaşları növbəti dəfə Heydər Əliyev siyasi kursuna, bu kursun son on ildə Azərbaycana gətirdiyi böyük uğurlara səs vermişlər. Ölkə Prezidenti cənab İlham Əliyev 2013-cü il oktyabrın 19-da keçirilmiş andiçmə mərasimində demişdir: “İlk növbədə mənə yenidən böyük etimad göstərmiş, Prezident vəzifəsinə seçmiş doğma Azərbaycan xalqına dərin minnətdarlığımı bildirirəm. Azərbaycan xalqını əmin etmək istəyirəm ki, mən bundan sonra da ölkəmizin hərtərəfli inkişafı, xalqımızın rifahı üçün əlimdən gələni əsirgəməyəcəyəm, doğma xalqımıza bundan sonra da sədaqətlə xidmət edəcəyəm. ...Prezident seçkiləri Azərbaycan xalqının iradəsini tam şəkildə əks etdirmişdir. Seçkilər şəffaf, ədalətli, azad şəkildə keçirilmişdir və seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir. Beləliklə, Azərbaycan xalqı son on il ərzində görülmüş işlərə öz yüksək qiymətini vermişdir”.

Azərbaycanın son illərdə bütün sahələrdə əldə etdiyi nailiyyətlər Heydər Əliyev siyasətinə alternativin olmadığını bir daha təsdiqləyir. Azərbaycan xalqı növbəti beş il müddətinə cənab İlham Əliyevi prezident seçməklə siyasi taleyinə sahib olmaq haqqını qətiyyətlə ifadə etmişdir. Son on ildə həyata keçirdiyi çevik və məqsədyönlü siyasətlə özünü təcrübəli dövlət xadimi, bacarıqlı rəhbər kimi təsdiqləməsi, real ideyaproqramlarla insanların inam və etimadını qazanması cənab İlham Əliyevin yüksək liderlik keyfiyyətlərinə malik olduğunu bir daha təsdiqləmişdir. Dövlət başçısı siyasi lider olaraq insanları öz ideya və baxışları ətrafında toplamaq, onların iradələrinə, qərarlarına təsir göstərmək iqtidarında olduğunu sübuta yetirmişdir.

Cənab İlham Əliyevin onillik prezidentliyi dövründə əldə olunan möhtəşəm nailiyyətlərin canlı şahidləri kimi qəti əminliklə söyləyə bilərik ki, müstəqil Azərbaycan dövləti bu illər ərzində bir neçə on illərə bərabər sürətli inkişaf yolu keçib. Dövlətimizin başçısının yürütdüyü uğurlu daxilixarici siyasət bir-birini tamamlayaraq Azərbaycanın milli maraqlarının maksimum dərəcədə təmin olunmasına yönəlib. Həm ölkə daxilində gedən proseslər, həm də Azərbaycanın dünyada daim möhkəmlənən mövqeyi deməyə əsas verir ki, indiyədək aparılmış və bu gün də dönmədən davam etdirilən siyasət düzgündür və xalqımızın maraq və mənafeyinə uyğundur.

Bu gün tam əminliklə və qətiyyətlə söyləmək olar ki, möhtərəm Prezidentimiz İlham Əliyev ulu öndərimiz Heydər Əlyevin siyasiiqtisadi inkişaf kursunu qloballaşan dünyanın tələblərinə uyğun olaraq uğurla davam etdirir. Ümummilli liderin siyasi irsini yaşadan Yeni Azərbaycan Partiyası respublikanın yeniləşmə və tərəqqi yolu ilə yüksəlişinin önündə gedir. Partiya üzvləri ölkəmizin daha da güclənməsi naminə ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin ən fəal dəstəkçisi olmaqla, bu siyasətin uğurlarını xalq arasında geniş tətbiq etməkdədir. Ötən illər ərzində keçilən yola nəzər saldıqda qazanılan uğurların fonunda bir daha ulu öndərimiz Heydər Əliyevin vaxtilə əminliklə söylədiyi “YAP dünənin, bugünün və gələcəyin partiyasıdır” fikrinin nə qədər doğru olduğunu müşahidə edirik.

Artıq Azərbaycan daim inkişaf edən, müasirləşən, beynəlxalq aləmdə böyük nüfuzu olan, qlobal layihələri reallaşdıran, böyük beynəlxalq tədbirlərə ev sahibliyi edən bir dövlətdir. Hazırda müstəqil Azərbaycan Respublikası yeni inkişaf mərhələsini yaşayır. Bu inkişafın təməlində məhz ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğuPrezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasət dayanır.

Möhtərəm Prezidentimiz İlham Əliyevin son on il ərzində elmi əsaslara söykənən düşünülmüş, sistemli və davamlı islahatlar konsepsiyasının ardıcıllıqla həyata keçirilməsi nəticəsində sabitdinamik inkişaf edən, etibarlı tərəfdaş bir ölkə kimi tanınan Azərbaycanın beynəlxalq nüfuzu durmadan artmışdır. Məhz bunun məntiqi nəticəsi olaraq Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini əhatələyən Azərbaycan Avratlantik məkanda çox mühüm strateji mərkəzə çevrilmişdir.

Möhtəşəm on ilin son 6 ilini Dənizkənarı Bulvarın məhz inkişaf dövrü adlandırmaq olar. Bakının simvollarından biri olan Dənizkənarı Bulvarın görkəmi ildən-ilə dəyişir. Odur ki, müxtəlif dövrlərdə dənizkənarı bulvarda genişləndirmə, abadlıq-quruculuq işlər aparılmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2008-ci il tarixli fərmanı ilə Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yaradılmışdır. Dənizkənarı Bulvar bu gün sakinlərin və qonaqların ən çox xoşladıqları gəzinti və istirahət yerlərindən biridir. Bu park Bakının əvəzsiz incisi olmaqla yanaşı, onun tariximüasir simasını təşkil edən xüsusi məkandır.

1998-ci il dekabrın 28-də ulu öndərimiz Heydər Əliyev Azərbaycanın milli sərvəti kimi “Təbiəti mühafizə və təbiətdən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə uyğun olaraq Dənizkənarı Bulvara Milli Park statusu verilməsi haqqında fərman imzalamışdır. Məhz bundan sonra görülən işlər sayəsində Dənizkənarı Milli Parkın siması tamamilə dəyişmiş, müasir infrastrukturbağ-park estetikasının ən yaxşı nümunələri ilə zənginləşmişdir.

Dənizkənarı Milli Parkda aparılan yenidənqurma işləri ölkə Prezidenti cənab İlham Əliyevin də daim diqqət mərkəzində olmuşdur. Belə ki, dövlətimizin başçısı bir neçə dəfə dənizkənarı parkda olmuş, aparılan abadlıq-quruculuq işləri ilə maraqlanmış, tapşırıq və tövsiyələrini vermişdir. Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Bakı bulvarı, mən şəxsən elə hesab edirəm ki, dünyanın ən gözəl bulvarıdır. Həm təbii vəziyyətinə, həm abadlıq işlərinə, müasirliyinə, insanlar üçün yaradılmış rahatlığına görə. Bakının gözəlliyi bənzərsizdir, təkrarolunmazdır. Bakı buxtası Bakının əsas gözəlliklərindən biridir. Biz bulvar hissəsini genişləndirdik. Orada görülən tikinti işləri artıq imkan verir ki, insanlar düz dənizin qırağı ilə gəzə bilsinlər, dənizə yaxın olsunlar. Əvvəlki illərdə bu, belə deyildi...”.

Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin əsas istiqaməti bulvarın ümumi vəziyyəti, mühafizəsi, qorunması və bərpası ilə bağlı zəruri tədbirlər və bulvarın tarixi simasının saxlanılması, ərazinin zəngin florasının, təbii landşaftının bərpasını, inkişaf etdirilməsini təşkil edir. İdarənin fəaliyyətə başladığı 5 il ərzində gərgin əməyin nəticəsində bulvarda geniş abadlaşdırma işləri aparılıb, dənizkənarı zolaqlar yeni müasir daş örtüyü ilə döşənib, yeni gözoxşayan əyləncə, istirahət obyektləri tikilib, əhalinin mənəvi-estetik tələbatının ödənilməsi, istirahətinin təşkili, sağlamlığının möhkəmləndirilməsi üçün şərait yaradılıbdır. Sahilboyu işıqlandırma, yeni fəvvarələr, digər yeniliklər bulvarın görünüşünü dəyişib, dəniz gəzintisindən görünən Bakının mənzərəsini daha da gözəlləşdirib. Bulvarın demək olar ki, simvoluna çevrilmişMirvarikafesi, “Venesiyasu şəhərciyi əyləncə və istirahət məkanı, dənizin içərisinə doğru uzanan estakada, bir çox başqa əyləncə yerləri və attraksionlar, gözəl yaşıllıqlar zolağı, fəvvarəli hovuzlar bulvarın ən gəzməli və görməli yerlərindəndir.

Ötən il may ayının 7-də ölkə Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə Dənizkənarı Milli Parkın yeni tikilən hissəsinin açılışı olmuşdur. Qeyd olunmalıdır ki, dövlət başçısının Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər uzadılması ilə bağlı tapşırıqları əsasında şəhərimizə sahilboyunca xüsusi yaraşıq verən və ümumi sahəsi 20 hektar, uzunluğu 1,8 kilometr olan yeni bulvar tikilərək sakinlərin istifadəsinə verilmişdir. Bu isə dövlət başçısının ölkəmizin, xüsusilə paytaxtın inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər sisteminin mühüm tərkib hissəsidir. Belə ki, aparılan uğurlu abadlıq və quruculuq işləri sayəsində paytaxt Bakı öz görkəmini dəyişmiş və dünyanın ən gözəl şəhərləri sırasında yerini möhkəmləndirmişdir. İstər yerli sakinlər, istərsə də paytaxtımıza gələn qonaqlar Bakı Bulvarı, Qız qalası, İçərişəhər, Şirvanşahlar sarayı və digər arxitektura tikilililərin valehedici gözəlliyi ilə fəxr edir. Bulvar ərazisində yaşıllıq zolağından avtomobil yolunadək daha bir xətt inşa olunmuşdur ki, bu ərazidə hərəkət edən avtomobillər, qatarlar kiçikölçülü gəzinti avtobusları üçün nəzərdə tutulmuşdur. Həmçinin yeni ərazidə xüsusi xətt də salınmışdır ki, bu da velosiped sürənlərə maneəsiz hərəkət etmək imkanı yaradır. Burada xüsusi gözəlliyi olan nadir bitki nümunələri əkilmişdir. Salınan çəmənliklər, çiçəkliklər, İtaliya, Türkiyə, Hollandiyadan, İrandan gətirilmiş kaktus, valla, vankafa, azaliya, ileks ağacları, veqoniya növlü çiçəklər parka xüsusi yaraşıq verir. Eləcə də Fransa, BelçikaAlmaniyadan gətirilmiş müxtəlif formalı ağaclar, kollar bulvarın ümumi görkəminə gözəllik qatır. Dənizkənarı parkda istismara yararsız attraksionlar, yelləncəklər müxtəlif xarici dövlətlərdən gətirilən yeniləri ilə əvəz edilmişdir. Həmçinin bulvarda 450 metr olan estakada dənizin içərisinə doğru 100 metr uzadılmışdır.

Dənizkənarı parkda həmçinin “Kiçik Venesiya şəhərciyi” adlanan ərazi əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir. Bulvarda aparılan abadlıq-quruculuq işləri nəticəsində əsaslı şəkildə yenidən qurulanKiçik Venesiya şəhərciyi” gözəl nümunələrdən biridir. 1960-cı illərdə salınan şəhərcik Milli Parka gələnlər üçün sevimli istirahət yerinə çevrilmişdir. “Kiçik Venesiya şəhərciyi”nin əvvəlki görkəmi saxlanılmaqla yeni elementlərlə zəngindəşdirilmiş, kanallar geniləşdirilmiş, dərinləşdirilmiş və bura müasir qayıqlarla təchiz edilmişdir. Bir sözlə, şəhərcikdə mənalı istirahət üçün hər cür şərait yaradılmışdır. Milli ornamentlərlə bəzədilmiş şəhərcikdə kanalların üzərində yeni körpülər inşa olunmuşdur. Artıq bu günKiçik Venesiya şəhərciyi” öz gözəlliyi və müasirliyi ilə paytaxta, eləcə də müasirləşən, gözəlləşən bulvarımıza xüsusi yaraşıq verir.

Bu gün mübaliğəsiz demək olar ki, Dənizkənarı Bulvarımız gözəlləşir, böyüyür. Öz gözəlliyi ilə yanaşı, Bakı bulvarı həmçinin insanların ən sevimli istirahət yeridir. İlin hansı fəslindən asılı olmayaraq, hər gün minlərlə insan bu istirahət mərkəzinə baş çəkir, yaradılmış şəraitdən zövq alırlar. Artıq doğma Bakımızın incisi Dənizkənarı Bulvar hər birimizin öyünə, qürur duya biləcəyi bir ünvandır.

 

Əfqan ŞAHMAROV,

Nazirlər Kabineti yanında

Dənizkənarı Bulvar İdarəsinin rəisi.

 Respublika.-2014.- 17 yanvar.- S.6.