BEYNƏLXALQ ƏMƏK BÖLGÜSÜ XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİN ƏSASIDIR

 

(əvvəli 6 yanvar tarixli sayımızda)

 

Müasir beynəlxalq əmək bölgüsü bəzi xüsusiyyətlərlə xarakterizə olunur. Bunu hər şeydən əvvəl xarici ticarətin və ixracın dünya istehsalına nisbətən daha sürətlə inkişaf etməsi şərtləndirir. Transmilli şirkətlər öz istehsallarının əsas hissəsini şirkətlərindən kənarda yerləşdirməklə, dövlətlərarası sənaye məhsulları istehsalını genişləndirirlər. Təsadüfi deyildir ki, sənaye məhsullarının xarici ticarəti sənaye istehsalına nisbətən 3.5 dəfə çox artmışdır. Bu meyil xüsusən 3-cü minilliyin birinci onilliyində təzahür etmişdir. Məsələn, 2011-ci ildə dünyada ÜDM 3,5 faiz artdığı halda, hazır sənaye məhsulları ticarəti 14 faiz artmışdır.

Mövcud ictimai-siyasiiqtisadi proseslər dünya iqtisadiyyatında əhəmiyyətli irəliləyişlər olmasını tələb edir, onun inkişafında müxtəlif və çoxvariantlı mərhələlər formalaşdırır. Dünya ilə bərabər, onun məzmunu da dəyişir. Hazırda əmtəə, xidmət, kapitalinsan resurslarının sərbəst hərəkəti üçün bütün baryerlər ləğv edilir, ümumi standartlar tətbiq olunur. Beynəlxalq əmək bölgüsünün təsiri ilə ölkələr arasında ticarət əlaqələri mürəkkəbləşir və zənginləşir.

Rəqabətqabiliyyətlilik nədir? Rəqabət - bazar təsərrüfatının mühüm əlamətlərindən biridir. Rəqabət şəxsiyyətin azadlığını təmin edir, onun reallaşması, yeni rəqabətqabiliyyətli məhsul və xidmətlərin göstərilməsi üçün şərait yaradır.

Rəqabətqabiliyyətlik - bu mürəkkəb iqtisadi kateqoriya olub, bir neçə səviyyələrdə mövcuddur: Əmtəələrin rəqabətqabiliyyətliliyi; Əmtəə istehsalçılarının (firmaların) rəqabətqabiliyyətliliyi; Ölkənin rəqabətqabiliyyətliliyi.

Son illərdə əmtəələrin beynəlxalq rəqabətqabiliyyətliliyinin təmin olunmasında ekoloji amil mühüm rol oynayır. Daha ciddi ekoloji standartlar, əmtəənin keyfiyyətinə artan tələbat, eyni zamanda dünya bazarında kəskin rəqabət şirkətləri yüksək keyfiyyətli, ekoloji tələbləri ödəyən məhsullar istehsal etməyə məcbur edir. Bununla əlaqədar olaraq mühüm tələblərindən biri ekoloji məsrəflərin məhsulun maya dəyərinə daxil edilməsidir.

1997-ci ildə ABŞ-ın “Morqan Stonleyinvestisiya bankı iri milli korporasiyaların rəqabətqabiliyyətliliyini müəyyən etmək üçün xüsusi tədqiqat keçirdi, burada əsas meyarlardan biri iri firmaların dünya bazarında xüsusi çəkisinin müəyyən edilməsidir. Tədqiqat nəticəsində dünya bazarında 238 iri müəssisədən yarıdan çoxu (125) Amerika şirkətlərinin, 21-i Böyük Britaniyanın, 19-u yapon firmalarının, 4-ü alman firmalarının payına düşmüşdür. Bu siyahıya rəqabətqabiliyyətliliyinə görə dünya reytinqində mühüm yer tutanyeni sənaye ölkələrinin” (Sinqapur, HonkonqTayvan) şirkətləri daxil edilmişdir.

Hazırda çoxsaylı transmilli şirkətlər və banklar, ortakiçik firmalar dərk edirlər ki, gələcəkdə xarici bazarlarda onların rəqabətqabiliyyətliliyinin artırılması üçün sahibkarlıq fəaliyyətində dayanıqlı inkişaf təmin edilməlidir.

Beynəlxalq əmək bölgüsünün inkişafı dünya miqyasında ölkələrin buya digər məhsul növləri üzrə ixtisaslaşmasına səbəb olmuşdur. Məsələn, ABŞ şirkətləri daha çox aviasiyaaerokosmik, unikal maşınqayırma, avtomobilqayırma, super kompüterproqram təminatı üzrə ixtisaslaşmışlar. Yaponiya dünya bazarında - elektronelektrotexnika, avtomobil, gəmiqayırma, dəzgah istehsalı, robots. sahələr üzrə rəqabətqabiliyyətlidir.

Asiyanın yeni sənaye ölkələri (Cənubi Koreya, Tayvan, Honkonq, Sinqapur, Malayziya, Tailand) kütləvi istehlak malları istehsalı üzrə rəqabətqabiliyyətli sahələr, həmçinin elmtutumlu sahələr - elektron komponetləri, fərdi kompüterlər, mikro EHM sahələr yaratdılar. Bu ölkələr analoji məhsullar istehsalı üzrə Yaponiya, ABŞ və Qərbi Avropa ölkələri ilə rəqabət aparırlar.

Mürəkkəbliyinə və ziddiyyətlərinə baxmayaraq, müasir dünya bütöv bir sistemdir. Yeni beynəlxalq iqtisadi qaydalar 20 prinsipə əsaslanır ki, bunların arasında dövlətlərin suveren bərabərliyi, güclə digər ərazilərin zəbt edilməməsi, ərazi bütövlüyü və digər ölkələrin daxili işlərinə qarışılmaması, dünya iqtisadi problemlərinin həllində bütün ölkələrin eyni haqda olması, hər bir ölkənin buya digər sosial-iqtisadi problemlərin həllində eyni hüquqlu olması, hər bir dövlətin öz təbii resurslarından istifadə etmə hüququnun olması və s. göstərmək olar.

Dünya miqyasında geniş təkrar istehsal prosesində beynəlxalq əmək bölgüsünün rolu əhəmiyyətli dərəcədə artır. Beynəlxalq əmək bölgüsü bu proseslər arasında qarşılıqlı əlaqəni təmin edir, ikincisi, müvafiq sahə və regional proporsiyaları formalaşdırır. Hər bir milli iqtisadiyyat əmək bölgüsündən səmərə əldə edir. Beynəlxalq bazara o məhsullar idxal olur ki, milli istehsal məsrəfləri dünya səviyyəsindən aşağıdır.

Dünya təsərrüfatı öz inkişafı və təkamülündə uzun və mürəkkəb yol keçmişdir. Əksər tədqiqatçılar onun böyük coğrafi kəşvlər (XV-XVII əsrlər) nəticəsində yarandığını qeyd edirlər. Bu kəşflər beynəlxalq ticarətin inkişafına səbəb oldu. Lakin bu dövrdə dünya təsərrüfatı təbii olaraq məhdud xarakter daşıyırdı. Müasir dünya təsərrüfatı sənaye inqilabından sonra XIX əsrin sonu XX əsrin əvvəllərində yaranmağa başladı. XX əsrin ortalarında dünya təsərrüfatı iki hissəyə (kapitalistsosialist) parçalandı. Bunların hər ikisində olduqca aktiv iqtisadi münasibətlər mövcud idi, lakin bir-birinə zidd tərəflər arasında bu münasibətlər yox dərəcəsində idi.

Son onilliklərdə dünya iqtisadiyyatının mühüm meyillərindən biri əksər ölkələrin qapalı milli təsərrüfatlardan xarici bazara istiqamətlənmiş açıq tipli iqtisadi sistemə keçməsidir. Belə iqtisadiyyat, onun bütün subyektləri beynəlxalq əmtəələr bazarından və istehsal amillərindən asılı olaraq məhdudiyyətsiz əməliyyatlar apara bilər. Lakin bununla barəbər, açıq iqtisadiyyat və ticarət azadlığını fərqləndirmək lazımdır. İqtisadiyyatın açıqlığı məfhumu ticarət azadlığı məfhumundan daha genişdir, Açıq tipli iqtisadi sistemə keçilməsi ixtisaslaşma və kooperasiyanı dərinləşdirir ki, bu da əmək məhsuldarlığını və istehsalın səmərəliliyini artırır; inkişaf etmiş beynəlxalq münasibətlər sistemi vasitəsilə dünya təcrübəsi yayılır və istehsalçıları arasında rəqabətin artması dünya bazarında stimul yaradır və əhalinin maddi rifah halı yüksəlir.

Milli təsərrüfatların iqtisadi əlaqələrinin miqyasına və intensivliyinə təsir edən əsas amillər aşağıdakılardır:

Birinci amil - ölkənin iqtisadi inkişaf səviyyəsidir. Bu əhalinin hər nəfərinə düşən milli gəlirin səviyyəsi ilə ölçülür. Bu amilin mühüm əhəmiyyəti - ölkədə istehsal və şəxsi istehlak səviyyəsinin bilavasitə milli gəlir səviyyəsindən asılı olmasıdır. Əhalinin hər bir nəfərinə düşən milli gəlirin səviyyəsi nə qədər yüksəkdirsə, digər ölkələrlə iqtisadi əlaqələrin inkişaf imkanları daha genişdir.

İkinci amil - bu milli məhsulun strukturunun inkişaf səviyyəsidir. İctimai məhsulun strukturu ilə xaricidaxili amillər arasında qarşılıqlı asılılıq vardır: istehsal amilləri nə qədər çox olarsa, istehsalın strukturu o qədər geniş olar. Beynəlxalq iqtisadi əlaqələr o vaxt uzunmüddətli və sabit olur ki, ixracidxal differensial olur, mübadilə olunan məhsulların həcmi artır.

Üçüncü amil - ölkədə istehsal resurslarının, faydalı qazıntıların, kənd təsərrüfatı üçün yararlı torpaqların mövcud olmasıdır.

Dördüncü amil daxili bazarın xarakteri ilə əlaqədardır. Yığcam daxili bazar digər ölkələrlə iqtisadi əlaqələri genişləndirir. Geniş daxili bazar milli iqtisadiyyatın xarici (dünya) bazarında tam fəaliyyət göstərməsinə səbəb olur.

XX əsrin ikinci yarısında dünya iqtisadiyyatının inkişafının mühüm xüsusiyyətlərindən biri beynəlxalq iqtisadi münasibətlərin intensivliyinin artmasıdır. Ayrı-ayrı ölkələr, qrup ölkələr, iqtisadi bloklar, təşkilatlar, firmalar arasında iqtisadi münasibətlər genişlənir və dərinləşir.

XX əsrin sonlarında qlobal əmək bölgüsündə əsaslı dəyişikliklər baş verib. Müasir dünya 20 il bundan əvvəlkindən əsaslı surətdə fərqlənir. 90-cı illərdə dünyanın əksər ölkələrində iqtisadi artım və inkişaf məsələlərinə yeni yanaşma prinsipləri işlənib hazırlandı. Bunun əsasını iqtisadiyyatın liberallaşması və dünya iqtisadiyyatına inteqrasiya təşkil edir. İqtisadiyyatın inkişafında dövlətin həlledici rolunadaxili iqtisadi maraqlara əsaslanan köhnə yanaşmalardan imtina edilməsi nəticəsində iqtisadiyyatın inkişafına mane olan problemlər aradan qalxdı.

İnkişaf - iqtisadiyyatda mütərəqqi, davamlı dəyişikliklərin məcmusudur. Mütərəqqi dəyişikliklər - bu cəmiyyətin və hər bir vətəndaşın maraqlarının təmin olunmasıdır. İqtisadi artım dedikdə, elə proses nəzərdə tutulur ki, uzun müddət ərzində adambaşına düşən real gəlirlərin artımı eyni zamanda iki şərt daxilində müşahidə olunur: yoxsulluq həddində yaşayanların xüsusi çəkisi azalır və gəlirlərin bölgüsündə qeyri-bərabərlik aradan qaldırılır.

İqtisadi inkişafa dünya iqtisadiyyatının əsas qanunu kimi baxılır. Sosial-iqtisadi inkişafın əsas formalarından biri - əhalinin tələbatının artmasıdır. Əhalinin tələbatının artması obyektiv iqtisadi kateqoriyadır. Beynəlxalq Əmək Təşkilatı 70-ci illərin sonundabazar tələbatı” konsepsiyasını irəli sürdü. Bu konsepsiyanın əsas məqsədi istehsalın səmərəliliyinin artırılmasının əhalinin əsas hissəsinin tələbatının ödənilməsinə yönəldilməsidir.

Dünya iqtisadiyyatında hər bir ölkənin yerirolu, təsərrüfat həyatı çoxsaylı amillərdən asılıdır. Lakin bunlardan ən mühümləri milli iqtisadiyyatların inkişaf səviyyəsi və dinamikası, onun açıqlıq səviyyəsi və beynəlxalq əmək bölgüsünə cəlb edilməsi, milli iqtisadiyyatların beynəlxalq təsərrüfat sisteminə uyğunlaşması, inkişafın mütərəqqi olmasıdır.

Beləliklə, beynəlxalq əmək bölgüsü - ölkələr arasında ictimai ərazi bölgüsünün yüksək mərhələsi olub, ayrı-ayrı məhsul növlərinin müəyyən ölkələrdə təmərküzləşməsini nəzərdə tutur. Hər bir ölkə müəyyən səbəblərdən (tarixi, coğrafi, təbii iqlim, sosial-iqtisadi, digər ölkələrə nisbətən daha səmərəli məhsul istehsal edir.

Dünya iqtisadiyyatının müasir inkişaf səviyyəsi beynəlxalq əmək bölgüsünün dərinləşməsi ilə xarakterizə olunur ki, bunu da inkişafın qeyri-bərabərliyi şərtləndirir. Beynəlxalq əmək bölgüsünün müasir inkişaf meyilləri ümumi qanunauyğunluqlarla xarakterizə olunur. Beynəlxalq əmək bölgüsü - ölkələr arasında beynəlxalq əmtəə, xidmət, biliklər, istehsal, elmi-texniki, ticarət mübadiləsinin obyektiv əsasıdır. Onun mahiyyəti istehsal məsrəflərinin azaldılması və istehlakçıların tələbatının maksimum ödənilməsindən ibarətdir.

Müasir dünya mürəkkəbliyinə və ziddiyyətinə baxmayaraq, iqtisadi cəhətdən məqsədəuyğun bütöv sistemdir. Beynəlxalq əmək bölgüsü - dünya təsərrüfatının ayrı-ayrı elementlərini birləşdirən “inteqratorrolu oynayır.

Qarşılıqlı asılılıqda olan dünyanın mühüm problemi müxtəlif sistemlərin əməkdaşlığı deyil, müxtəlif strukturların qarşılıqlı təsirləridir. Onlar yalnız inkişaf səviyyələri ilə deyil, eyni zamanda beynəlxalq əmək bölgüsüdünya təsərrüfatına cəlb edilməsi ilə xarakterizə olunur. Eyni zamanda kapital, istehsal və əməyin inteqrasiyası baş verir. Bu proses əvvəllər Avropada yaranmasına baxmayaraq, son illər yeni ölkələri və regionları əhatə etməyə başlamışdır. Asiya - Sakit Okean regionu dünyada daha dinamik inkişaf edir. Bu region inkişaf tempinə görə, dünyanın digər regionlarını qabaqlamaqlaSakit okean dövrünün” başlandığını deməyə əsas verir.

Digər güclü iqtisadi birlik - Şimali Amerika Azad Ticarət Zonası 1992-ci ildə ABŞ, KanadaMeksika arasında yaradılmışdır. Bu zona 360 mln. istehlakçını və 7 trln. dollar məhsul istehsalını özünə birləşdirir.

 

Ələsgər Sarıyev,

AMEA-nın İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad elmləri namizədi

 

Respublika.- 2015.- 7 yanvar.- S. 3.