AZƏRBAYCAN ORDUSU YÜKSƏK DÖYÜŞ HAZIRLIĞINA MALİKDİR VƏ İŞĞALÇI ERMƏNİSTANA LAYİQLİ CAVAB VERMƏYƏ QADİRDİR

 

Prezident İlham Əliyev birmənalı olaraq bəyan edib: işğalçı dövlət bilməlidir ki, qüdrətli Azərbaycan Ordusu istənilən vaxtda öz ərazi bütövlüyünü bərpa edə bilər

 

Müstəqil Azərbaycan dövlətinin hərtərəfli və sürətli inkişafını müəyyən edən amillər içərisində möhkəm iqtisadi potensialın, güclü ordunun və müdafiə sənayesinin mövcudluğu prioritet məsələlərdir. Müasir milli ordugüclü müdafiə sənayemiz həm də müstəqilliyimizin qorunmasında və möhkəmlənməsində, ölkəmizin bölgədə geopolitik güc mərkəzi kimi özünü təsdiqləməsində önəmli rol oynayır. Ölkəmizin hərtərəfli inkişafı naminə reallaşan konkret Dövlət proqramları, həyata keçirilən irimiqyaslı layihələr sayəsində Azərbaycan öz iqtisadi gücünü böyük dərəcədə artıra bilibbu proses həyatımızın bütün sahələrini əhatə etməkdədir.

Daim artan iqtisadi qüdrətimiz indiki halda ölkəmiz üçün çox vacib olan milli ordu və hərbi sənayemizin inkişafına da güclü təkan verib. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə Azərbaycan xalqına təbrikində bu məsələlərə böyük önəm verərək deyib: “İşğalçı dövlət bilməlidir ki, qüdrətli Azərbaycan Ordusu istənilən vaxtda öz ərazi bütövlüyünü bərpa edə bilər. Sadəcə olaraq biz hələ ümid edirik ki, danışıqlar prosesi müsbət nəticə verə bilər və bu ümidi gücləndirən amillər kifayət qədər çoxdur. Bizim siyasi gücümüz, iqtisadi potensialımız, qüdrətli ordumuz var. Gələn il ordu quruculuğuna, ordumuzun inkişafına 5 milyard dollara yaxın vəsait ayrılacaq ki, bu da yoxsul, dilənçi Ermənistanın ümumi büdcəsindən iki dəfədən çoxdur”.

Regionun lider dövləti olan müstəqil Azərbaycan dövlətinin qarşısında duran yeganə problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli məsələsidir. Bu məsələdə ölkəmizin mövqeyi həmişə konstruktiv olub və danışıqlar prosesinə sadiqik. Bunun əksinə olaraq, Ermənistan öz təcavüzkar siyasətini yeritməkdə, Azərbaycan torpaqlarını hələ də işğal altında saxlamaqdadır. Ötən illərin acı təcrübəsi işğalçı Ermənistanın bu məsələnin dondurulmasında maraqlı olduğunu, sülh danışıqlarından imitasiya naminə istifadə etdiyini birmənalı olaraq təsdiqləyir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, buna səbəb Ermənistanda kriminal, qanlı diktatura rejiminin mövcudluğudur. Ermənistan sülh istəmir. ATƏT-in Mİnsk qrupunun həmsədr ölkələrinin rəhbərlərinin təşəbbüsü ilə 2014-cü ilin avqust, sentyabr, oktyabr aylarında keçirilən üçtərəfli görüşlərdə də Ermənistan özünü səmimi aparmayıb, müxtəlif bəhanələrlə sülh sazişinin əldə olunmasından yayınıb. Bunu faktlar da təsdiqləyir: Paris görüşündən iki həftə keçməmiş Ermənistan Azərbaycanı provokasiyaya çəkmək, təxribat törətmək və danışıqlar prosesinə zərbə vurmaq üçün işğal edilmiş torpaqlarda genişmiqyaslı hərbi təlimlərə başlayıb. Bundan başqa ötən il erməni təxribatçı qrupları dəfələrlə Azərbaycan mövqelərinə hücum çəkib. Ancaq Azərbaycan Ordusu onlara layiqli cavab verib, düşmənə böyük sarsıdıcı zərbə vurulub, onlarca işğalçı məhv edilib. Bu cür təxribatlar 2015-ci ilin əvvəllərində də dayanmayıb, lakin düşmən hər dəfə layiqli cavabını alır və alacaqdır.

İndi dünya da, məsələlərə baxışlar da dəyişib. Artıq dünya ictimaiyyəti ermənilərin saxtagöz yaşları”na inanmır. Onların əsrlər boyu apardıqları soyqırım, terror və işğalçılıq siyasətinin mahiyyəti indi tam çılpaqlığı ilə üzə çıxıb. Bunu gizlətmək, yalana “ədalət” donu geyindirmək ermənilər üçün müşkülə çevrilib. Təbii ki, bu məsələdə Azərbaycan dövlətinin siyasəti, Azərbaycan və türk lobbilərinin birgə fəaliyyəti də böyük rol oynayıb və bu rol artmaqdadır. Azərbaycan Prezidenti İlham Əliyev bütün xarici səfərlərində, eləcə də ölkəmizə gələn dövlət rəsmilərini, beynəlxalq təşkilatların nümayəndələrini qəbul edərkən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti barədə həqiqətləri, ermənilərin işğalçı dövlət olduğunu faktlarla çatdırır. Çünki uzun illər ərzində ermənilər öz lobbi qurumları vasitəsilə dünyada belə bir rəy formalaşdırmağa çalışırlar ki, guya Dağlıq Qarabağ qədim erməni torpağıdır və erməni xalqı əsrlər boyu bu torpaqda yaşamışdır. Bunlar tamamilə yalan, təhrif edilmiş məlumatlardır. Azərbaycan məsələnin tarixi aspektinə dair tutarlı arqumentlərlə bu yalanları ifşa etməklə, həqiqətləri ortaya qoymaqla, eyni zamanda, münaqişənin həlli üçün tarixi bazanı da möhkəmləndirir. Digər tərəfdən, artıq ermənilərin azərbaycanlılara əsrlərdən bəri yürütdüyü soyqırım siyasətini də ört-basdır etmək mümkünsüzdür. Burada Azərbaycan və türk diasporlarının birgə fəaliyyətini, xüsusən də Heydər Əliyev Fondunun “Xocalıya Ədalət” kampaniyasının əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Dünyanın bir çox ölkələrində keçirilən bu mühüm kampaniya sayəsində Xocalı soyqrımı dünyanın diqqət mərkəzindədir və ermənilər insanlığa yaraşmayan bu qanlı cinayətlərini gizlətmək iqtidarında deyillər. Təsadüfi deyil ki, artıq BMT, Avropa Şurası, İslam Konfransı Təşkilatı ilə yanaşı, bir çox dövlətlər Ermənistanı təcavüzkar dövlət, Xocalı faciəsini isə ermənilər tərəfindən törədilən soyqırımı kimi tanıyıb. Beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ məsələsinə dair ədalətli, maraqlarımızı təmin edən qətnamələr kifayət qədər qəbul edilib, lakin işğalçı Ermənistan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, ATƏT-in, digər beynəlxalq təşkilatların - İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin, Avropa Şurasının, Qoşulmama Hərəkatının qərar və qətnamələrinə məhəl qoymurbununla da dünyaya meydan oxuyur.

Ermənilərin bütün “cəbhə boyu” sıxışdırıldığı, dünya ictimaiyyətinin gözündən düşdüyü bir şəraitdə Azərbaycan gözgörəsi güclənir, hərtərəfli inkişafa nail olur, dünya miqyaslı layihələr həyata keçirir və haqlı olaraq işğalçı Ermənistanı bu layihələrdən kənarlaşdırır. Təbii olaraq proses elə bir sonluğa yetişib ki, bu gün Ermənistan istər iqtisadi, istər siyasi, istərsə də hərbi cəhətdən Azərbaycanla rəqabət aparmaq iqtidarında deyil. Azərbaycan inkişaf etdikcə bu fərq daha da artır və artacaqdır. Çünki Ermənistanın inkişaf etməsi üçün heç bir imkanı yoxdur. Onlar bütün beynəlxalq regional layihələrdən təcrid olunmuşlar. Əhali Ermənistanı tərk edir, canlı qüvvəsi çatışmadığından hətta təmas xəttinin qorunmasında da çətinlik çəkirlər. Tam müstəqil siyasət yürüdən Azərbaycan isə dünyanın ən aparıcı, qüdrətli dövlətlərindən birinə çevrilib. Bütün bunlar ölkəmizin hər cəhətdən üstün olduğunun əyani təsdiqidir.

Hazırda Azərbaycan ordusu yüksək döyüş hazırlığına, hərbi gücə və peşəkar hərbi kadrlara malikdir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ağdamdakı “N” saylı hərbi hissədə əsgərlərlə görüşü zamanı deyib: “Azərbaycan ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə ön cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir. Biz bundan sonra da öz döyüş potensialımızı artıracağıq. Hazırda Azərbaycan ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Son vaxtlar əldə etdiyimiz silah, texnika deməyə əsas verir ki, biz istənilən vəzifəni icra edə bilərik. Son vaxtlar həm Azərbaycanda müasir silahtexnika istehsal olunur, eyni zamanda, xarici mənbələrdən aldığımız avadanlıq, texnika, silah-sursat ən müasir standartlara cavab verir. Hava hücumuna qarşı ən müasir qurğular əldə edilibdir. Ordumuzda ən güclü artilleriya qurğuları vardır. Böyük dəqiqliyə və çox böyük dağıdıcı qüvvəyə malik olan raket sistemləri, döyüş və nəqliyyat helikopterləri, döyüş təyyarələri, zirehli texnika, tanklar bütün bunlar bu gün Azərbaycan ordusunun potensialını təşkil edən amillərdir. Bu gün Azərbaycan ordusu Dağlıq Qarabağdakı istənilən obyekti məhv edə bilər. Bunu bizbilirik, Azərbaycan xalqı da, düşmən də bilməlidir. Bu gün ancaq Azərbaycan dövlətinin siyasəti sayəsində bölgədə sabitlik hələ ki, təmin edilir. Azərbaycan sabitləşdirici ölkədir. Biz bu gün öz imkanlarımızı artıraraq daha da güclü orduya malik oluruqbu ordu istənilən vaxtda, istənilən vəzifəni icra edə bilər”.

Azərbaycanın daim artan siyasi, iqtisadi-sosial qüdrəti bütün sahələrin, o cümlədən ordu quruculuğu və müdafiə sənayesinin inkişafına güclü stimul verir. Təsadüfi deyil ki, bu gün Azərbaycanın yalnız hərbi xərcləri Ermənistanın dövlət büdcəsini iki dəfə üstələyir. Bununla bərabər özümüzün silah, sursatmüasir hərbi texnika istehsal etməyimiz ölkəmizin hərbi və döyüş gücünü daha da artırır. Ermənistan nəhayət başa düşməlidir ki, o bizimlə hərbi sahədə də duruş gətirməyə qadir deyil.

Azərbaycanda bu gün ən müasir silahlar, düyüş sursatları və hərbi texnika istehsal olunurproses daim təkmilləşdirilməkdədir. Beynəlxalq Müdafiə Sənayesi sərgilərində Azərbaycanda istehsal olunan müdafiə təyinatlı məmulatlar, xüsusən də “İstiqlaltipli snayper tüfəngi, atıcı silahlar üçün müxtəlif növ döyüş sursatları, artilleriya minaları və optik cihazlar xarici ölkələrin hərbi mütəxəssislərində belə xüsusi maraq doğurmuşdur. Təsadüfi deyil ki, ölkəmizin Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan məmulatların satışı ilə bağlı bir sıra xarici dövlətlərlə danışıqlar aparılır. 2014-cü ilin sentyabr ayında ilk dəfə olaraq Azərbaycanda böyük beynəlxalq hərbi sərgi keçirilib ki, bu da son illərdə ölkəmizdə bu sahədə görülən işlərin nəticəsidir. Üç gün davam edən “ADEX-2014” sərgisində Azərbaycan Milli Pavilyonu 168 adda müdafiə təyinatlı məmulat nümayiş etdirib. Dövlətimizin başçısı deyib: “Məqsədimiz ondan ibarətdir ki, biz bu sahədəki işləri ən müasir texnologiyalar əsasında quraq. Mən onların arasında pilotsuz təyyarələrin istehsalını xüsusi qeyd etmək istəyirəm. Bu, ən inkişaf etmiş ölkələrə xas olan istehsal sahələridir. Azərbaycan artıq öz imkanları ilə pilotsuz təyyarələrin ən yüksək səviyyədə istehsalına başlamışdır və bu, bizim hərbi gücümüzü böyük dərəcədə artıracaqdır. Bütövlükdə bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi işində Azərbaycan çox müsbət rol oynayır”.

 

Xəlil CABBAROV

 

Respublika. - 2015.- 9 yanvar.- S.1.