Ambulator-poliklinika müəssisələrində, tibbi sanitariya hissələrində sağlam həyat tərzinin təbliği

 

Sağlam həyat tərzi adamların xəstəliklərinin qarşısını almaqda ən güclü faktorlardan biridir, eləcə də xəstəliklərin residivliyinin, onların gedişində şiddətlənməsini, xəstəliyin meydana gəlməsini xəbərdarlıq edir, xroniki xəstəliklərin fəsadlarına imkan vermir. Sağlam həyat tərzinin formalaşmasında ən mühüm şərait onun təbliğ edilməsidir, hansı ki, əhalinin gigiyenik tərbiyəsi işinin əsas tərkib hissəsi kimi qiymətlənir. Ambulator-poliklinika müəssisələrinin şəraitində sağlam həyat tərzinin təbliği bütün həkimlərin və orta tibb işçilərinin vəzifələridir. Sağlam həyat tərzinə aid təbliğat, bütün işlərin təşkili və metodiki mərkəzi poliklinikada sağlam həyat tərzi kabinetində olmalıdır. Əgər bu kabinet yoxdursa, onu yaratmaq lazımdır.

Sağlam həyat tərzi normalarının təbliği indiki zamanda xüsusən böyük əhəmiyyətə malikdir. Çünki, bu təbliğat vasitəsilə həm də alkoqolizmin, sərxoşluğun, narkomaniyanın, papiros çəkmənin kökünü kəsməkdən ötrü işlər aparılır.

Sağlam həyat tərzi nə deməkdir? Onun əsasını hansı əxlaq qaydalar təşkil edir.

Sağlam həyat tərzinin birinci əsası - yüksək fiziki fəallıq, digər sözlərlə desək, müntəzəm şəkildə əzələ işi. İndiki zamanda əmək prosesləri çox mexanikləşdirilmiş və avtomatlaşdırılmışdır. Lakin əmək prosesində kütləvi peşələr — dəzgahda və konveyerlərdə işləyən fəhlələr, avtonəqliyyat sürücülərinin və s. əzələ əməyi günü-gündən azalır.

İnsanlar o peşə sahələrini seçirlər ki, orada əzələ işi, ümumiyyətlə, tələb olunmur: — həkimlər, mühəndislər, müəllimlər, iqtisadçılar və s. Bununla belə, müasir insan öz əcdadlarından, ulu babalarından irsən inkişaf etmiş əzələ sistemi almışdır, normal inkışaf etmiş insanın əzələsi bədənin ümumi çəkisinin 40-45 faizini təşkil edir.

İnsan orqanizminin bütün həyatı təminedici sistemi — yəni ürək qan-damar, həzm və digər sistemlərin işi elə requlə edilib ki, bunun normal olması yalnız əzələ işinin müntəzəmliyidir. Əgər əzələ işi dayanarsa, müxtəlif üzvlərin işində tədricən çox ciddi pozulmalar inkişaf edəcəkdir. Əzələ işinin dayandırılmasına və ya kəskin şəkildə azalmasma, zəifləməsinə xüsusən ürək qan-damar sisteminin əzələləri həssasdır. Son on illiklərdə ürək qan-damar xəstəliklərinin artması bizim vətəndaşların həyatında az hərəkətlilik, qeyri-müntəzəm əzələ yükünün meydana gəlməsi ilə əlaqədardır.

Kimin istehsalat işu yüksək əzələ yükü ilə əlaqədar deyilsə, məsləhətdir ki, öz əzələlərini işlətməyə keçsin. Belə halda piyada gəzmək, qaçış, üzgüçülük, səhərlər enerjili bədən tərbiyəsi, idmanın hansı növü olursa-olsun, sağlamlar qrupunda məşqlər, əmək kollektivlərində, həyatyanı, bağ sahələrində, sənətlə məşğul olmaqda məşğələlər təşkil edilir - bütün bunlar çox faydalıdır. Yalnız əzələləri işlətmək lazımdır, yaxşı olar ki, vaxtaşırı əzələlərin yorğunluq hissiyyatı baş versin. Mütəxəssislərin bir hissəsi məsləhət görürlər ki, hər gün 30 dəqiqə müddətində tər dabanından axana kimi əzələ işi ilə məşğul olasan; digərləri isə məsləhət görürlər ki, çox yüksək əzələ gərginliyindən qaçasan, amma məşqin vaxtını bir saat, bir saat yarım/gün artırasan. Yayılmış məsləhət – orta templə bir dəqiqədə 100-110 addım piyada atmaqdır. Çalışmaq lazımdır ki, gün ərzində 10 min addımdan az olmayaraq piyada gəzmək təşkil olunsun. Əgər yorğunluq hissiyyatı səhəri günə qədər qalarsa, deməli əzələlərə yük həddindən artıq olmuşdur, belə yükü azaltmaq gərəkdir.

Bu planda əsas qayğıkeşlik uşaqlar barədə olmalıdır. İndi əsas etibarı ilə uşaqlar və yeniyetmələr öz istirahətlərini televizorun qabağında, televizor verilişlərinə baxmaqla keçirirlər. Bəzən də “kitaboxumağa, şahmatas. fıkir verilir. Bunların hamısı lazımdır, amma bu, hərəkətin hesabına olmamalıdır, hərəkətə zərər vurmaq olmaz. Valideynlər də bunu izləməlidirlər ki, uşaqlar havada çox olsunlar, çox hərəkət etsinlər, idmanın müxtəlif növləri ilə məşğul olsunlar.

Hamı görür ki, uşaqlar televizor verilişlərinə necə gərginliklə baxırlar. Əgər onlar bu verilişdən ayrılarlarsa, necə əsəbiləşirlər. Bu isə oturaq həyata uşaqların öyrəşməsidir, eləcə də hələ uşağın orqanizminin möhkəmlənməmiş sisteminə yükün düşməsidir. Həftədə iki saat yarım, üç saat televizora baxmaq, təxmini vaxtıdır ki, bu müddətdə məktəb yaşına qədər kiçik yaşlı və orta siniflərdə uşaqlar sağlamlığa zərər vurmadan televizora baxa bilərlər. Qalan sərbəst vaxtlarını uşaqlar açıq havada oyunlarla, bədən tərbiyəsi ilə məşğul olmalıdırlar.

Sağlam həyat tərzinin ikinci əsası – müntəzəm şəkildə orqanizmi möhkəmləndirməkdir. Keçmiş vaxtlarda yaşayış şəraiti hamının orqanizminin davamlılığını möhkəmləndirirdi. Bu, o demək idi ki, ilin soyuq vaxtlarında binalarda temperaturun əhəmiyyətli dərəcədə tərəddüd etməsi də orqanizmə möhkəmləndirici təsir edirdi. İndiki zamanda mərkəzləşmiş istilik sistemi yaradılır, yaşayış binalarında daima müəyyən temperatur rejimi saxlanılır. Bura temperatura tərəddüd etmədikdə orqanizmin möhkəmləndirici təsiri də daxildir. Əvvəllər qış fəslində heç kəs suyu yuyunmaq üçün qızdırmırdı. Hamı üzünü, qulaqlarını, boynunu, bəzən əllərini soyuq su ilə yuyurdu.

İndi yaşayış yerlərində, məktəblərdə isti su meydana gəlmişdir, bu isə isti su ilə yuyunmağa necə həvəs yaradır, belə halda sabun da çirki yaxşı aparır. Deməli, orqanizmin möhkəmləndirilməsində bu mexanizm müasirlərimizin həyatından, məişətindən bizim iradımızdan kənar avtomatik olaraq uzaqlaşdırılır. Bir məsələni də nəzərə almaq lazımdır ki, əvvəllər hamı qış fəslində isti paltarlarla təmin olunmurdu, yüngül geyilirdi, bu da orqanizmə möhkəmləndirici təsir edirdi. İndiki zamanda isti paltar kifayət qədərdir, bir az soyuq düşən kimi, hava sərinləşən kimi yüngül şaxta olduqda xəzdən tikilmiş yaxalıqdan, papaqdan istifadə etməyə meyil artır.

Görünür ki, orqanizmin möhkəmlənməsi üçün avtomatik şəkildə uyğunlaşmış mexanizm dəyişilməsinin də bizim həyatımızdan çıxmasının vaxtı çatmışdır. Yəni xüsusi möhkəmləndiricı proseduralardan istifadə etmək lazımdır: hava vannaları, bədənin yaş dəsmalla silinməsi, sərin su ilə yuyunmaq, duş qəbul etmək, təbii su tutumlarında, göldə, basseyndə, hovuzda çimmək,və s. Ancaq təəssüflər olsun ki, bu prosedurları hamı etmir, az adamlar edir. Nəticə göz qabağındadır.

Beləliklə, hava, su ilə orqanizmi möhkəmləndirməkdən ötrü aşağıdakı dörd prinsipi həyata keçirmək lazımdır:

– Arakəsilməzlik. Əgər başlamışsansa – cəhd göstərmək lazımdır ki, bir günolsun bunların arasını kəsməyəsən, bu prosedurları fasiləsiz aparasan; – Tədricilik. Ən sadə, yüngül soyuq təsirə malik prosedurlardan başlamaq məsləhətdir (deyək ki, su prosedurlarından əvvəl - 30-32 dərəcə qızdırılmış sudan istifadə etmək və yalnız tədricən bu temperaturu azaltmaqbunun təsir vaxtını uzatmaqdır;

Komplekslik. Orqanizmin möhkəmləndirilməsində müxtəlif üsulları birləşdirmək, uyğunlaşdırmaq lazımdı. Məsələn, hava vannalarının qəbulunu (idman məşqlərini bədənin yarım çılpaq vəziyyətində, təmiz havadaya açıq pəncərə şəraitində) həyata keçirməkdir, su prosedurları ilə bərabər, geyim paltarlarına çoxlu bürünməməklə istifadə etməkdir;

– Fərdi yanaşma. O prosedurun dozası soyuq təsirə malikdir, biri üçün ola bilər ki, bu, kifayətdir və orqanizmə çox yaxşı möhkəmləndirici təsir edir. Prosedur qurtardıqdan sonra gümrahlıq və güc meydana gəlir, digəri üçün isə bu prosedurlar həddindən artıq azlıq edir, üçüncülər üçün - əksinə, bu prosedurlar həddindən artıqdır və hal-əhvalın pisləşməsinə gətirib çıxaracaqdır.

Beləliklə, sağlam həyat tərzi — yəni bu, müntəzəm şəkildə orqanizmin möhkəmləndirilməsi deməkdir.

Sağlam həyat tərzinin üçüncü əsası – qidalanmada səmərəlilikdir, yəni səmərəli, ağılla qidalanma. Qidalanmada üç qayda mövcuddur və bunları sözsüz danışıqsız, şərtsiz, məcburi olaraq gözləmək lazımdır.

Qidalanmanın birinci qaydası – müxtəliflikdir. İş burasındadır ki, insan qida vasitəsi ilə, itirilmiş (sərf olunmuş) enerjini bərpa etməlidir. (Axı insan hətta tamamilə tam sakit vəziyyətdə olduqda belə, onun ürək fəaliyyəti, tənəffüs sistemi, eləcə də qida həzmi və digər çoxsaylı proseslər dayanmır. İnsanlar qida vasitəsi ilə 60 müxtəlif əvəzolunmaz qida maddələri almalıdırlar, hansılar ki, canlı maddələrin qurulmasına və yenidən bərpa olunmasına lazımdır. Bu isə həyat fəaliyyətinin müxtəlif proseslərini saxlamaq üçündür: bunlar amin turşuları (zülallar), yağ turşuları, vitaminlər, mineral maddələrdir. Heç bir qida məhsulu yoxdur ki, bunlar onların tərkibinda olmasın, bununla belə öz aralarında əlverişli nisbətdədir, bütün bunlar əvəzolunmaz maddələrdir. Demək olar ki, hər bir qida məhsulunun tərkibində onlardan bəzi əvəzolunmaz maddələr vardır, ancaq çoxları yoxdurya çox az miqdardadır. Zülal qida məhsullarının bütün rəngarəngliyi (ət, balıq, süd, yumurta), müxtəlif yağlar, o cümlədən bitki yağları, müxtəlif dənli qida məhsulları, onların arasında müxtəlif yarmaların, ən geniş assortimentdə (çeşiddə) tərəvəzlərin, meyvələrin və giləmeyvələrin, əgər təzə deyillərsə, onda onların konservləşdirilmiş növündən istifadə olunur. Yalnız müxtəlif qidalar, bütün orqanların və uşaqların ən erkən yaşlarından başlayaraq normal işini təmin edirlər. Bunu da nəzərə almaq lazımdır ki, erkən yaşlarından uşaqları çox inadkarlıqla öyrətmək lazımdır ki, orqanizmə lazım olan hər şeyi yesinlər.

Qidalanmanın ikinci qaydası – mötədillik, mülayimlikdir. Həqiqətdə bizdə həddindən artıq yemək kütləvi şəkil alıb. Bütün ətrafda həddindən artıq kökəlmiş insanlar yaşayırlar! Kütləvi şəkildə aparılmış müayinələr onu göstərdi ki, orta hesabla 50 faiz yaşlı insanlar bizim ölkədə artıq bədən çəkisindən əziyyət çəkirlər. Artıq bədən çəkisi isə insanlara hava, su, günəş enerjisi vasitəsi ilə gəlmir. Bu yalnız həddindən artıq yeməyin nəticəsidir. Artıq bədən çəkisi gənc yaşlarından toplanıbsa və bütün həyatı boyu saxlanılıbsa, insan həyatını orta hesabla 7-8 il gödəldir, insanın onsuz da qısa ömründən 7-8 il - o nə deməkdir, onu bilmək lazımdır, onun üçün mübarizə aparmaq insan yaşayışı üçün çox vacibdir.

Bunun vahid yolu mötədil qidalanmaqdır. Mülayim, sadə qidalanmaq, demək deyil ki, bütün günü ac qalmaq lazımdır. Amma cürbəcür qidalanmaq olar. Süfrə arxasında oturmaq, aclığı söndürmək və süfrədən durmaq olar.

Yeməyi davam etmək, bəzən tam doyunca yemək, hətta hələ mədədə yer də qalmayıb, ancaq güclü yeməyi itələmək çox pis nəticələrlə rastlaşacaqdır. Bax bu cür üsulla qidalanma -tam doyunca yemək, qoy bu hər gün olmasın, yalnız bayram günlərində, insanların əksəriyyətində bədənin çəkisinin artıqlaması ilə toplanmasına zəmanət, təminat verir.

Uşaqları mötədil yedirtmək lazımdır. Köklük – sağlamlığın əlamətləri deyil. İnsan yaşayışının bütün dövrlərində o gərək qədd-qamətliyin, bədənin fiqurunu saxlaya bilsin. Yadda saxlamaq lazımdır ki, artıq bədən çəkisinin toplanmasma yol vermək olmaz, xüsusilə o yaşda ki, enerji sərfı azalmağa başlayır, iştaha isə elə belə qalır ki, gənclikdə olduğu kimi.

Qidalanmada üçüncü qayda – müntəzəmlik, düzgünlükdür. Bu o deməkdir ki, süfrə arxasında gün ərzində müəyyən vaxtda və müəyyən miqdarda qida qəbul edilsin. Yaşlı adamlar - üç dəfədən az olmayaraq, amma yaxşı olar ki, dörd dəfə. Uşaqlar, yeniyetmələr, ahıl və qoca yaşlı insanlar - dörd dəfədən az olmayaraq, yaxşı olar ki, 5 dəfə qida qəbul etsinlər. Müntəzəmlik - bir daha o deməkdir ki, qida qəbulu günün müəyyən saatlarında rejim qaydalarına uyğun təşkil edilsin. Olur ki, bəziləri qida qəbulunu saat 9-da qəbul edir, sabah yox, birisi gün tamamilə səhər yeməyi yemirya nahar yeməyi ya saat 12-də, bəzən 3-də, bəzən isə 5-də təşkil olunur. Bütün bunlara yol vermək olmaz. Hələ heç kəs hesablamayıb ki, belə nizamsız, qarma-qarışıq, qaydasız qidalanma nəticəsində insanlar öz həyat yaşayışlarından nə qədər itirirlər. Amma fikirləşmək lazımdır ki, çox yeməklə artıq bədən çəkisinin toplanması 7-8 il ömür azaldır.

 

(davamı növbəti saylarımızda)

 

Maqsud QASIMOV,

Azərbaycan Tibb Universitetinin qidalanmakommunal-gigiyena kafedrasının professoru, tibb elmləri doktoru

 

Respublika. - 2015.- 9 yanvar.- S.4.