İlin yekunları nikbin proqnozlara əsas verir

 

Neft sənayesi

 

Azneft” İB-nin qocaman neft qazçıxarma idarəlrindən biri olan Ə. C. Əmirov adına NQÇİ üzrə 2014-cü ilin yekunları uğurludur. NQÇİ üzrə neft hasilatı tapşırığı 104,5 faiz yerinə yetirilmişdir. Əvvəlki illə müqayisədə neft hasilatı xeyli çox olmuşdur. Hesabat ilində neft təhvili tapşırığı 104,6 faiz yerinə yetirilmişdir. Keçən illə müqayisədə neft təhvili +8,5 faiz çox olmuşdur.

2014-cü ilin yekunlarına görə qaz hasilatı tapşırığı 104,0 faiz yerinə yetirilmişdir. Əvvəlki illə müqayisədə qaz hasilatı xeyli artmışdır. Hesabat ilində qaz təhvili tapşırığı artıqlaması ilə yerinə yetirilmişdir.

Ötən il qazımadan (521 saylı) quyu istismara daxil etmiş bu quyudan 660,0 ton neft hasil edilmişdir.

Ötən il həmçinin ikinci yan lülə ilə qazımadan Atəşgah Lökbatan sahəsində qeyri-işlək fondda olan quyulardan 3 quyu istismara daxil olmuşdur bu quyulardan 509,0 ton neft hasil edilmişdir. Lökbatan sahəsində 1 quyu ikinci yan lülə ilə qazılmış artıq mənimsəmədədir.

Onu da qeyd edim ki, 2013-cü ildə fəaliyyətsiz quyu fondundan 3 quyu istismara daxil edilmiş bu quyulardan 377,0 ton neft 3039 min kubmetr qaz hasil edilmişdir.

İstismar quyularının yüksək məhsuldarlıqla optimal rejimdə işləmələrinin təmin edilməsində geoloji-texniki tədbirlərin rolu yüksəkdir. Belə ki 2014-cü il ərzində planla 131 geoloji tədbir həyata keçirməklə, 14170,0 ton neft (+670,0 ton çox) 3420,0 min kubmetr qaz (+3420,0 min kubmetr çox) hasil edilmişdir. 2014-cü il ərzində planla 204 texniki tədbir həyata keçirməklə, 2652,0 ton neft hasil edilməsi nəzərdə tutulduğu halda, faktiki 221 texniki tədbir həyata keçirməklə, 3597,9 ton neft (+945,9 ton çox) hasil edilmişdir.

Ötən il 168 əsaslı təmir işi aparmış, 14066,0 ton neft hasil edilmişdir.

4198 yeraltı təmir işi görən neftçilər neft qaz hasilatını artırmaq üçün səylərini davam etdirirlər.

2014-ci il ərzində NQÇİ-nin elektrik enerjisi sərfi 17243,957 min kVt- saat təşkil etmişdir. NQÇİ-nin sərf etdiyi elektrik enerjisi 2013-cü ilə nisbətən 740,704 min kVt- saat az olmuşdur.

2014-cü il ərzində elektrik təchizatının etibarlılığını artırmaq məqsədi ilə 2,5 km uzunluğunda xətlər təmir edilmişdir.

4 saylı sexin yeni tikilmiş məntəqəsində elektrik təchizatı quraşdırılıb başa çatdırılmışdır. Qalmaz sahəsində 2,5 km uzunluğunda hava xətti quraşdırılıb istismara verilmişdir. 1 km. uzunluğunda hava xəttinin qəzalı vəziyyətdə olan hissəsi əsaslı təmir edilərək, yenidən qurulmuş digər yerlərdə güc avadanlıqları quraşdırılıb istifadəyə verilmişdir.

“2kV-luq elektrik şəbəkəsindən 6 kV-luq elektrik şəbəkəsinə keçidobyekti layihəsi üzrə 9 ədəd y/stansiyada tikinti-quraşdırma işləri başa çatdırılmış, 4 ədəd yarımstansiyada avadanlıqlar quraşdırılmış, 70 km uzunluğunda kabel xətləri çəkilmişdir.

Ötən il ərzində yerinə yetirilən təmir-tikinti, yenidənqurma sosialyönümlü işlər davam etdirilir.

Belə ki, NQÇİ-nin bir neçə sexinin inzibati binaları tikilib istifadəyə verilmişdir. Həmçinin 1 saylı neft qazçıxarma sexində 4 saylı NQÇS- operatorlar üçün inzibati bina tikilib istifadəyə verilmişdir. Yeni tikilmiş təmir edilmiş inzibati binalar mebel məişət avadanlığı ilə təmin edilmişdir.

1 3 saylı sexlərin xidmət sahələrinin neft-yığım-nəql sistemi yenidən qurulmuş, atqı xətləri kollektor dəyişdirilmişdir.

Əmtəə çənlərində abadlaşdırma, bəndlənmə hasarlanma işləri, 4 saylı NQÇS-nin inzibati binaları ətrafında abadlıq, hamarlama işləri aparılmış, asfalt örtüyü salınmış ağaclar əkilmişdir.

Ötən il ərzində ətraf mühitin mühafizəsi üzrə görülmüş işlər ürəkaçandır. Yola saldığımız il ərzində 6,835 min metr neft kollektoru, 2,278 min metr qaz xətti, 2,495 min metr mədən su kollektorları, 4,3 min metr yol təmir edilmiş, 1,336 min metr mədəndaxili kanallar, 9,44 ha mədən ərazisi tör-töküntüdən təmizlənmiş, neft yığma məntəqələrində 30 ədəd neftvuran, 22 ədəd suvuran nasoslar təmir edilmişdir. 75 ədəd torpaq-anbar ləğv edilmiş, 334 ədəddən artıq yerüstü avadanlıqlar (quyuağzı avadanlıq, çənlər, nasoslar, siyirtmələr, fontan armaturları, neft xətləri s.) rənglənmiş, sahələrdə 1800 ədəd ağac əkilmişdir. 1483 saylı quyu vakkum qaz xəttinə qoşulmuş, 125 ədəd quyu boruarxası hermetik bağlanmış, 7750 metr atqı xətti torpaq altına basdırılmışdır.

2014-cü il ərzində 608953 kubmetr lay suyu çıxarılmış, suvurma suyun utilizasiyası sahəsi genişləndirilmiş, 211808,0 kubmetr lay suyu utilizasiya edilmiş, 397145,0 kubmetr isə texniki məqsədlər üçün istifadə edilmişdir.

Ötən il ərzində quyuların ətrafına, mədəndaxili yollara, NYM-in ərazisinə, bəndvurma işlərinə s. çirklənmiş sahələrə 8263,0 kubmetr torpaq, 444,0 kubmetr ştib daşınaraq, 0,364 ha sahə abadlaşdırılmışdır.

Əmək şəraitinin yaxşılaşdırılması sağlamlaşdırılmasına yönəlmiş tədbirlərin yerinə yetirilməsi, təmir-tikinti, yenidənqurma, ətraf mühitin mühafizəsi sahəsində sosialyönümlü işlərin görülməsi nəticəsində Ə.C.Əmirov adına NQÇİ-nin əmək kollektivi 2014-cü ili hər hansı istehsalat bədbəxt hadisəsi peşə xəstəliyi olmadan başa vurmuşdur.

Əldə edilən bu uğurların 2015-ci ildə davam etməsi üçün neftçilərimiz səylərini birləşdirərək daha böyük uğurlara imza atmaq, neft qaz hasilatını artırmaq əzmilə işləyirlər.

 

Ramin QULİYEV,

Ə.C.Əmirov adına NQÇİ-nin rəisi

 

Respublika. - 2015.- 9 yanvar.- S.4.