Tanınmış bəstəkar musiqi xadimi

Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Əməkdar İncəsənət xadimi, tanınmış bəstəkar, musiqişünas, alim-folklorçu, professor Nəriman Məmmədov incəsənətdə öz layiqli yolunu tapmış şəxsiyyətlərdəndir. Nəriman Məmmədov musiqi tariximizdə öz sözünü demiş, özünəməxsus yer tutmuş musiqi xadimlərindəndir.

Nəriman Məmmədov 1927-ci il dekabr ayının 28-də Naxçıvan şəhərində doğulub. Kiçik yaşlarından musiqinin vurğunu olub. Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun xalq çalğı alətləri musiqi nəzəriyyəsi şöbələrini bitirən Nəriman bu illər xalq çalğı alətləri üçünSuita”sını bəstələyir. Suita görkəmli bəstəkar dirijor Səid Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinin ifasında səslənib. O, təhsilini davam etdirərək Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə, sonralar isə bəstəkarlıq şöbələrini uğurla bitirmişdir.

Bəstəkar özü müsahibələrinin birində belə deyirdi: “Mən çox xoşbəxtəm ki, uşaq yaşlarından ən yaxşı müəllim musiqiçilərdən dərs almışam. İlk tar müəllimim Naxçıvanda Səfər Rəcəbli olub. Bakı Musiqi Texnikumunda Əhməd Bakıxanov, Zülfü Adıgözəlov, Seyid Şuşinski, Adil Gəray kimi müəllimlərin şagirdi olmuşam. Mən konservatoriyanın bəstəkarlıq musiqişünaslıq fakültəsini bitirmişəm. O vaxt Üzeyir Hacıbəyovun təklifi ilə Moskvadan gəlmiş Nikolay Çumakovun nəzəriyyə, bununla yanaşı professor Georgi Şaroyevin piano ixtisası üzrə siniflərini, ikinci dəfə isə Cövdət Hacıyevin bəstəkarlıq sinfini bitirmişəm.”

Nəriman Məmmədovun yaradıcılığı musiqisevərlər tərəfindən rəğbətlə qarşılanır. Bəstəkarın müxtəlif musiqi janrlarını əhatə edən yaradıcılıq irsi çox zəngindir. O, 7 simfoniyanın, 2 baletin, 3 musiqili komediyanın, 2 müziklin, 7 instrumental konsertin, 3 oratoriyanın, 3 kantatanın, 25-dən artıq dram tamaşasına yazılmış musiqinin, 300-dən artıq mahnı çoxlu sayda kamera-instrumental əsərlərin müəllifidir. Bəstəkarın böyük Azərbaycan şairi Səməd VurğununKomsomolpoemasının motivləri əsasında yazdığıHumaybaleti 1981-ci ildə Azərbaycan Dövlət Akademik Opera Balet Teatrında uğurla səhnəyə qoyularaq müəllifinə şöhrət gətirib. N.Məmmədovun balet janrında yaratdığı ikinci əsəri isə dahi Azərbaycan şairi Hüseyn Cavidin pyesi əsasında yazdığıŞeyx Sənanbaletidir. N.Məmmədovun ən böyük arzularından biriŞeyx Sənan”ı səhnədə görmək idi: “Hüseyn Cavid bir şəxsiyyət kimi mənim yaradıcılığımda xüsusi yer tutur. Bu da ondan irəli gəlir ki, mən bu əvəzsiz, böyük şairin bütün yaradıcılığını mənimsəmişəm. Onun sözlərinə çoxlu romanslar yazmışam hər dəfə oxuyanda da onun yaratdığı obrazların yeni xarakterik cizgilərini görürəm. Ona görə Şeyx Sənanbaletini yazmağım təsadüfi deyil. Təəssüf ki, mən bu baleti hələlik səhnəyə gətirə bilmirəm.”

Elə bil ki, o isə hiss etmişdi. Doğrudan da, amansız əcəl onun bu digər arzularını həyata keçirməyə imkan vermədi...

Nəriman Məmmədovun musiqili-səhnə əsərlərindən Tofiq Bakıxanovla birgə yazdığı 3 musiqili komediyası - “Altı qızın biri Pəri”, “Qız görüşə tələsirMəmmədəli kurorta gedirmusiqili-komediyaları tamaşaçıların rəğbətini qazanıb.

Bəstəkarın yaradıcılığında instrumental musiqi müxtəlif janrlarla təmsil edilir. Onun xüsusilə proqram xarakterli simfoniyaları - Hüseyn Cavidə həsr olunmuş IV simfoniyası, Xocalı faciəsinə həsr olunmuş VII simfoniyası Fərhad Şirinpoeması diqqətəlayiqdir.

Nəriman Məmmədovun instrumental konsertləri musiqi ictimaiyyəti tərəfindən maraqla qarşılanıb. Onun fortepiano ilə orkestr, skripka ilə orkestr, tar ilə orkestr üçün yazılmış əsərləri ifaçıların repertuarına daxil olmuş uğurlu əsərlərdir.

Bəstəkarın yaradıcılığında mahnı romansların xüsusi yer tutması səbəbindən onu haqlı olaraqlirik bəstəkaradlandırırlar. BəstəkarınXumar baxışlar”, “Kaş səni görməyəydim”, “Üzmə məni”, “Sənin eşqin s. lirik mahnıları öz səmimiliyi ilə xalqın qəlbinə yol tapıb.

Bəstəkarlıqla yanaşı Nəriman Məmmədov folklorşünaslıq sahəsində diqqətəlayiq xidmətləri olan musiqiçi kimi tanınıb. Hələ tələbəlik illərindən başlayaraq N.Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq İncəsənət İnstitutunun əməkdaşı kimi çalışıb. O, ekspedisiyalarda uzun illər topladığı xalq mahnıları rəqsləri Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın himayəsilə hazırlanan 7 cilddən ibarətAntologiya”da çap edilmişdir.

O, 40 ildən artıq klassik musiqi abidəmiz olan muğamların not yazısı tədqiqi ilə məşğul olub. Müxtəlif illərdə Nəriman Məmmədovun nota saldığıÇahargahRastvokal-instrumental muğamları, “Bayatı-ŞirazŞurinstrumental muğamları MoskvanınSovetski kompozitornəşriyyatında, habeləRast”, “Çahargah”, “Humayun”, “Segah-zabul”, “Şahnaz”, “Rahabinstrumental muğamları Bakıda çapdan çıxıb. Onun nota saldığı bir çox muğamlar dünyanın görkəmli musiqi mərkəzlərində saxlanılır. Böyük musiqi sənətkarları Qara Qarayev, Fikrət Əmirov, Niyazi onun muğam tədqiqatlarını yüksək qiymətləndirmişlər. Bununla yanaşı N.Məmmədov professor Əhməd İsazadə ilə birlikdə iki hissədən ibarətXalq mahnı oyun havalarıməcmuəsini çap etdirib.

Bəstəkarın pedaqoji fəaliyyəti çox önəmli olmuşdur. O, uzun illər A.Zeynallı adına Bakı Musiqi Texnikumunda, 60-cı ildən isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında müəllim kimi çalışıb. Bəstəkar həmçinin Bakı Musiqi AkademiyasınınXalq musiqisinin tarixi nəzəriyyəsikafedrasının professoru kimi fəaliyyət göstərib.

Görkəmli bəstəkar, alim qayğıkeş müəllim Nəriman Məmmədovun çoxtərəfli yaradıcılığı pedaqoji fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur.

Azərbaycan professional musiqisinin görkəmli nümayəndəsi, ömrünü musiqiyə, yaradıcılığa həsr etmiş N.Məmmədov 6 aprel 2015-ci ildə həyata gözlərini əbədi olaraq yumdu. Lakin inanırıq ki, onun səhnə əsərləri, mahnıları, kamera-instrumental əsərləri müxtəlif nəsillərdən olan ifaçıların repertuarında, radio televiziyada səslənərək xalqımıza bədii-estetik zövq verəcək, gənc nəsil bəstəkarların formalaşmasında əhəmiyyətli rol oynayacaqdır.

Günay MƏMMƏDOVA, sənətşünaslıq üzrə fəlsəfə doktoru.

Respublika.- 2017.- 16 dekabr.- S.11.