Rus Dram Teatrında əfsanəviMixaylo”nun yubileyi qeyd edilib

 

Rus Dram Teatrında əfsanəviMixaylo”nun yubileyi qeyd edilib

Dekabrın 19-da Mədəniyyət Turizm Nazirliyi, Kinematoqrafçılar İttifaqı Dövlət Film Fondunun təşkilati dəstəyi ilə S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Azərbaycanın Rusiyanın Xalq Artisti Nodar Şaşıqoğlunun 90 illik yubileyi qeyd edilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan Kinematoqrafçılar İttifaqının birinci katibi, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev aktyorun qeyri-adi xarizma istedada malik olduğunu söyləyib. Qeyd edib ki, Nodar Şaşıqoğlu bir çox filmə çəkilib, maraqlı personajlardan ibarət bütöv bir qalereya yaradıb. Onun yaradıcılığının kulminasiya nöqtəsi isə əfsanəvi kəşfiyyatçı partizan Mehdi Hüseynzadə - “Mixayloobrazıdır. Məhz bu parlaq obraz aktyorun adını Azərbaycan kinematoqrafiya tarixinə həmişəlik olaraq yazıb.

Sonra Rus Dram Teatrının baş rejissoru, Xalq Artisti Aleksandr Şarovskiy teatrın aktyorları Nodar Şaşıqoğlunun həyat yaradıcılığından danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Yubiley gecəsində aktyorun çəkildiyiUzaq sahillərdə”, “Onun böyük ürəyi digər filmlərdən kadrlar nümayiş etdirilib

Respublika.- 2017.- 20 dekabr.- S.6.