Fərhad Bədəlbəylinin 70 illik yubileyi geniş konsert proqramı ilə qeyd olunub

Dekabrın 25-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli pianoçu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti, Dövlət mükafatı laureatı, “İstiqlalordenli, professor Fərhad Bədəlbəylinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət hökumət nümayəndələri, elm, mədəniyyət incəsənət xadimləri iştirak ediblər.Solistlər Xalq artistləri Fərhad Bədəlbəyli, Yeganə Axundova, Murad Hüseynov, Murad Adıgözəlzadə olan gecə Xalq Artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri çıxış edib.Konsert proqramında Corc Qerşvin fortepiano orkestr üçün konsert, Pablo MaskanyininKənd namusuoperasındanPayız gülləri”, Fransis Pulenkin iki fortepiano orkestr üçün konserti, Sergey Raxmaninovun iki fortepiano üçün 2 saylı süita əsərləri səsləndirilib.Tamaşaçılar tərəfindən maraqla qarşılanan konsertdə ən yaddaqalan məqam yubilyarın həm dirijor kimi səhnəyə çıxması olub.Qeyd edək ki, Bakıda görkəmli rejissor, Azərbaycanın Xalq Artisti Şəmsi Bədəlbəylinin ailəsində dünyaya göz açan Fərhad Bədəlbəyli 1965-1969-cu illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (professor M.R.Brennerin sinfində), 1969-1971-ci illərdə isə P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında (dosent B.Davidoviçin sinfində) oxuyub. Hələ gənc yaşlarından böyük uğurlara imza atan pianoçu qısa bir vaxtda şöhrət qazanıb. O, dünyanın müxtəlif - Bolqarıstan, Yunanıstan, Danimarka, İsrail, İtaliya, Kuba, Norveç, Portuqaliya, Tunis, Türkiyə, Finlandiya, Fransa, Çexoslovakiya, İsveçrə, Yaponiya başqa ölkələrində mədəniyyətimizi layiqincə təmsil edib. Hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasına rəhbərlik edən Fərhad Bədəlbəyli gənc ifaçıların yetişməsində yorulmadan fəaliyyət göstəri.

Respublika.- 2017.- 26 dekabr.- S.15.