Səməd Vurğun türk dünyasıməqalələr toplusu çapdan çıxıb

Mədəniyyət Turizm Nazirliyi, Səməd Vurğunun ev-muzeyi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilənSəməd Vurğun ədəbi türk dünyasımövzusunda respublika elmi konfransının materialları toplu halında çapdan çıxıb. İnstitutun elmi şurasının qərarı ilə nəşr olunan toplunun elmi redaktoru akademik İsa Həbibəyli, rəyçilər filologiya elmləri doktorları Almaz Ülvi Yaşar Qasımbəyli, redaktoru Aslan Salmansoydur.

AZƏRTAC xəbər verir ki, nəşrdə Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz ÜlvininÖzbək poeziyasında Səməd Vurğun mövzusu”, ədəbiyyat nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aslan SalmansoyunSəməd Vurğun yaradıcılığına türk ədəbiyyatının təsiri”, institutun doktorantı Ağahüseyn ŞükürovunSəməd Vurğun qazax ədəbiyyatı”, elmi nəşrlər proqnozlaşdırma şöbəsinin müdiri Töhfə TalıbovanınSəməd Vurğun tatar şairi Musa Cəlil”,  türk xalqları ədəbiyyatı şöbəsinin elmi işçisi Mehman HəsəninSəməd Vurğun qırğız ədəbiyyatı”, Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin dissertantı Sənubər SəmədovanınSəməd Vurğun - müstəqillik illərində özbək mətbuatında”, Leyla KərimovanınSəməd Vurğun Mehmet Akif Ərsoy”, M.Füzuli adına Əlyazmalar İnstitutu direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa KərimovunSəməd Vurğun Məhəmmədhüseyn Şəhriyarmövzularında məqalələri yer alıb.

Respublika.- 2017.- 1 iyul.- S.7.