Qusar Dövlət Ləzgi Dram Teatrının aktyorlarıFəxri mədəniyyət işçisidöş nişanı ilə təltif olunublar

Qusar Dövlət Ləzgi Dram Teatrının üç aktyoruFəxri mədəniyyət işçisidöş nişanı ilə təltif olunub.

AZƏRTAC xəbər verir ki, döş nişanları iyunun 30-da Qusar Dövlət Ləzgi Dram Teatrının yaranmasının 25 illiyi münasibətilə təşkil olunan təntənəli mərasimdə kollektivin üzvlərinə təqdim edilib.

Yubiley tədbirində mədəniyyət turizm naziri Əbülfəs Qarayev, Qusar rayon rəhbərliyi, elm incəsənət xadimləri, teatrsevərlər, eləcə rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.

Yubiley münasibətilə Qusar şəhərinin mərkəzindəki general Mahmud Əbilov adına meydanda multikulturalizmi təbliğ edən ləzgi folklor nümunələri təqdim olunub.

Mərasimə qatılanlar Qusar Mədəniyyət Sarayında yerli əhalinin tarixi yaşam tərzini, xalq yaradıcılığını, folklorunu, sənətkarlığını əks etdirən maraqlı sərgini izləmək imkanı da qazanıb.

Mədəniyyət turizm naziri Əbülfəs Qarayev çıxışında Qusar Dövlət Ləzgi Dram Teatrının kollektivini yubiley münasibətilə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Nazir bildirib ki, Qusar Azərbaycanın turizm potensialına görə öndə gedən rayonlarından biridir. Son illər ölkəmizə gələn turistlərin sayının xeyli artmasında bu rayonun ərazisində fəaliyyət göstərənŞahdağTurizm Mərkəzinin payı var. Turistlərin daha çox ziyarət etdiyi  regionlarda turizm obyektləri ilə paralel olaraq mədəniyyət ocaqlarının, o cümlədən muzeylərin, teatrların fəaliyyəti yüksək səviyyədə təşkil olunmalıdır.

Əbülfəs Qarayev qeyd edib ki, 25 il əvvəl Qusarda yaradılan bölgə teatrı regionda teatr sənətinin inkişafına öz töhfələrini verib. Son illərdə maddi-texniki bazanın möhkəmləndirilməsi sayəsində kollektiv respublika miqyaslı müsabiqələrdə bir sıra nailiyyət qazınıb, klassik müasir dramaturqlarımızın əsərlərini bölgə tamaşaçılarına özünəməxsus tərzdə təqdim edir.

Rayon icra hakimiyyətinin başçısı Şair Alxasov Qusar Dövlət Ləzgi Dram Teatrının rayonun mədəni mühitinin formalaşmasında, teatr sənətinin inkişafında əhəmiyyətli rol oynadığını vurğulayıb.

Çıxışlardan sonra teatrın kollektivi fəxri fərmanla, aktyorlar Həsrət Nəsrullayev, Kifayət Yusifova Yalçın Qaraxanov isəFəxri mədəniyyət işçisidöş nişanı ilə təltif olunub.

Qusar Dövlət Ləzgi Dram Teatrının direktoru Faiq Qardaşov bildirib ki, son illər teatrın inkişafında əsaslı köklü dəyişikliklər baş verib. Tamaşaların bədii tərtibatı, məzmunu, rejissor işi, aktyor oyununun təkmilləşdirilməsi nəticəsində tamaşaçıların teatra olan marağı daha da artıb. Diqqətə çatdırılıb ki, teatr fəaliyyətdə olduğu bu 25 ildə 110-a yaxın səhnə əsərini tamaşaçılara təqdim edib.

Mərasimdə Qusar Dövlət Ləzgi Dram Teatrının yubiley münasibətilə hazırladığıYaradan, yaşadan teatradlı kompozisiya təqdim olunub. Kompozisiya müxtəlif tamaşalardan hissələr, milli rəqslər, həmçinin Azərbaycan ləzgi dillərində mahnı şeirlərdən ibarət olub. Maraqla qarşılanan səhnə əsərinin quruluşçu rejissorları Laləzar Hüseynova Bağır Əhmədovdur.

Respublika.- 2017.- 1 iyul.- S.5.