Gənclər daha yaxşı gələcək uğrunda" kampaniyasına yekun vurulub

Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) Gənclər İdman Nazirliyinin BMT-nin Əhali Fondunun dəstəyi ilə reallaşdırdığıGənclər daha yaxşı gələcək uğrundakampaniyasına iyunun 6-da yekun vurulub.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar ADA Universitetində təşkil olunan tədbirdə çıxış edən BMT-nin əhali Fondunun Azərbaycan üzrə baş müşaviri Fərid Babayev kampaniyanın gəncləri BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq, təhsil, sağlamlıq gender bərabərliyi məsələlərinə dair məlumatlandırmaq məqsədi daşıdığını bildirib.

GTMŞ-nin sədri Seymur Hüseynov bildirib ki, kampaniya gənclər üçün böyük əhəmiyyət daşıyır. Gənclər təşkilatları arasında keçirilən sorğuda gənclərimiz Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə verməyə hazır olduqlarını qeyd ediblər. Bundan başqa, kampaniya çərçivəsində keyfiyyətli təhsil, gender bərabərliyi, yaxşı səhiyyə rifah məqsədləri üzrə 3 sosial videoçarx hazırlanaraq ictimaiyyətə təqdim olunub. Eyni zamanda, “Məqsədlərə doğru birlikdə!” adlı sosial aksiya keçirilib. Bununla yanaşı, Lənkəran, Şəki, Quba Gəncə şəhərlərində ikigünlük təlimlər təşkil olunub.

Gənclər idman nazirinin müavini İntiqam Babayev bildirib ki, Azərbaycanda gənclərlə bağlı görülən işlərin təməlində ulu öndər Heydər Əliyevin ideyaları dayanır. Azərbaycanda gənclər sahəsində görülən işlər bir çox ölkələr üçün nümunə təşkil edir. Dayanıqlı İnkişaf Məqsədlərində bir çox məqamlarda gənclərin bilavasitə qərarvermə prosesində iştirakı üçün əlverişli şərait yaradılır.

Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycanda təhsil səhiyyə sahələrində keçirilən islahatların gənclər üçün daha münbit şərait yaratdığını bildirib.

Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Təhsil Nazirliyinin Aparat rəhbərlərinin müavini Fərzəli Qədirov Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibliyinin rəhbəri Hüseyn Hüseynov BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq Azərbaycanda görülən işlərdən danışıblar.

Tədbirdə musiqili proqram çərçivəsində tanınmış şəxslər çıxış edərək Dayanıqlı İnkişaf Məqsədləri haqqında gənclərə çağırışlar edib onlarıHəmrəylik lövhəsinəimza atmağa səsləyiblər. Aksiya zamanı, həmçinin mövzu ilə bağlı müxtəlif viktorinalar keçirilib qaliblərə hədiyyələr təqdim olunub. Ümumilikdə 1035 gənc lövhəni imzalayaraq Dayanıqlı İnkişaf Məqsədlərinə dəstəyini nümayiş etdirib.

Respublika.- 2017.- 7 iyun.- S.5