Ümummilli lider xilaskarlıq missiyasını qətiyyətlə və şərəflə yerinə yetirdi

 

15 iyun Milli Qurtuluş Günüdür

 

1990-cı illərin əvvəllərində, Azərbaycan XX əsrdə ikinci dəfə öz dövlət müstəqilliyini əldə etdikdən sonra yenidən çox böyük çətinliklərlə üzləşmişdi. Ölkə daxilində hakimiyyət uğrunda mübarizənin fonunda baş alıb gedən xaosanarxiya respublikanı uçuruma sürükləyirdi. Belə ağır zamanda, dövlətin, millətin taleyiolum, ya ölüm” dilemması qarşısında qalanda xalqın ziyalıları üzlərini xalqın böyük oğlu Heydər Əliyevə tutdu, onu Vətəni, milləti xilas etməyə qadir olan bir siyasi təşkilat yaratmağa, Azərbaycanın bütün mütərəqqi qüvvələrini bu amal ətrafında toplamağa dəvət etdilər. Xalqın qəzəbindən qorxan hökumət də Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb edən ziyalıların səsinə səs verdi.

Azərbaycanın görkəmli oğlu böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə, şübhəsiz, kənardan baxa bilməzdi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Milyonlarla insanlar onu qarşılamağa çıxmışdılar, sözün əsl mənasında “iynə atsaydın yerə düşməzdi”. Bununla da daxilixarici düşmənlərimizin bütün planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən bu nəhəng şəxsiyyət həyatını təhlükə altında qoyaraq Gəncəyə getdi. Hadisələrin daha faciəli nəticələrə gətirib çıxarmaması üçün öz sözünü dedi. Heydər Əliyevin Gəncəyə səfəri vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı. Ulu öndərin Gəncəyə səfəri xilaskarlıq missiyası, qətiyyət və cəsarət nümunəsi idi. Ümummilli liderimiz Gəncədə baş verən hadisələrə münasibət bildirərkən demişdir: “Hadisələr dəhşətlidir. Qan tökülüb, cinayət edilib. Bunlar araşdırılmalıdır və qanunu pozmuş bütün adamlar, cinayətdə iştirak etmiş adamlar, cinayəti təşkil etmiş, hansı tərəfdən asılı olmasına baxmayaraq qanun qarşısında məsuliyyət daşımalıdırlar”. Bütün gəncəlilər bu gəlişi böyük ümid və sevinclə qarşıladılar. Bəli, ümummilli lider müstəqilliyin itirilməsi, dövlətçiliyin məhv edilməsi təhlükəsi qarşısında qaldığı bir vaxtda xalqın tələbi ilə hakimiyyətə qayıtdı və özünün xilaskarlıq missiyasını həyata keçirməyə başladı.

Qısa bir zamanda dahi rəhbərin siyasi iradəsi və xalqın dəstəyi sayəsində ölkədə əmin-amanlığa təhlükə törədən, müxtəlif siyasi maraqlara xidmət edən qanunsuz silahlı dəstələr ləğv edildi, ictimai-siyasi sabitlik bərqərar oldu. 1994-cü ilin mayında Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs elan olundu, sentyabrda isə dünyanın aparıcı neft şirkətləri ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında “Əsrin müqaviləsi” imzalandı. Azərbaycanda demokratik dövlət quruculuğu ilə məşğul olmaq, iqtisadi-siyasi islahatlar aparmaq üçün vaxtimkan yarandı. Ulu öndərin rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyası hazırlandı və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Böyük peşəkarlıqla hazırlanmış əsas qanunumuz ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çəkdi. Konstitusiyada hakimiyyət bölgüsü prinsipləri dəqiq formalaşmış, zamanın tələbi ilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi üçün fundamental hüquqi zəmin yaradılmışdır. Konstitusiyada əksini tapmış strateji məqsədlər, ilk növbədə, insan haqları, söz və fəaliyyət azadlıqlarının qorunması kimi demokratik prinsiplərin real həyatda tətbiqini zərurətə çevirmişdir. Əsas Qanunda irqindən, cinsindən, milliyyətindən, dinindən, dilindən, əqidəsindən, siyasisosial mənsubiyyətindən asılı olmayaraq, hər bir insanın qanun qarşısında bərabərliyi prinsipi qanunvericilik, icra və məhkəmə orqanları qarşısında əsas vəzifə kimi qoyulmuşdur. Ümummilli liderin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkənin demokratikləşdirilməsi iqtisadi islahatların sürətlə həyata keçirilməsi və siyasi islahatların genişlənməsi fonunda baş verirdi.

Azərbaycan dövlətinin təşəbbüsü ilə respublikanın və ümumilikdə bütün regionun iqtisadi inkişafına təkan verən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi beynəlxalq layihələr reallığa çevrilir, respublikanın beynəlxalq əlaqələri və nüfuzu möhkəmlənirdi. Ölkəmizin dünyaya inteqrasiya prosesiuğurla gedirdi. Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü seçildi.

Ümumiyyətlə Ulu öndər keçən əsrin 70-ci illərində sovet Azərbaycanında quruculuq missiyasını şərəflə həyata keçirdiyi kimi, o ağır illərdən əvvəl Azərbaycan tarixinin taleyüklü məsələlərlə dolu bir dövrü də Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Azərbaycanda ilk dəfə 1969-1982-ci illərdə hakimiyyətdə olan ulu öndər Azərbaycan xalqını zamanın ən çətin sınaqlarından çıxararaq, ölkənin iqtisadi, siyasi və mədəni tərəqqisinə nail olmuş, geniş vüsət alan inkişaf proseslərinə təkan vermişdir. Ümummilli lider ömrü boyu Azərbaycan xalqının rifahı naminə çalışmış və hansı sahədə çalışmasından asılı olmayaraq, bacarığı, qabiliyyəti, fitri istedadı ilə diqqəti cəlb etmişdir. Məhz Heydər Əliyevin rəhbərliyi altında 13 il dalbadal keçmiş sovet hakimiyyətinin keçici qırmızı bayrağına layiq görülmüş Azərbaycan geridə qalmış kənd təsərrüfatı respublikasından qabaqcıl sənaye ölkəsinə çevrilmişdir. Əfsuslar ki, məlum səbəblərdən Azərbaycanın tutduğu yüksək mövqe səriştəsiz rəhbərlərin ucbatından itirilmiş, o dövrdə Heydər Əliyevin gərgin zəhməti, zəngin təcrübəsi və tələbkarlığı sayəsində aqrar-sənaye kompleksində toplanmış potensial dağıdılmışdı.

Belə bir vəziyyətdə xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı bu sahədə də mövcud böhranın aradan qaldırılması ilə nəticələndi. Aqrar sahədə başlanan köklü islahatlar kənd təsərrüfatında yaşanan tənəzzülün qarşısını almaqla bərabər, onu yeni inkişaf yoluna çıxardı. Bəli, ümummilli lider MDB məkanında ilk dəfə olaraq aqrar islahatlara start verdi. Məhz, ulu öndərin müdrik siyasəti nəticəsində ölkədə xüsusilə çörək və bəzi qida məhsullarının problemi həll olunmuş, taxıl istehsalı ilbəil artmışdır. Möhkəm əsaslar üzərində qurulan, aqrar sahənin inkişafına yönəldilən bu siyasətin nəticəsi olaraq son illər aqrar-sənaye kompleksində çalışan fermersahibkarlar, alim və mütəxəssislər tərəfindən böyük rəğbətlə qarşılanan bir çox sənədlər və dövlət proqramları, vacib sərəncamlar və qərarlar qəbul edilmişdir. Bu sənədlər aqrar islahatların gedişini sürətləndirmiş, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını təmin etmiş, bölgələrdə sahibkarlığın inkişafına güclü təkan vermişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik və məqsədyönlü sosial-iqtisadi inkişaf siyasətinin praqmatik dövlət başçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davamlı inkişaf etdirilməsi nəticəsində ölkəmiz demokratik inkişaf yolunda sürətlə irəliləməkdədir. Müstəqil dövlətimizin sosial-iqtisadi inkişaf siyasətinin əsasını təşkil edən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları (2004-2008, 2009-2013, 2014-2018-ci illər)” bütün əsas sahə və göstəricilər üzrə müvəffəqiyyətlə yerinə yetirilir. Ölkəmiz bir çox makroiqtisadi göstəricilərin artım sürətinə görə dünyada liderlər sırasına daxil olmuşdur. Müasir regional siyasət və idarəetmənin əsas məqsədi ölkədə yeridilən sosial-iqtisadi inkişaf siyasətinin və idarəetmə sisteminin məqsəd və vəzifələrinin regional miqyasda həyata keçirilməsini təmin etməklə, ölkənin regionlarının sosial-iqtisadi inkişafında hər bir konkret dövrün tələblərinə uyğun səmərəliliyə və ədalətliliyə nail olmaqdır.

Ölkənin sosial-iqtisadi inkişaf strategiyasında prioritet kimi müəyyən edilmişneft-qaz gəlirlərindən səmərəli istifadə etməklə regional tarazlığın təmin edilməsi istiqamətində müstəsna rol oynayan regional inkişaf üzrə Dövlət Proqramları əhalinin işgüzar fəallığının artmasına, regionlarda sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə, infrastruktur layihələrinin həyata keçirilməsinə, beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına səbəb olmuş, vətəndaşların rifahını xarakterizə edən keyfiyyət göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır. Bu gün Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatı sürətlə inkişaf edir. Eyni zamanda, Heydər Əliyev milli kadrların yetişməsinə həmişə böyük qayğı və diqqətlə yanaşır, onların sonrakı inkişafını da izləyirdi.

1993-cü il iyunun 15-də, xalqın tələbi ilə Ali Sovetin sədri seçildiyi gün elan etdiyi kimi, ömrünün qalan hissəsini Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr etdi, xalqın qəlbində, tarixində öz əbədi abidəsini ucaltdı.

Ulu öndər Heydər Əliyevin siyasətdə, iqtisadiyyatda və mədəniyyətdə qoyduğu izlər heç vaxt silinməyəcək. Bu gün Azərbaycan xalqı unudulmaz rəhbərin xoşbəxt gələcəyimiz üçün açdığı yolla qətiyyətlə addımlayır. İqtidarın monolit birliyi nəticəsində ümummilli liderimizin qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xətlə inamla getməkdə, inkişafını davam etdirməkdədir. Bu xətti əzmlə, dəyanətlə irəli aparan isə ulu öndərin layiqli varisi, praqmatik dövlət xadimi, bütün dünya miqyasında böyük hörmətə, nüfuza malik Prezidentimiz İlham Əliyevdir. Dövlətimiz və xalqımızın həyatı üçün ən mühüm əhəmiyyət kəsb edən prinsipial məsələlərdə Prezident İlham Əliyev də Heydər Əliyevə xas olan möhkəm iradə və qətiyyətli mövqe nümayiş etdirir, Azərbaycan dövlətinin qüdrətini, sarsılmaz təmələ malik olduğunu öz məhsuldar fəaliyyəti ilə sübut edir. Prezidentimizin apardığı dərin düşünülmüş, uzaqgörən daxilixarici siyasət, onun xalqa olan səmimi məhəbbəti və doğma Vətənimiz naminə səmərəli fəaliyyəti hər birimizdə qürur hissi oyadır. Xalqımızın firavan gələcəyinin təminatına hesablanmış praqmatik siyasi strategiya sayəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş, ölkəmizin nüfuzu daha da artmışdır. Prezident İlham Əliyevin səriştəli idarəetmə qabiliyyətinin nəticəsidir ki, indi respublikamız iqtisadi inkişaf tempinə görə dünyanın ən qabaqcıl ölkələrindən biridir.

Bir sözlə, Milli Qurtuluş Günü Azərbaycanın indiki reallıqlarının və xoşbəxt gələcəyinin rəhnidir. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir.

Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalananxalqa arxa olan bir insandır - Heydər Əlirza oğlu Əliyev. Bəli, məhz yalnız onun qətiyyəti və cəsarəti ilə 1993-cü ilin 15 iyun günü xalqımızın mübarizələrlə dolu yeni tarixinə yeni eranın başlanğıcı kimi daxil oldu. Heydər Əliyevin Azərbaycana xalqın dəfələrlə təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı qoca Qafqazın bu bölgəsində yeni siyasi bir dövr, yeni təfəkkür mərhələsi başlandı və bu yeni dövr Azərbaycanın XXI əsrə hüquqi, demokratik dövlət kimi daxil olmasına əsaslı təminat yaratdı Ulu öndərin işləyib hazırladığı müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycan dövlətinin uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoymuşdur. Hazırda Azərbaycanın inkişaf etməsi məhz Qurtuluş Günü ilə başlayıb və həmin siyasət bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Azərbaycanın bütün dünya tərəfindən etiraf olunan dinamik inkişafı ilk növbədə vətəndaşlarımızın maddi-rifah halının yaxşılaşmasına xidmət edir, ölkəmiz sürətli tərəqqi yolu ilə inamla addımlayır. Bu irəliləyişin, bu inkişafın əsası da 1993-cü il iyunun 15-də, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı gün qoyulmuşdur.

Xalqımız haqlı olaraq bu günü Qurtuluş Günü kimi hər il təntənəli bir bayram kimi qeyd edir.

 

Ramiq ABBASOV,

Azərbaycan Respublikası

Kənd Təsərrüfatı Nazirliyi

Respublika Süni Mayalanma

Mərkəzinin direktoru,

a.      e. u. fəlsəfə doktoru.

 

Respublika.- 2017.-14 iyun.- S.6.