Böyük yolun mərhələləri

Asiyat Fətullayeva Azərbaycan milli fotoqrafiya sənəti ilə bağlı yeni layihəyə başlayıb

ArtFaktor fotoagentliyinin baş direktorusahibi, fotoqraf-rəssam Asiyat Fətullayeva XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində Azərbaycanın görkəmli fotoqraf-rəssamlarının yaradıcılığına həsr etdiyi fotoalbomlar-monoqrafiyalar seriyasını buraxılışa hazırlayır.

AZƏRTAC xəbər verir ki, bu iriformatlı nəşrlərdən hər biri buya digər fotoqraf-rəssam haqqında müfəssəl bioqrafik məlumat və onun müxtəlif illərdə yaratdığı əsərlərinin panoramı ilə müşayiət ediləcək. Məşhur azərbaycanlı müəlliflərin Asiyat Fətullayevanın şəxsi kolleksiyasında saxlanılan fotoişləri bu seriyanın kitablarının buraxılışında sənədli əsas olacaq.

Seriyada birinci fotoalbom-monoqrafiya Asiyat Fətullayevanın öz yaradıcılığına həsr ediliboxucuya onun 2000-2015-ci illərdə yaratdığı işləri təqdim edir.

ArtFaktor fotoagentliyi bu nəşrin 12 dəqiqəlik reklam çarxını hazırlayıb və öz saytında yerləşdirib. Çarx tamaşaçı qarşısında fotoalbom-monoqrafiyanı tədricən “vərəqləyən” video variantı təsiri bağışlayır. Kadr arxasında fon musiqisi kimi İsfar Sarabskinin üç ay əvvəl təqdim etdiyi yeni, elektron musiqi layihəsindən “Roottreki səsləndirilir. Reklam çarxındakı kompozisiyada milli musiqi motivlərindən istifadə olunub. Çarx üçün trek musiqiçinin özü tərəfindən təqdim edilib - bu, onun Asiyat Fətullayevanın layihəsinə töhfəsidir.

Asiyat Fətullayevanın 2000-2015-ci illərdə - on beş il ərzində əsərləri toplandığı fotoalbomunun dizayn ideyasının əsasında “dönüş daxilində səsləşmələr” və ya “kortəbii diptixlər” konsepsiyası dayanır. Bu ideya, bir qayda olaraq, müxtəlif illərdə, müxtəlif yerlərdə, müxtəlif münasibətlərlə çəkilmiş, lakin bununla belə hansısa “kəsişmə nöqtələri” olan iki kadrı birləşdirməyi nəzərdə tutur.

Bəzən bu nöqtələr təmiz vizualdır - deyək ki, iki müxtəlif kadrda (məsələn, ağacın çətiri və qızın buruq saçları) oxşar formalardır. Bəzən kadrlar dönüşdə mənaca səsləşir - bir kadrın qəhrəmanının istehzalı baxışı sanki digər kadrın qəhrəmanına aiddir (hərçənd, bu, reallıqda belə deyil). Lakin üçüncü tip kompozisiyalarla dönüşvar - bu, nə birinci, nə də ikinci baxışda bir-biri ilə əlaqəsi olmayan fotoşəkillərdir. Bu, vahid tamın hissələri arasında məlumatı olmayanların baxışlarından gizlənən sezilməz əlaqələrə malikrebus” dönüşlərdir. Bunları ancaq kadrların yaranma tarixiniya orada əks olunan əşyaların, insanların həyatından lentə alınmış fraqmentlərin tarixçəsini bilənlər anlayar. Beləliklə, kitab özündə müxtəlif səviyyədə hazırlıqlı oxucular üçün fikrin bir neçə qatını əhatə edir.

 

Bundan başqa, nəşr təqdim edilən işlərin formatına görə özünəməxsus “fəsillərə” bölünüb: üfüqi, kvadrat, üfüqi panoramşaquli panoram.

Lakin bu nüanslardan asılı olmayaraq, albomda yer alan bütün işlərin keyfiyyəti əla qiymətə layiqdir. Onların müəllifi öz böyük arxivində əbəs yerə ciddi seçim aparmayıb. Başlanğıc mərhələdəki beş mindən çox kadrdan 287 kadr qalıb.

Asiyat Fətullayevanın görüş dairəsinə və obyektinə dünyanın müxtəlif şəhərlərində - Bakıda, Parisdə, Tbilisidə, İstanbulda... yaşayan insanların həyatından fraqmentlər daxildir. Lakin şəhər mənzərələri onların sadəcə əksindən ibarət deyil. Hər birində hansısa xüsusi rakurs var: nəinki fotoqrafik, həm də mənəvi.

Kitabın quruluş prinsipi kimi götürülən diptixlər bəzi şəkillərin mahiyyətini “kvadrata yüksəldir”. Aktrisa Naina İbrahimova Anjelika obrazında və Luvrun mənzərəsi. Şəhər meydanlarından birində sadə kompüter “atışmasında” hədəfi xatırladan kitç dekorativ yolka və tirdə zarisovka. Həyatdan vaxtsız köçmüş Zakir Hüseynovboşluq arasında çəpər qalığı ilə darvaza, “məchul aləmə qapı”... Çuval yükü altında çətinliklə addımlayan kəndli və Türkiyə ərazisində qadın monastırında günahların ağırlığından beli bükülmüş zəvvarlar...

Bəzi şəkillər öz-özlüyündə tarixidir. SovetskiBasin (indiki Füzuli) küçələrinin sökülmüş məhəllələri, “Labirintart-qrupunun məşhur “neft plenerləri”, Paris afişa-tumbalarında Sarkozinin karikaturaları, lak xalqının növbəti köçürülməsindən sonra boşalmış köhnə sovet univermağı... Onların hamısı yeni çalarlarla verilirya digər kadrlarla çulğaşaraq ağrını şiddətləndirir.

Kitabın cildini gürcü teatrlarından birində çəkilmiş kadr bəzəyir. İşıq və kölgələrin oyunu, sirli fiqurlar və ifadəli rakurs ona ümumiləşdirici fəlsəfi məna verir.

Seriyadan növbəti nəşr milli fotoqrafiya sənətimizin patriarxı Hüseyn Hüseynzadənin əsərlərinin albomu olacaq. Asiyat Fətullayevanın kolleksiyasında bu məşhur fotoqrafın işləri ilə yanaşı, onun özünün fərdi sərgiləri üçün yaratdığı, lakin zamanında həyata keçməmiş kataloqların maketləri də var. O, bu maketləri Hüseyn Hüseynzadənin işləri ilə bərabər, ustad sənətkarın fərdi sərgisində də geniş publikaya nümayiş etdirmək istəyir. Asiyat Fətullayeva bu sərgini Moskvada təşkil etmək niyyətindədir. Hazırda ArtFaktor fotoagentliyi Hüseyn Hüseynovun qarşıdakı sərgisi barədə məşhur Lümyer qardaşları adına Fotoqrafiya Mərkəzinin kolleksiya fotoqrafiyaları fotoqalereyası ilə danışıqlar aparır. Lümyer qardaşları adına Fotoqrafiya Mərkəzinin qalereyasının yaradıcısı və kuratoru Natalya Qriqoryevanın sözlərinə görə, rusiyalı tamaşaçı üçün bu sərgi Azərbaycan foto sənətinin əsl kəşfi olacaq.

Asiyat Fətullayeva - Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Bədii qrafika” fakültəsinin məzunu, Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Fotoqraflar Birliyinin (AFB), habelə TüRKSOY Fotoqraflar İttifaqının üzvüdür. O, 2008-ci ildə AFB-nin təsis etdiyiİlin fotoqrafı” adına layiq görülüb, 2009-cu ildə isə bu təşkilatın sədri vəzifəsinə seçilib. Bu vəzifədə olduğu müddətdə Asiyat Fətullayeva ölkədə və xaricdə keçirilən 20-dən çox sərginin və digər bədii layihələrin təşəbbüskarı və təşkilatçısı olub.

Eyni zamanda o, şəxsi yaradıcılığını da inkişaf etdirib. 2001-2012-ci illərdə onun işləri 50-dən çox fotosərgidə və bədii vernisajlarda nümayiş etdirilib, habelə beynəlxalq sərgilərdə iştirak edib, xüsusi mükafatlaradiplomlara layiq görülüb. 2006-2008-ci illərdə fotoqraf-rəssam dörd fərdi sərgi keçirib: üçü Bakıda və biri Parisdə.

AFB-nin sədri vəzifəsindən getdikdən sonra yenidən öz layihələrinə qayıdan Asiyat Fətullayeva ArtFaktor agentliyinin baş direktorusahibi olub. 2010-cu ildə yaradılmış bu agentlik öz layihələrində yalnız peşəkar fotoqraf-rəssamlarla işləyir. Agentliyin nəzdində peşəkar texnikanın geniş çeşidlərinə malik A.F.Studio fotostudiyası fəaliyyət göstərir.

Bu gün ArtFaktor fotoagentliyinin hesabında uğurla həyata keçirilən bir çox layihələr var. Onlardan biri “Bədii fotoqrafiyaillik peşəkar yaradıcı mükafatın təsis olunması və verilməsidir. Bu agentlik 2010-cu ildən AFB-nin sponsorlarından biridir.

 

AZƏRTAC

 

Respublika.- 2017.-18 iyun.- S.6.