Xatirələrdə yaşayan vətəndaş alim.

Müseyib Ağababa oğlu Müseyibov 1927-ci il may ayının 5-də Tovuz rayonunun Qaraxanlı kəndində dünyaya göz açmış, ağrılı-acılı vaxtlarda - İkinci Dünya müharibəsi illərində orta ali məktəbi bitirmişdir. 1949-cu ildə Azərbaycan Dövlət Universitetində (indiki BDU) aspiranturaya daxil olmuş, 1954-cü ildəCeyrançölün geomorfologiyasımövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib, 27 yaşında coğrafiya elmləri namizədi elmi dərəcəsi almışdır. Gənc alim M.Müseyibov 1954-cü ildə ADU-nun coğrafiya kafedrasında işə başlamış, 1955-ci ildə dosent vəzifəsinə seçilmişdir. İşgüzar alim Müseyib müəllim ona dərs demiş həmişə adlarını böyük qürur ehtiramla çəkdiyi Heydər Əfəndiyev, Məmmədəmin Salayev, Hadı Əliyev, Abdulla Şahbazov başqalarının əhatəsində elmi fəaliyyətini davam etdirərək 1963-cü ildəOrta Kür əyilməsinin geomorfologiyasımövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, 1964-cü ildə professor elmi adı almışdır.

Bakı Dövlət Universitetinin (əvvəllər Azərbaycan Dövlət Universiteti) geologiya-coğrafiya fakültəsi yarandığı vaxtlarda (1945-ci il) fakültədə cəmi bir - coğrafiya elmləri doktoru, fiziki coğrafiya kafedrası fəaliyyət göstərirdi. Həmin kafedraya 1960-cı ildən gənc yaşlarından coğrafiya geologiya elminin mürəkkəb sahələrinə maraq göstərən, görkəmli coğrafiyaşünas-alim, professor Müseyib Müseyibov rəhbərlik edirdi. Müharibədən sonrakı onilliklərdə bütün elm sahələrində olan tərəqqi coğrafiyada da hiss olunmağa başladı fiziki coğrafiyadan yeni istiqamətlər ayrıldı. Bu işdə Müseyib Müseyibovun əvəzsiz xidmətləri olmuşdur. Onun təşəbbüsü ilə bu gün coğrafiya fakültəsində 5 kafedra fəaliyyət göstərir ki, bunlar da professor Müseyib Müseyibovun rəhbərlik etdiyi fiziki coğrafiya kafedrasının bazasında yaradılıb. Məhz onun səyi nəticəsində bu kafedraların elmi istiqamətləri müəyyən edilmiş, onların koordinasiyasına şərait yaradılmışdır. O, həmçinin kafedraların elmi potensialının inkişaf etdirilməsi sahəsində səyini əsirgəməmişdir.

Görkəmli alimin bütövlükdə coğrafiya elmi onun aparıcı sahələrindən - landşaftşünaslıq, geomorfologiya, neotektonik hərəkətlərin tədqiqi sahəsində əldə etdiyi nailiyyətlər təkcə respublikamızda deyil, ümumittifaq miqyasında tanınmış hazırda inkişaf etmiş ölkələrdə (Almaniya, Fransa, Rusiya b.) Yer elmləri sahəsində analoqu olmayan elmi nəticələrdən sayılır. Azərbaycanın təbiətinə, onun gözəlliklərinə, sərvətlərinə vurğun olan M.Müseyibovu burada baş verən neotektonik hərəkətlər, landşaftların təkamülü, bu hadisələrin səbəbləri təsir dairəsi həmişə maraqlandırmış bu maraq milli sərhədləri aşaraq regional səviyyədə elmi tədqiqatlarla nəticələnmişdir. Onun səsi həmişə beynəlxalq simpozium, konqres konfranslarda eşidilirdi.

O, 200-dən çox elmi əsərin - monoqrafiya, dərslik dərs vəsaitlərinin müəllifi, zəngin informasiya tutumlu xəritə atlasların yaradıcısı olmuşdur. Onun elmi əsərləri sırasındaQafqazın regional geomorfologiyası” (Moskva, 1979), “Orta Kür çökəkliyinin geomorfologiyası” (Azərnəşr, 1975), “Təbiətin təzadları” (Azərnəşr, 1989), “Azərbaycanın landşaftları” (Maarif, 2003, 2011), “Azərbaycanın fiziki coğrafiyası” (Maarif, 1998) təkcə coğrafiya elminə deyil, bütün Yer elmləri sahəsinə qiymətli töhfədir. Əməksevər alimin yaratdığı əsərlər bu gün elmi-tədqiqat işi aparan magistrant, doktorant, aspirantların stolüstü sorğu vəsaitinə çevrilmişdir.

Təbiətin təzadlarıkitabında təbii landşaftların təkamülünü elmi əsaslarla izah edən görkəmli alimin təbiətə vurğunluğunu duymamaq mümkün deyil. Təbiətə sevgi hissilə yazılan bu əsər coğrafi təfəkkürün formalaşması dərinləşməsi üçün mühüm mənbədir. Müseyib müəllim ensiklopedik biliyə malik olan alimlərimizdən idi. Onun çoxsaylı yetirmələri bu gün coğrafiya elmində təhsilində layiqli yer tutublar.

Alimin böyüklüyü, ziyalılığı, onun vətənpərvər ruhda olmasından çox asılıdır. “Qarabağ hadisələribaşlayanda bu hadisələr ona çox təsir edirdi. Bu, təbii idi, çünki Azərbaycanın tarixini, təbiətini, el-obasını sevən ziyalı bu ağrı-acılara biganə qala bilməzdi. Bədnam erməni təcavüzü, torpaqlarımızın işğalı onun ürəyində dərin kök salan yaraya çevrilmişdi. O, qızğın döyüşlər gedən vaxtlarda dəfələrlə sərhəd bölgələrində olur, yerli əhalini doğma yurdlarını tərk etməməyə çağırırdı.

Vətənini, torpağını dərin məhəbbətlə sevən alim həm təvazökar insan idi. Müseyib müəllim həmişə deyirdi ki, mənim üçün ən böyük ad ümummilli liderimiz Heydər Əliyev tərəfindən verilmişƏməkdar elm xadimifəxri adıdır.

Professor M.Müseyibov dostluqda sədaqətli idi. Həyatsevərliyi ilə seçilən bu görkəmli alim xoşxasiyyət, ustad müəllimlərindən, oxuduğu kitablardan əxs etdiyi bilikləri tələbələrə gənc müəllimlərə hövsələ ilə aşılamağı bacarırdı.

O, hələ ötən əsrin 70-ci illərindən keçmiş SSRİ Ali Təhsil Nazirliyinin Ali Coğrafiya Təhsili elmi-metodik şurasının üzvü, Azərbaycan SSR Ali Təhsil, sonralar Təhsil Nazirliyi elmi-metodik şurasının sədri kimi fəaliyyət göstərmişdir.

Onun elm, təhsil, tərbiyə, maarifçilik təşkilatçılıq sahəsində göstərdiyi fədakarlıq universitet rəhbərliyinin nəzərindən kənarda qalmamışdı. Akademik Abel Məhərrəmov onun mükafatlandırılması üçün aidiyyəti qurumlar qarşısında vəsatət qaldırmışdı. Bunun nəticəsidir ki, M.Müseyibov 2000-ci ildəƏməkdar elm xadimifəxri adına, 2012-ci ildə isə Prezident təqaüdünə layiq görülmüşdür. Biz fəxr edirik ki, Müseyib müəllimin yetirmələriyik uzun illər onunla birgə çalışmışıq.

Mənalı ömür sürmüş görkəmli alim böyük ziyalı, professor Müseyib Müseyibov daim xatirələrdə yaşayacaqdır.

Vüsət Əfəndiyev,  coğrafiya elmləri doktoru,  professor, əməkdar elm xadimi.

Həbibə SoltanovA, coğrafiya elmləri namizədi, dosent,  kafedra müdiri.

Respublika.- 2017.- 21 may.- S.7