Musiqi ilə süslənən rəsmlər

Ruhumuzun qidası olan musiqi aləmində, yaşadığımız dünyaya bənzəməyən rənglər dünyasında fərqli baxışları, fərqli duyumları ilə ecazkar, möhtəşəm sənət əsərləri yaradan sənətkarlarımız istənilən qədərdir. Lakin bu iki sənəti özündə, ruhunda birləşdirən, bir-birindən ayrı tutmayan musiqiçi-rəssamlarımızı yəqin ki, barmaqla saymaq olar. Hüseyn Hacıyev belə rəssamlarımızdandır.

1947-ci ildə Bakıda ziyalı ailəsində dünyaya göz açan rəssam kiçik yaşlarından öz bacarığı, istedadı ilə valideynlərinin diqqətini çəkmiş, hələ orta məktəbə getməmiş, oxuyub-yazmağı doğru-dürüst öyrənməmiş əlinə fırça götürmüşdü. Rəssamlığa böyük həvəs göstərir, gah ailə üzvlərinin, gah da qonşuluqdakı, məktəbdəki yoldaşlarının rəsmlərini çəkir, özünü sirli-sehrli rənglər dünyasından ayrı tuta bilmirdi. Odur ki, valideynləri onu Y. Qaqarin adına Pionerlər Sarayının rəssamlıq dərnəyinə üzv yazdırmışdılar. Elə ilk günlərdən balaca Hüseyn öz qabiliyyəti, istedadı ilə müəllimlərinin sevimlisinə çevrilmişdi. Lakin onun bacarığı, istedadı bununla da bitmirdi. Hüseynin həm güclü musiqi duyumu var idi. O, tez-tez evlərindəki fortepianonun arxasına keçir, not bilməsə , eşitdiyi musiqiləri ahənglə ifa edirdi. Bir-biri ilə bağlı, eyni zamanda, ayrı yolları olan musiqi rəssamlığa olan həvəsi Hüseynin gələcəkdə incəsənət aləmində özünə yer tutacağından xəbər verirdi. Bu həm valideynlərinin, həm müəllimlərinin gəldiyi qənaət idi. Elə belə oldu... Orta məktəbi əla qiymətlərlə başa vurduqdan sonra Hüseyn sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakültəsinə verir. Oxuduğu illərdə yaradıcılıqla müntəzəm məşğul olan gənc rəssamın əsərləri Bakının sərgi salonlarında nümayiş etdirilir, artıq sənət aləmində tədricən tanınırdı. Bununla yanaşı, musiqi sənətinə yiyələnmək istəyi onu rahat buraxmır, əksinə, günü-gündən güclənirdi. Bu məqsədlə 1974-cü ildə 16 saylı musiqi məktəbinin fortepiano sinfinə daxil olur. 1975-ci ildə institutu fərqlənmə diplomu ilə bitirən Hüseyn Hacıyev tərtibatçı-rəssam kimi işə başlayır. Lakin bütün bunlar onda musiqiyə olan həvəsini bir an belə səngitmir, əksinə, rəssamlıqla bərabər, musiqi onu öz aləminə çəkirdi. Gənc rəssam rənglər dünyasındakı duyğularını musiqi aləmində dinləndirmək arzusu ilə yaşayırdı. Bu arzu ilə H. Hacıyev 1980-ci ildə o vaxtkı Bakı Xalq Konservatoriyasının bəstəkarlıq şöbəsinə daxil olur. 1984-cü ildə Azərbaycan Rəssamlar İttifaqının üzvlüyünə qəbul olan gənc rəssam 1985-ci ildə bəstəkarlıq şöbəsini bitirərək həm həyata musiqiçi kimi atılır. Bəlkə , sonralar yaradıcılığının böyük bir hissəsini təşkil edən dahi bəstəkar Üzeyir Hacıbəyli dünyası Hüseyn Hacıyevin musiqi sənətinə sonsuz məhəbbətindən qaynaqlanırdı.

Ü.Hacıbəyli irsinin vurğunu tərənnümçüsü olan rəssamın yaradıcılığında bu mövzu mühüm yer tutur. Rəssamda Üzeyir bəy dühasına olan sevgi, məhəbbət, ehtiram isə milli mədəniyyətimizin görkəmli nümayəndələrindən biri, Xalq rəssamı Mikayıl Abdullayevin adı ilə bağlıdır. Belə ki, o vaxt M.Abdullayev Bakı MetropolitenininNizamistansiyasının bədii tərtibatını verərkən gənc rəssam ona kömək etmiş, məsuliyyəti, sənətə olan marağı ilə Mikayıl Abdullayevin hədsiz rəğbətini qazanmışdı. 1983-1985-ci illərdə dahi bəstəkarın 100 illik yubileyi ilə əlaqədar əsərlərini çapa hazırlayanİşıqnəşriyyatı kitabın bədii tərtibatını Mikayıl Abdullayevə sifariş verir. Lakin başqa bir dövlət sifarişini yerinə yetirən Xalq rəssamı sifarişi qəbul edə bilmir bunu yüksək səviyyədə, həm qısa vaxtda H.Hacıyev yerinə yetirə bilər”-deyir. Beləliklə, nəşriyyat kitabın tərtibatını Hüseyn Hacıyevə həvalə edir rəssam ona tapşırılan bu məsuliyyətli işi böyük həvəslə, zövqlə yerinə yetirir. Ü.Hacıbəyli sənətinin vurğunu olan rəssam dahi bəstəkarınLeyli Məcnun”, “Koroğluoperalarının partitura klavirlərinin, “SənsizSevgili cananromanslarının klavirlərinin baş rəssamı olmuş, onun əlyazmalarını bərpa etmiş, “Arşın mal alan”, “Leyli Məcnun”, “O olmasın, bu olsun”, “Koroğluəsərlərinə gözəl rəsmlər çəkmişdir. Eyni zamanda, rəssam bəstəkarınLeyli Məcnun”, “Koroğluoperalarının partitura klavirlərinin 25-ə yaxın not əlyazmasını da bərpa etmişdir. Bununla yanaşı, Hüseyn Hacıyev BülbülünAzərbaycan xalq mahnılarıtoplusuna, Q.QarayevinDon Kixotsimfonik qravürləri klavirinin cildinə, “Oxuma, gözəl”, “Gürcüstan təpələrindəsilsilə romanslarına, Elza İbrahimovanınMahnılartoplusuna Azər Rzayevin fortepiano ilə oxumaq üçün mahnılarına, L.İmanov haqqında alboma, A.MəlikovunMəhəbbət əfsanəsibaletinin klavirinə, İ.S.Baxınİki üçsəsli invensiyalarnotuna, A.ZeynallınınUşaq suitası s. daxil olmaqla 200-ə yaxın kitaba tərtibat vermiş, Azərbaycan Dövlət Akademik Opera Balet Teatrı, Azərbaycan Dövlət Filarmoniyasının emblem, möhür ştampının eskizlərini hazırlamışdır.

Təkcə kitab tərtibatı ilə deyil, təsviri incəsənətin bir neçə janrında fırçasını sınayan rəssamın ən çox sevdiyi janr isə portret janrıdır. Onun görkəmli oftalmoloq Zərifə Əliyevanın, Mehriban Əliyevanın, Xurşudbanu Natəvanın, görkəmli filosof Seyid Yəhya Bakuvinin, Zülfüqar Hacıbəyovun, Ceyhun Hacıbəylinin, Dədə Qorqudun, M.Ə.Sabirin, C.Məmmədquluzadənin, S.Vurğunun, Q.Qarayevin portretləri rəsm qalereyalarının, sərgi salonlarının bəzəyidir. Miniatür ustası kimi tanınan Hüseyn Hacıyev bu əsərlərində təbii boyalara üstünlük verir, təbiətə, gözəlliyə sevgisini böyük həssaslıqla ifadə edir, kövrək qəlbi hər bir əsərində duyulur. OnunBakı bağlarıminiatür tablosu Bakının cənnət bağlarının əsrarəngiz gözəlliklərinin təsviridir. Şah İsmayıl XətaininMusiqi şeir məclisiadlı miniatür kitabı da rəssamın yüksək peşəkarlığının istedadının məhsuludur. Gözəl, nəfis tərtibatı ilə göz oxşayan əsər 5 il ölkəmizin Fransadakı səfirliyində nümayiş etdirilmişdir.

1984-cü ildəQurani-Kərim”in Azərbaycan dilinə tərcüməsi Xalq rəssamı Oqtay Sadıqzadə ilə Hüseyn Hacıyevin birgə bədii tərtibatında işıq üzü görüb. Bu ilin mart ayında görkəmli bəstəkarın ev-muzeyində təqdimatı keçirilən Mədəniyyət Turizm Nazirliyinin sifarişi ilə çap olunmuş albom-kitabın tərtibatçı rəssamı da Hüseyn Hacıyevdir.

Bir çox musiqi pyeslərinin, etüdlərin, sonetlərin müəllifi olan Hüseyn Hacıyev dəfələrlə beynəlxalq rəsm müsabiqələrində iştirak etmiş, 1980-ci ildə Moskvada elan edilmiş “Olimpiada-80” Beynəlxalq Plakat müsabiqəsinin laureatı olmuş, 2007-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Bakıda İstiqlal abidəsinin layihələndirilməsi üzrə keçirilən beynəlxalq müsabiqədəİstiqlalın tunc yaddaşıadlı abidənin plakatını işləmişdir. Eyni zamanda Azərbaycan Rəssamlar İttifaqının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə birgə keçirdiyiNarkomaniya narkotik vasitələrin yayılmasına qarşı mübarizədə ümumdünya gömrük sisteminin rolumövzusunda müsabiqə-sərginin iştirakçısı olmuşdur.

Bu günlərdəKoroğluoperasının yaranmasının 80 illik yubileyi ərəfəsində bəstəkarın ev muzeyində təşkil olunan sərginin müəllifi yorulmaq, usanmaq bilmədən işləyən, bu möcüzələr dolu sənət aləmində öz dəst-xətti olan, bir-birindən dəyərli, sevilən əsərlər yaradan tanınmış rəssam H.Hacıyevdir. Hər zaman tamaşaçısını yeni əsərləri, tərtibatları ilə sevindirən, onu intizarda qoymayan rəssam ötən ilin may ayında dahi bəstəkarın ev muzeyində fərdi sərgisi ilə öz tamaşaçısı qarşısında yaradıcılıq hesabatı verdi. Yaşının sənətinin kamil çağını haqlamış, Üzeyir Hacıbəyli sənətini sevə-sevə tərənnüm edən, onun yaradıcılığının dərinliklərinə baş vuran sənətində yaşadan, çəkdiyi rəsmləri musiqiyə kökləyən Hüseyn Hacıyevə musiqi aləmində və rənglər dünyasında rəngarəng sənət əsərləri, yaradıcılıq uğurları arzulayırıq.

Mehparə ƏLİYEVA.

Respublika.- 2017.- 25 may.- S.11.