Kiyev şəhərində 28 mayRespublika Günü ilə bağlı təntənəli tədbir

Kiyev şəhərindəki Fairmont mehmanxanasında Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə 28 mayRespublika Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Ukraynanın hökumət dövlət rəsmilərinin, elm mədəniyyət xadimlərinin, xarici diplomatik korpus rəhbərlərinin iştirak etdiyi tədbirdə Milli Məclisin deputatı, əməkdar jurnalist Elmira Axundovanın Ukrayna dilinə tərcümə olunmuşİlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonundakitabı geniş oxucu auditoriyasına təqdim olunub.

Azərbaycanla Ukraynanın dövlət himnlərinin sədaları altında başlanan tədbirdə, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev çıxış edərək, 1918-ci ildə şərqdə ilk dəfə yaradılmış Azərbaycan Demokratik Respublikasının tarixi nailiyyətlərindən söz açıb. Ötən əsrin sonlarında 2-ci dəfə dövlət müstəqilliyini əldə edən ölkəmizin ulu öndər Heydər Əliyevin dəmir iradəsi müdrik uzaqgörənliyi ilə böyük inkişaf yolu keçdiyini vurğulayıb.

Millət vəkili Elmira Axundovanın qələmə aldığıİlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonundakitabının tarixi faktlarla zəngin olduğunu diqqətə çatdıran səfir, əsərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bölgədə həyata keçirilən qlobal sosial-iqtisadi islahatlardan, Azərbaycanın qərblə şərqin multikulturalizm tolerantlıq mərkəzinə çevrilməsindən ,əsasən , xalqla dövlət başçısı arasındakı qarşılıqlı etimad hörmətin vəhdətindən bəhs olunduğunu bildirib.

Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrindən söz açan Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçiy, Ukrayna iqtisadi inkişaf ticarət nazirinin müavini Mixaylo Titarçuk digər şəxslər tarixin bütün dönəmlərində dövlətçilik ənənələrinə sadiq qalan Azərbaycan xalqına Respublika Günü münasibəti ilə xoş səmimi arzularını çatdırıblar. Bünövrəsi dahi Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan dövlətinin inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirildiyini vurğulayan natiqlər, Prezident İlham Əliyevin xalqı dövləti qarşısındakı xidmətlərini özündə əks etdirən kitabın Ukrayna dilinə tərcümə olunmasının tarixi əhəmiyyətindən danışıblar. Əsərin dövlət quruculuğu siyasətlə məşğul olan hər bir kəs üçün dəyərli töhfə olduğunu bildiriblər. Kitaba verdikləri yüksək dəyərə görə tədbirə qatılanlara minnətdarlığını bildirən Milli Məclisin üzvü Elmira Axundova, qələmə aldığı əsərdə postsovet məkanında ən praqmatik siyasi xadimlərdən biri olan Prezident İlham Əliyev haqda real faktlara söykənən təhlillərin verildiyini qeyd edib. Kitabın Ukrayna dilinə tərcümə olunmasına verdikləri dəstəyə görə Azərbaycanın Ukraynadakı səfirliyinə kitabın tərcüməçisi Mehman Salmanova dərin təşəkkürünü bildirib.

Ukraynanın aparıcı televiziya kütləvi İnformasiya vasitələrinin işıqlandırdığı bayram şənliyi geniş konsert proqramı ilə başa çatıb.

Qədir ASLAN.

Respublika.- 2017.- 27 may.- S.7.