Türkdilli dövlətlər arasında elektron imzanın tanınması ilə bağlı razılıq əldə olunub

İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) informasiya və kommunikasiya texnologiyaları üzrə işçi qrupunun 2-ci iclası keçirilib.

 

Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, tədbirdəElektron hökumət”, “Elektron imza”, peyk xidmətləri, kibertəhlükəsizlik, “Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM)” layihəsi fiber-optik infrastrukturunun inkişafı mövzularında altqrupların iclasları təşkil olunub. Qeyd olunan sahələrdə əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

 

İclaslarda qurumun əməkdaşları iştirak edib.

 

Ölkəmizin "Elektron hökumət", "Elektron imza" infrastrukturu barədə təqdimatla çıxış edən Məlumat Hesablama Mərkəzi Milli Sertifikat Xidmətləri Mərkəzinin mütəxəssisi Həbib Abbasov sosial xidmətlərin elektronlaşdırılması, sənəd mübadiləsinin avtomatlaşdırılması elektron imzanın tətbiqi barədə ətraflı məlumat verib. H. Abbasov bildirib ki, Azərbaycanın elektronlaşma sahəsində əldə etdiyi uğurlar elektron imzanın dövlətlərarası tanınmasına imkan verir.

 

E-hökumət altqrupu təqdimatlar müzakirələr əsasında mobil tətbiqlər, “bir pəncərəprinsipi üzrə elektron xidmət təminatı, açıq məlumatlar s. üzrə təcrübə mübadiləsinin aparılmasını, bununla əlaqədar təlimlərin təşkil olunmasını, ümumi layihələrin hazırlanması üçün hər bir üzv dövlətin elektron hökumət sisteminin araşdırılmasını qərara alıb.

 

Sonda türkdilli dövlətlər arasında elektron imzanın tanınması məqsədi ilə ilkin şəraitin yaradılması ilə bağlı razılıq əldə olunub. Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan arasında elektron imzanın tanınması üçün tələb olunan məlumatların təmin edilməsi məqsəd olaraq qarşıya qoyulub.

 

Həmçinin, müzakirələr əsasında şuraya üzv dövlətlər arasında ortaq elektron xidmətlərin hazırlanması müzakirə olunub.

Əli   Sadlğov

Respublika.- 2017.- 27 may.- S.5