Leonid Yakuboviç: Heydər Əliyev yüksək intellekt, güclü xarizma sahibi idi

Heydər Əliyev yüksək intellekt, güclü xarizma sahibi idi. Mən həyatımda yalnız iki ya üç bu cür adamla rastlaşmışam”. Rusiyalı məşhur teleaparıcı Leonid YakuboviçMoskva-Bakuportalına müsahibəsində söyləyib.

AZƏRTAC xəbər verir ki, L.Yakuboviç Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə görüşünü xatırlayaraq deyib:

-Bu hadisə çoxdan, lap çoxdan olub. Hətta hansı ildə görüşdüyümüzü unutmuşam. Bizim “Pole çudeskomandası Bakıya gəlmişdi, idman zalında oyun keçirdik, ertəsi gün Heydər Əliyevlə görüşdük.

Əvvəlcə bu görüş 20 dəqiqəlik protokol tədbiri kimi nəzərdə tutulmuşdu. Heydər Əliyev stolun yuxarı başında əyləşmişdi. O, Azərbaycanın siyasi iqtisadi vəziyyətini qısaca izah etdi, amma əslində mən heç başa düşmədim. İyirmi dəqiqəlik söhbətdən sonra o dedi: “Hamınız azadsınız, siz isə, Leonid, əyləşin”.

Beləcə, 20 dəqiqəlik görüş 2 saat yarımlıq söhbətə çevrildi. Daha doğrusu, bu, mənim monoloqum idi, Heydər Əliyev susur, mən isə bütün həyatımı, lap doğulduğum vaxtdan ona söyləyirdim. O, heç soruşmur, amma məni diqqətlə dinləyirdi. Hərdən başını tərpədir, mən yorulanda söhbəti istiqamətləndirirdi. O, özünü əsla məndən yuxarı tutmur, öz mövqeyini qabartmırdı. Hərdən sakit səslə isə soruşurdu. Mən ona hər şeyi danışdım: atam anam haqqında, atamın harada vuruşması barədə, necə dolanmağımız haqdahər şeyi! O vaxt mən hiss etmirdim ki, danışan təkcə mənəm. Onun yanında özümü çox rahat hiss edirdim.

Heydər Əliyev yüksək intellekt, güclü xarizma sahibi idi. Mən həyatımda iki ya üç bu cür adamla rastlaşmışam. Onun gözləri çox şeydən xəbər verirdi.

Heydər Əliyev təpədən-dırnağa qədər bilik, intellekt sahibi idi. Bizim yeganə görüşümüzün təsirindən hələ özümə gələ bilmirəm. Mən bütün söhbətimizi kağıza köçürmək istədim, amma nədənsə alınmadı. Məndə belə hiss yaranmışdı ki, onunla min ildir tanışıq o, sanki mənim gəlməyimi, hər şeyi ona danışmağımı gözləyirdi.

Sonradan onunla söhbətimizi təhlil edərək xalqın üçün onun ardınca getdiyini başa düşdüm. Onu dinləyir eşidirdilər. O, nəhəngdir. Mən güman etmirəm ki, ondan qorxurdular. Xalq ona hədsiz hörmət bəsləyir ümid edirdi ki, respublikanı yalnız o, xilas edə bilər.

Heydər Əliyevin oğlu İlham ona çox oxşayır. Bu, Əliyev geninin gücünə dəlalət edir. Təbiət bu genin qüdrətini İlham Heydər oğluna ötürüb. O, atasına xas olan daxili qüvvəni, güclü xarakteri əxz edib.

Respublika.- 2018.- 8 dekabr.- S.1.