Azərbaycanlı alim ÖzbəkistanınTuranElmlər Akademiyasının həqiqi üzvü seçilib

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Teymur Əhmədov Özbəkistan RespublikasıTuranElmlər Akademiyasının akademiki seçilib.

AZƏRTAC xəbər verir ki, bu münasibətləAzərbaycannəşriyyatının iclas zalında keçirilən tədbirdəTuranElmlər Akademiyasının rəyasət heyətinin üzvü, akademik Səxavət Ociyev çıxış edib. Akademik S.Ociyev bildirib ki, müstəqillik illərində Azərbaycan Özbəkistan xalqları arasında qədim dostluq ənənələri əməkdaşlıq əlaqələri daha da möhkəmlənib. Həmçinin qardaş ölkələrimizin alimlərinin qarşılıqlı elmi əlaqələri intensivləşib. Alim deyib ki, mənim bu tədbirdə iştirakım da əlaqələrimizin inkişafının daha bir göstəricisidir. TuranElmlər Akademiyasının rəyasət heyətinin bu il yanvarın 28-də keçirilən yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Teymur Əhmədov yekdilliklə akademiyamızın həqiqi üzvü seçilib. Rəyasət heyətinin üzvləri müzakirə zamanı professor Teymur Əhmədovun elmi fəaliyyətini mətbuat sahəsində xidmətlərini yüksək qiymətləndiriblər. Görkəmli ədiblər Nəriman Nərimanov, Mirzə İbrahimov, Mir Cəlal, Məmmədhüseyn Şəhriyar, Səməd Vurğun başqalarının yaradıcılığı ilə bağlı apardığı tədqiqatlar professor Teymur Əhmədova Azərbaycanın hüdudlarından kənarda da dərin rəğbət hissi qazandırıb.

Sonra akademik Səxavət OciyevTuranElmlər Akademiyasının həqiqi üzvünün diplomunu döş nişanını Teymur Əhmədova təqdim edib.

Tədbirdə çıxış edənlər Teymur Əhmədovun məhsuldar elmi ictimai fəaliyyətindən söhbət açıblar.

Akademik Teymur Əhmədov ona göstərilən etimada görəTuranElmlər Akademiyası rəyasət heyətinin üzvlərinə minnətdarlığını bildirib, Azərbaycan özbək alimlərinin elmi əlaqələrinin əhəmiyyətindən danışıb.

Respublika.- 2018.- 4 fevral.- S.3