Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamədə dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnaməni Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 914-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, 10, maddə 1148, 12, maddə 1549; 2015, 10, maddə 1141; 2016, 6, maddə 1055, 10, maddə 1634, 12, maddə 2078; 2017, 8, maddə 1521, 12 (I kitab), maddə 2285; 2018, 1, maddə 48, 5, maddə 929; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 avqust tarixli 254 nömrəli Fərmanı) ilə təsdiq edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 4.3-cü bəndinin birinci cümləsində və ona alternativ sözləri , ev dustaqlığı və ya girov sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 sentyabr 2018-ci il

 

Respublika.- 2018.- 3 oktyabr.- S.1.