Türkiyədə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə sikkəsi buraxılıb

 

Türkiyə zərbxanası ölkəmizin Ankaradakı səfirliyinin təşəbbüsü ilə dahi Azərbaycan şairi mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi Nəsimi ili”nə həsr olunan bürünc sikkə xatirə pulu buraxıb. Xatirə pulunun ön tərəfində İmadəddin Nəsiminin şəkli, “İmadeddin Nesiminin Doğumunu 650. Yılıyazısı, arxasında isəTürkiye Cumhuriyeti 2,5 Lira” yazısı yer alıb.

 

Azərbaycanın Ankaradakı səfirliyindən verilən məlumata görə, Prezident İlham Əliyevin 15 noyabr 2018-ci il tarixliBöyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi 11 yanvar 2019-cu il tarixliAzərbaycan Respublikasında 2019-cu ilinNəsimi ilielan edilməsihaqqında sərəncamlarından irəli gələn layihələrin icrasını təmin etmək məqsədilə Türkiyə Respublikası Zərbxanasının rəhbər şəxsləri ilə görüş keçirilib Nəsiminin adının əbədiləşdirilməsi məqsədilə xatirə pulunun buraxılması ilə bağlı razılıq əldə olunub.

 

 

Respublika.- 2019.- 24 avqust.- S.-6