The Washington Timesqəzeti Azərbaycanın birinci xanımının nəcib təşəbbüsündən yazıb

 

ABŞ-da çıxanThe Washington TimesqəzetindəCaspian Group Holdings”in baş direktoru Rob SobhanininMehriban Əliyeva: ağacəkmə layihəsi ilə tanınan Azərbaycanın birinci xanımısərlövhəli məqaləsi dərc olunub.

 

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın Birinci vitse-prezidenti birinci xanımı Mehriban Əliyevanın meşəsalma yolu ilə ölkənin ekologiyasının yaxşılaşdırılması vətəndaşlarının rifahının artırılması səylərindən danışılır.

 

Müəllif yazır ki, Amerika cəmiyyətinin iqlim dəyişmələrinin nəticələrinə qarşı mübarizə tədbirlərinin müzakirəsini davam etdirdiyi bir vaxtda Azərbaycanın birinci xanımının həyata keçirdiyi layihələr parnik qazları tullantıları problemini siyasiləşdirmədən onun həllində bütün dünya üçün model ola bilər. Bu strategiya meşəsalmanın miqyasının genişləndirilməsindən ibarətdir.

 

R.Sobhani qeyd edir ki, Azərbaycanda ilk dəfə 1990-cı ildə olub müstəqilliyini 1991-ci ildə bərpa etmiş bu ölkənin ekoloji sisteminin sovet dönəmində dağılmasının şahidi olub. Atmosferdə çirkləndirici maddələrin yüksək səviyyəsi müşahidə olunur, aeroportdan paytaxt Bakının mərkəzinə gedən yolun kənarlarında ağaclar gözə dəymir, əvəzində xam neftgölməçələrigörünürdü. Müəllifin yazdığına görə, təəssüf ki, Moskvanın mərkəzi hakimiyyət orqanları əsasən müsəlmanlardan ibarət 9 milyon əhalisi olan bu sovet respublikasının gözəl landşaftını da onun əlindən almışdı.

 

Mehriban xanım Əliyevanın sayəsində bu gün Azərbaycan hər bir açıq məkanda ağacəkmə yolu ilə ekoloji sağlamlaşdırma dövrünü yaşayır. İndi aeroportdan Bakının mərkəzinə gedən yolboyu gözəl ağaclar əkilib. Ətraf mühitin vəziyyətinin bu şəkildə dəyişməsi ilə yanaşı, Azərbaycan bu uzaqgörən layihə ilə dünyaya həm sensasiya yaratmadan iqlim dəyişikliklərinə qarşı mübarizəni aparmaq yollarını nümayiş etdirir. Ağaclar atmosferi oksigenlə zənginləşdirməklə iqlim dəyişmələrinin nəticələrini dayandırmağa kömək edir.

 

Azərbaycanda ağacəkmə təkcə ətraf mühitin sovet dövründən qalma tənəzzülünə qarşı mübarizə vasitəsi deyil, o, həm ictimai səhiyyə ilə birbaşa bağlıdır. Harvard Universitetinin ətraf mühitin gigiyenası üzrə eksperti Linda Tomassonun sözlərinə görə, ağacəkmənin sağlamlıq üçün çox böyük faydası var havanın çirklənməsi ilə ağciyər xəstəlikləri arasında əlaqəni azalda bilər. Təəccüblü deyil ki, Azərbaycanda havanı zərərli hissəciklərdən təmizləmək üçün daha çox enliyarpaqlı ağaclar əkilir.

 

R.Sobhani qeyd edir ki, Azərbaycanın birinci xanımını ağacəkmə layihələrini həyata keçirməyə sövq edən daha bir səbəb iqtisadi amildir. Ağacların əkilməsi, onlara qulluq nəzarət edilməsi üçün yerli sakinlərin işə götürülməsi layiqli gəlir təmin edə bilər. IDEA İctimai Birliyi ağacəkməni gənclərin hüquq imkanlarının genişləndirilməsi üçün gözəl şans sayır. Təəccüblü deyil ki, “Coca-Cola” 2020-ci ilə qədər 100 min ağac əkmək üçün ADA Universiteti ilə tərəfdaşlıq sazişi imzalayıb. Bu yaxınlarda Mozambikdə 2,2 milyon ağacın əkilməsini bayram edən ABŞ-ınEden Projectsxeyriyyə təşkilatının layihələri Mehriban Əliyevanın ağacəkmə təşəbbüslərinin səmərəliliyinin bu təşəbbüslərin yerlərinin yaradılmasına qlobal təsirinin təsdiqidir. Təşkilatın baş direktoru Stiv Fitçin sözlərinə görə, ağacəkmə yerli kəndlərdə məşğulluğu artırıb.

 

Mehriban Əliyevanın ağacəkmə kampaniyasının qlobal nəticələri dərhal görünməsə , potensialı çox böyükdür. Məsələn, Asiya Afrikanın az inkişaf etmiş dövlətlərində çox vaxt elə şərait yaranır ki, işsiz cavanlar arasında radikalizm meyilləri güclənir. Ağacəkmə nəticəsində əldə edilən fundamental fayda yerlərinin davamlı artmasının əsasını qoya bilər. Ağacəkmə meşəsizləşmənin qarşısının alınmasında, ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynaya bilər.

 

Azərbaycanın birinci xanımının bu təşəbbüsünün qlobal miqyasda dini dözümlülüyün, qarşılıqlı anlaşmanın əməkdaşlığın təşəkkülünə kömək etməsi bu kampaniyanın daha bir nəticəsidir. Dünyanın bütün əsas dinləri ağacların əkilməsini onlara qulluq edilməsini savab sayır. Məsələn, yəhudilikdə Tu bi-Şvat deyilən ağacəkmə bayramı var. Quran hədislərdə Allahın adı ilə ağac əkilməsi tez-tez xatırlanır. Bibliyada ağaclaryaxşı qida”ya kömək edən vasitə kimi (Yaradılış 2:9) xatırlanır. Qlobal ağacəkmə kampaniyası müxtəlif etiqad inancları olan xalqları birləşdirə bilər. Vos Fondunun məlumatına görə, bir ağacın əkilməsinin qiyməti 10 sentdən baha deyil deməli, 1 trilyon ağacın əkilməsi 100 milyard dollara başa gələcək ki, bu da hazırda dünyanın 10 aparıcı suveren xeyriyyə fondunun sərəncamında olan 6 trilyon dollardan çox məbləğin müəyyən qismini təşkil edir.

 

Rob Sobhani sonda yazır ki, dünya liderlərinin bütün dünyada öz ölkələrində ağaclar əkməklə iqlim dəyişmələri probleminin həllinin bu sağlam səmərəli üsulunu tətbiq etmələrinin vaxtı çatıb.

 

Respublika.- 2019.- 28 avqust.- S.1