Azərbaycanın hərbi orkestri ilk dəfəSpasskaya Başnya” XII beynəlxalq hərbi musiqi festivalında təmsil olunur

 

Azərbaycan Ordusu Moskvada keçirilən “Spasskaya Başnya” XII beynəlxalq hərbi musiqi festivalında ilk dəfə təmsil olunur.

 

AZƏRTAC xəbər verir ki, avqustun 23-də Moskvadakı Qırmızı Meydanda başlayanSpasskaya Başnyafestivalında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin hərbi orkestri iştirak edir. Sentyabrın 1-dək davam edəcək festivala yaradıcı heyət polkovnik Etibar Əliyevin rəhbərliyi ilə qatılıb.

 

Tərkibi hər il dəyişilən dünyanın ən böyük musiqi festivallarından olanSpasskaya Başnyabeynəlxalq hərbi musiqi festivalında bu il izləyicilər maraqlı kollektivlərin çıxışlarını izləyə biləcəklər.

 

Xatırladaq ki, 1992-ci ilin fevralından fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin hərbi orkestri Müdafiə Nazirliyinin əsas orkestrlərindən biri sayılır. Orkestrin hərbi dirijoru mayor Fariz Məmmədzadədir.

 

Festivalın qaydalarına uyğun olaraq yarışda orkestrlə birlikdə Həzi Aslanov adına Ordu İdeoloji Mədəniyyət Mərkəzinin Mahnı Rəqs Ansamblı da çıxış edirlər. Festival zamanı hər komandaya altı dəqiqə vaxt veriləcək. Bu vaxt ərzində orkestrlər təmsil etdikləri ölkənin digər dünya xalqlarının mahnı marşlarını ifa edirlər. Heyətimiz festivalda Müslüm MaqomayevinRadio marşı”, “Odlar yurdu Azərbaycan”, Əlimərdan ƏliyevinBayramlı Azərbaycan”, Üzeyir HacıbəylininCəngimusiqilərini ifa edəcək. Həmçinin orkestrin şəhər sakinləri qonaqlar üçün bir neçə konsert proqramı təşkil etməsi planlaşdırılır. Şəhərin mərkəzi meydanlarında baş tutacaq həmin konsertlərdə Fikrət Əmirov, Qara Qarayev, Polad Bülbüloğlu, Tofiq Quliyev, Rauf Hacıyev, digər yerli dünya klassiklərinin əsərləri təqdim ediləcək

Respublika.- 2019.- 25 avqust.- S.6