"Vindzor Kral At­çılıq Şousu”na yekun vurulub

 

 

Böyük Britaniya Şimali İrlan­diya Birləşmiş Krallığının əfsa­nəvi kraliçası Viktoriyanın şərəfinə təşkil olunmuş bütün dünya at sevərlərinin böyük marağına səbəb olmuşVindzor Kral At­çılıq Şousu”na yekun vurulmuşdur.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindənİki sahil”ə verilən məlumata görə, Azərbaycan Respublikasının Atçılıq Federasiyasının təşkilat­çılığı ilə bu tədbirdə iştirak edən Dövlət Sərhəd Xidmətinin Qara­bağ atları üzərində süvarilər dəstəsinin rəqs ansamblının təqdim et­di­yiAzərbaycanın kəlağıyısı Qarabağ atlarıadlı şou-kom­pozi­siya Birləşmiş Krallığının taxt-tacının sahibi, Ülyahəzrət II Elizabetin, kral ailəsinin üzvlərinin digər tamaşaçıların xüsusi marağına səbəb olmuşdur.

 

Şou aparıcısının təmsilçilərimizin möhtəşəm çıxışını öncə­ləyən təqdimatında şou-kompozisiyanın əsas elementlərindən bi­rini təşkil edən 1500 ildən çox tarixə malik Azərbaycan kəlağayı­sının hələ iki əsr öncə - 1851-ci ildə Londonda keçirilmiş böyük sərgidə şahzadə Albert tərəfindən öz həyat yoldaşı Kraliça Viktoriyaya hədiyyə edilməsini vurğulaması böyük diqqətlə qar­şı­lan­mışdır.

 

Qədim Vindzor qəsrinin ərazisində keçirilən bu tədbirdə Azər­­baycan nümayəndə heyətinin nümayiş etdirdiyi şou-kompozi­siyanı hər gün on minlərlə insan canlı izləmiş, televi­ziya vasitəsilə milyon­larla tamaşaçı ecazkar milli musiqimizin sədaları altında Qarabağ atlarının gözəlliyinə, süvarilərimizin hünər igidliyinə, rəqqas­larımızın çılğın hərarətli rəqslərinə heyran olmuşlar. Böyük Brita­niyanın nüfuzlu “Dailymail.co.uk” internet portalıVind­zor Kral At­çı­lıq Şousu”na həsr etdiyi reportajında Azərbay­canın Qarabağ atla­rının iştirakı ilə nümayiş etdirilən şou-kompo­zisiyaların Kraliça II Elizabetin ən sevimli tamaşalarından olmasını xüsusi qeyd etmiş­dir.

 

11 may tarixində tədbirdə iştirak edən Ülyahəzrət II ElizabetAzərbaycanın kəlağayısı Qarabağ atlarışou kompozisiyasına tamaşa etdikdən sonra Azərbaycan nümayəndə heyətinin üzvləriniAzərbaycan Atçılıq Federasiyasının vitse-prezidentləri Sakit Məmmədovu, Bəh­ruz Nəbiyevi idmançı Xədicə Qulubəylini qəbul etmişdir. Görüşdə kraliçanın həyat yol­daşı Edinburq hersoqu şahzadə Filipp, kraliçanın nəvəsi Sasseks hersoqu şahzadə Harri digər rəsmi şəxslər iştirak etmişlər. Azər­bay­can xalq rəssamı Sakit MəmmədovunBahar qızıadlı rəsm əsəri Azərbaycan Kəlağıyısı Ülyahəzrət II Elizabetə hədiyyə kimi təqdim olunmuş, təqdimat zamanı rəsm əsərində təs­vir edi­lən Bahar qızının Azərbaycanın qədim Novruz bayra­mının sim­vol­la­rından biri olması, kəlağıyının üzərində təsvir edilmiş Xan qızı Natavan, Qa­ra­bağ atları, milli musiqi alətləri, xarı bülbül bitkisi haqqında geniş məlumat verilmişdir.

 

Ülyahəzrət II Elizabet Azərbaycan təmsilçilərinin nümayiş etdirdikləri möhtəşəm şou-kompozisiyaya, rəsm əsəri milli kəla­ğa­yının hədiyyə edilməsinə görə dərin minnətdarlığını bildir­miş­dir

 Respublika.- 2019.- 14 may.- S.7.