İkinciBakı Elektron Ticarət Forumuişə başlayıb 

 

 

“InnoWeek - İnnovasiya həftəsi” çərçivəsində oktyabrın 21-də Heydər Əliyev Mərkəzində ikinci “Bakı Elektron Ticarət Forumu” (“BEF-2019”) keçirilir.

 

AZƏRTAC xəbər verir ki, Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar Nazirliyi Avropa İttifaqının təşkilatçılığı, “PAŞA Bank”ın tərəfdaşlığı ilə baş tutan forumda beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar, ekspertlər startapçılar iştirak edirlər.

 

Forumun açılışında çıxış edən Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Azərbaycanda elektron ticarətin inkişafı üçün əlverişli mühitin mövcud olduğunu, tələbələrdən tutmuş pensiyaçılara qədər hər kəsin bir ya bir neçə bank kartının olduğunu qeyd edib: “İnternet bankçılıq inkişaf edir, logistika sahəsində bir çox dövlət özəl şirkətlər fəaliyyət göstərir. Bunun nəticəsi olaraq elektron ticarət çoxlu sayda saytlar platformalar vasitəsilə ölkədə müxtəlif məhsul xidmətləri təklif edir. Turizm xidmətləri, bilet hotel sifarişləri, informasiya texnologiyaları, geyim, qida məhsullarının elektron ticarət vasitəsilə satışında irəliləyişlər qeydə alınır. Ümumilikdə, ölkəmizdə elektron ticarətin inkişaf dinamikası yüksək olsa da, internet istifadəçilərimiz əsasən tanınmış xarici elektron ticarət platformalarından sifarişlər edirlər. Məqsədimiz daha çox daxili bazarda elektron ticarətin payını artırmaq, eyni zamanda, milli məhsullarımızın xarici bazarlara çıxarılmasında elektron ticarəti təşviq etməkdir.

 

R.Quluzadə deyib ki, müasir əlçatan internet infrastrukturu, inkişaf etmiş logistika elektron ödəmə sistemləri, optimal vergi gömrük tənzimlənməsi, dəqiq statistika, elektron biliklər maarifləndirmə elektron ticarətin inkişafının əsasını təşkil edir:Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın innovativ inkişafı sürətlə gedir. Təsdiq olunmuş Milli iqtisadiyyat iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri uğurla icra olunmaqdadır. Bu isə öz növbəsində bütün sahələrdə olduğu kimi, elektron ticarətin inkişafı üçün əlverişli mühit yaradır. Ölkəmizdə elektron ticarətin son 2-3 ildə inkişaf dinamikası buna əyani sübutdur”.

 

Elektron ticarətin inkişafı istiqamətində beynəlxalq əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edən nazir Avropa KomissiyasınınŞərq TərəfdaşlığıölkələrindəRəqəmsal Bazarların Uyğunlaşdırılmasıtəşəbbüsü çərçivəsində elektron ticarətin inkişafı ilə bağlı elektron imzanın qarşılıqlı tanınması üçün qanunvericiliyin inkişaf etdirilməsi, transsərhəd məlumat mübadiləsi, kibertəhlükəsizlik sair istiqamətlərdə əməkdaşlığın genişləndirildiyini vurğulayıb: “Bu günBakı Elektron Ticarət Forumu”nun tərəfdaşları sırasında Avropa İttifaqının təsisatlarının olması da bu əməkdaşlığın sübutudur.

 

Türkiyənin Nəqliyyat İnfrastruktur nazirinin müavini Ömer Fatih Sayan bildirib ki, “Bakı Elektron Ticarət Forumuelektron ticarət sahəsinin son trendləri müsbət tendensiyaların müzakirəsi üçün mühüm platforma roluna malikdir. Azərbaycanın elektron ticarət logistika sahəsində tətbiq etdiyi innovativ texnologiyalar bu sahələrin inkişafında böyük rol oynayır.

 

Forumun əhəmiyyətini qeyd edən BMT İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakassetti çıxışında Azərbaycanda elektron ticarət elektron kommersiya, mobil elektron identifikasiya, rəqəmsal hökumət sahələrində nəzərəçarpan inkişafı vurğulayıb.

 

Elektron ticarət platformasının kiçik orta biznesin iri korporasiyalarla rəqabət aparmaq qabiliyyətlərini daha da genişləndirdiyini bildirən Mərkəzi Bankın idarə heyətinin sədrinin birinci müavini Alim Quliyev qeyd edib ki, rəqəmsallaşma gənclərə öz bizneslərini qurmaq üçün böyük maliyyə tələb etməyən əlverişli imkanlar yaradır.

 

Yaşadığımız cəmiyyətdəağıllıtexnologiyaların tətbiqi ilə iqtisadiyyatın bütün sahələri sürətlə elektronlaşır. Elektron ticarət cəmiyyətin ayrılmaz hissəsini təşkil edir. Yeni texnologiyaların geniş tətbiq edildiyi elektron ticarət maliyyə, real sektor IT kimi müxtəlif sahələri əlaqələndirən effektiv mexanizmə çevrilib. Bu səbəbdən onlayn ticarət kiçik orta biznes subyektləri üçün cəlbedici platformaya çevrilib”, - deyə o əlavə edib.

 

A.Quliyev bildirib ki, ötən il qlobal pərakəndə ticarətin ümumi dövriyyəsi 24 trilyon dollar olub, bunun 3 trilyon dolları elektron ticarətin payına düşüb dövriyyənin 12 faizini təşkil edib. Bundan öncəki göstərici isə 10 faiz idi. Cari ilin sonunda elektron ticarətin həcminin 21 faiz artaraq 3,5 trilyon dollar olacağı gözlənilir, bu da pərakəndə ticarətin 14 faizini təşkil edəcək. Növbəti 5 ildə isə elektron ticarətin həcminin 6,5 trilyon dollara çatacağı pərakəndə ticarətin 22 faizini təşkil edəcəyi gözlənilir. Proqnozlara görə, bu ilin sonunda dünya əhalisinin dörddəbiri rəqəmsal alıcı olacaq. Bu isə 2 milyard əhali deməkdir. Hesablamalar göstərir ki, 2040-cı ilədək dünya əhalisinin 95 faizi öz ticarətini rəqəmsal ödənişlər vasitəsilə həyata keçirəcək.

 

Kiçik Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov deyib ki, KOBİA elektron ticarətin payının artırılması prosesində aktiv iştirak etməyə irəli sürüləcək təşəbbüsləri dəstəkləməyə hazırdır:Bu gün dünyada elektron ticarətin həcmi sürətlə artır. Azərbaycan da dünya iqtisadi sisteminin bir parçası olaraq bu tendensiyalara uyğunlaşmaq istiqamətində mühüm addımlar atmaqdadır. Belə ki, Azərbaycanda elektron ticarətin əhatə dairəsinin genişləndirilməsi, o cümlədən pərakəndə satışlarda elektron ticarətin payının artırılması, transsərhəd ticarətin inkişafı prioritet olaraq müəyyən edilib. Azərbaycan Respublikasında telekommunikasiya informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan bir sıra tədbirlərin icrası məqsədilə “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramıqəbul olunub. Bundan başqa, elektron ticarətin hüquqi infrastruktur bazasını beynəlxalq tələblərə uyğunlaşdırmaq məqsədiləAzərbaycan Rəqəmsal Ticarət Qovşağıportalı yaradılıb. Bütün bunlar nağdsız ödəniş mühitinin genişləndirilməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsi istiqamətində mühüm hüquqi zəmin formalaşdırıb.

 

KOBİA-nın əsas vəzifəsinin məhz ölkədə startap, mikro, kiçik orta sahibkarlığın inkişafının dəstəklənməsi olduğunu vurğulayan O.Məmmədov deyib ki, agentlik biznes mühitinin əlverişliliyinin artırılması, tənzimləmə sisteminin səmərəliliyinin yüksəldilməsi, çoxsaylı dəstək tədbirlərinin ünvanlılığının, onlara sahibkarların maneəsiz rahat çıxışının təmin edilməsi kimi geniş çoxşaxəli fəaliyyət gündəliyinə malikdir.

 

Forumun ilk günündə elektron ticarətin müxtəlif istiqamətləri üzrə 4 sessiya təşkil edilib. “Hökumət hökumətlərarası yanaşmada elektron ticarətin tənzimləmə siyasətiadlı sessiyada milli strategiyalar, elektron ticarətin asanlaşdırılması, elektron idarəetmənin təsiri beynəlxalq əməkdaşlıq müzakirə olunub. “Elektron ticarət infrastrukturunda yeni texnoloji trendlər: perspektivlər təhdidlərsessiyası kibertəhlükəsizlik, elektron imza, süni intellekt, robototexnika blokçeyn mövzularını əhatə edib. Saxtakarlıqdan qorunma, kriptovalyuta, bank köçürmələri, elektron cüzdan məsələləri isəOnlayn ödəmə sistemləri rəqəmsal həllərsessiyasının müzakirə mövzuları olub. “Ağıllı sərhədlər: ticarət, turizm logistika üçün imkanlarsessiyasında logistika ticarət siyasəti, rəqəmsal nəqliyyat dəhlizləri, gömrük məsələləri üzrə təcrübə mübadiləsi aparılıb.

 

İştirakçılaraSmartPayödəniş sistemi haqqında məlumat almaq imkanı da yaradılıb. Belə ki, “SmartPayguşəsində, Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri forum iştirakçılarını ödəniş sistemi haqqında məlumatlandırır. Həmçinin iştirakçılar üçün həm sayt üzərindən, həm ödəmə terminalı vasitəsilə ödəniş etmək imkanı yaradılıb. HazırdaSmartPay” 71 poçt filialı, 1383 poçt şöbəsində 72 ödəmə terminalı, 81 xidmət üzrə 2541 ödəmə nöqtəsi ilə vətəndaşların xidmətindədir.

 Respublika.- 2019.- 22 oktyabr.- S.3