Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına orta məktəbdə Dövlət Müstəqilliyi Günü qeyd olunub

 

Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına orta məktəbdə 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Ulu Öndərin Ankaradakı Heydər Əliyev Parkında ucaldılan abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb.

Tədbirdə əvvəlcə məktəbin direktoru Oqtay Kabasaqqalın Azərbaycanın Ankaradakı səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibovanın çıxışları dinlənilib.

Sonra Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi - Prezidentin köməkçisi, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə çıxış edib. Prezidentin Katibliyinin rəisi Ümummilli Lider Heydər Əliyevin zəngin, mənalı ömür yolundan, yüksək insani keyfiyyətlərindən, xilaskarlıq missiyasından, Ulu Öndərlə bağlı xatirələrindən, həmçinin dövlət müstəqilliyimizin qorunması inkişaf strategiyasının müəyyən olunması istiqamətindəki tarixi fəaliyyətindən danışıb.

Professor Dilarə Seyidzadə qeyd edib ki, Heydər Əliyev Azərbaycanı dərin məhəbbətlə sevib. Heydər Əliyev Azərbaycan qədər Türkiyəyə sevgi bəsləyib. Əməli işlərinə doğma münasibətinə görə Türkiyədə Heydər Əliyevə tükənməz sevgi var.

Heydər Əliyev zəngin biliyini, böyük təcrübəsini, tükənməz əməyini Azərbaycanın dövlətçiliyinə, xalqımızın rifahına, insanların xoş həyatının təmin olunmasına sərf edib”, - deyən Dilarə Seyidzadə Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün Ümummilli Lider Heydər Əliyevin müdrik vəsiyyətlərinə əbədiyyətə qədər əməl olunacağına əminliyini ifadə edib.

Prezidentin köməkçisiYurdda sülh, cahanda sülh uğrundaHeydər Əliyev. Təltiflərsənədli kitablarını məktəbə hədiyyə edib. Azərbaycan xalqının böyük oğlunun adını daşıyan təhsil ocağında çalışmağın şərəfli məsuliyyətli olduğunu diqqətə çatdıran Dilarə Seyidzadə məktəbin kollektivinə uğurlar arzulayıb, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Sonra məktəbin şagirdlərinin Dövlət Müstəqilliyi Günü münasibətilə hazırladıqları bədii proqram nümayiş etdirilib.

 

Respublika.- 2019.-23 oktyabr.- S.3